بسمالله الرحمن الرحيم «Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və iman gətirib, namaz qılıb ruku halında zəkat verənlərdir»

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 25.24 Kb.
tarix25.10.2017
ölçüsü25.24 Kb.

بسمالله الرحمن الرحيم

«Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və iman gətirib, namaz qılıb ruku halında zəkat verənlərdir» Maidə. ayə 55

Rəsulullah (s) Əli (ə) haqqında buyurub:

1. Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır”. Yəni bir kəsin mömin olmasının sübutu Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o əsla mömin ola bilməz. Baxmayaraq bütün gecəni namaz qılıb, gündüzləri oruc tuta və bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)



2. “Əlini sevmək imanın nişanəsidir, Əliyə qarşı kinə nifaqın (münafiqliyin) əlamətidir”. Hər kəsdə Əliyə məhəbbət olsa o məhəbbət onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 )

3. Əli dünya və axirətdə mənim bayrağımın sahibidir”. Əli hər iki dünyada Peyğəmbər ümmətinin rəhbəridir. (Zəxairul-uqba, 75, Yənabiul-məvəddə.81)

4. Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur”. Ühud müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732, əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659 hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)

5. Hər kəsin mən movlasıyam Əli də onun movlasıdır.(Sünəne ibn Macə, hədis 116, əl-Mustədrək 3-128, Kifayətut-talib bab 9- 82, bab 24-124)

6. Əli xəlq olunmasaydı dünyada Fatiməyə layiq ər olmazdı” .Fatiməyə layiq olan insan yalnız Əlidir ki, hər cəhətdən kamil və pakdır. (Mənaqib Xorəzmi fəsl4 hədis 159 fəsl19hədis 282, ibni Məğazili 43-67-152)

7. Əli mənim tərəfimdən əvəz olunmaz təbliğatçıdır”. Mənim gətirdiyim dini məndən sonra haqq olaraq məxluqata heç bir azğınlığa yol vermədən yalnız Əli çatdırıb təbliğ etməyə layiqdir.(Kifayətut-talib bab 62-260, Mənaqib Xorəzmi fəsl 7, hədis 76, Yənabiul-məvəddə180)

8. Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır”. Əlidən uzaqlaşmaq tağutu özünə movla və rəhbər qəbul edib Allaha ası olmaqla bərabərdir. (Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul8.661 hədis 6510)

9.Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir”. (Yənabiul məvəddə 245-256)

10. Əli şəfaət qapısıdır, bu qapıdan girən mömindir”. (Mənaqib Xorəzmi fəsl 7 hədis 67)

11. Əlinin vilayətini qəbul etmək mənə iman gətirib risalətimi təsdiq edənlərə vəsiyyətimdir”. (Mənaqib Xorəzmi fəsl 6 hədis 48, fəsl 19 hədis 324, Səvaiq 126, Yənabiul-məvəddə 86)

12.Əlinin vilayətini təsdiq edən möhür olmadan heç kəs siratdan keçə bilməz.(Durrül-mənsur 3.210)

13. “Əlini sevmək savabdır bu sevgi ilə günah etsən bir zərəri olmaz”. (Belə güman olunmasın ki, hər kəs hər cür fəsad etsə bununla belə Əliyə olan məhəbbəti onu xilas edər. Xeyir əgər cahil halda yaxud nəfsinə tabe olub xəta üzündən günah etsə tövbə edərsə ona nicat olacaq). (əl-Mustədrək 3.134, Yənabiul-məvəddə 180)

14. Allah Əlinin üzünü görməmiş mənim canımı alm! (Mənaqib ibni Məğazili 211)

15. Əlinin əli ilə Mənim əlim ədalətdə bərbərdir (Mənaqib ibni məğazili 16, Yənabiul-məvəddə235)

16. Əliyə məhəbbət cəhənnəmin odundan bəraətdir”. (İstiab. 3səh. 38, Mənaqib Xorəzmi fəsl 7 hədis 66, Zəxairul-uqba 83)

17. Əli məndəndir və mən də Əlidənəm. Əli məndən sonra hər möminin vəlisidir”. (Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə 177, 181, 237, 250)

18. Qiyamət günü nida olunacaq: Əli sənin ən yaxşı qardaşın və İbrahim ən yaxşı babandır” (Nüzhətul-məcalıs. 2 səh 209)

19. Əlinin insanlar arasında məqamı “Qul huvəllahu əhəd”- in Qurani-kərimdə olan məqamıdır”. (Mənaqib ibni məğazili 230, 231, Kifayətut-talib bab.5 səh 74, Məcməuz-zəvaid 9 səh 108)

20. Əlinin zikri və onun üzünə baxmaq ibadətdir”. ( Firdosul-əxbar . 2 səh 142 hədis 2723, Yənabiul-məvəddə 180 )

21. Əlinin qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən bədbəxtidir”. (Şəvahidut-tənzil. 1 səh 294 – 303, Yənabiul-məvəddə 100)

22. Əlinin zikri ilə məclislərinizi zinətləndirin”. (Səvaiq 124)

23. “Əli Quranladır və Quran da Əli ilədir”. (əl-Mustədrək. 3- 122, Səvaiq 125)

24. Əlinin vilayətini qəbul edən mənim kimi yaşayar və mənim kimi də dünyadan gedər. (əl-Mustədrək 3. 132, İstiab 4. 170, Kifayətut-talib ban 44. 187, Məcməuz-zəvvaid 9. 102)

25. Əli cənnətdəki Tuba ağacının qoludur, o ağacın kökü onun evindədir”. ( Tarixul-Bağdad 5. 37, Mənaqib ibni məğazili 129)

26. Əlninin qapısından başqa məscidə açılan bütün qapıları bağlamağı Allah mənə əmr edib”. (İstiab 4. 170, Kifayətut-talib bab 44. 187, Məcməuz-zəvvaid 9. 102)

27.Əlinin müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimidir”. (Tarixul-Bağdad 7. 421, Təhzibut-təhzib 9. 419)

28. Əli salehlərin imamıdır və facirlərin qatilidir. Ona kömək edən Allaha kömək etmiş olub, ona kömək etməyən Allaha kömək etməyib”.(Mənaqib ibn Məğazili 38 Kifayətul-talib bab 47. 194)

29. Bütün peyğəmbərlərin vəsisi olduğu kimi mənim də vəsim və varisim Əlidir”. (Tarixul-Bağdad 7. 452, Məcməuz-zəvvaid 9. 111, Səvaiq 125 )

30. Əli dünya və axirətdə mənim qardaşımdır”. (Səhih Tirməzi 5. s 637 hədis 3721)

31. Əli haqq ilə batili ayırandır”. (Səvaiq 125, Zəxairul-uqba 63)

32. Əli cənnət ilə cəhənnəmi böləndir”. Yəni qiyamətin günündə Allah-təalanın əmri ilə Əli mömin ilə kafirləri layiq olduqları yerə göndərəcək. (Mənaqib Xorəzmi. hədis 2)

33. Əli Allah və Rəsulunun yanında ən sevimli bəndədir”. (Yənabiul-məvəddə 135, 181)

34. Əli və mən bir ağacdan xəlq olunduq”. (Mənaqib ibni Məğazili. 220, Zəxairul-uqba 91)

35. Əli ən böyük Siddiqdir”. ( Usdul-qabə. 4. səh 31)

36. Əli ən birinci müsəlman olduğu üçün qiyamətin günündə Kovsər hovuzuna birinci yetişər”. (Kifayətut-talib.bab 62, səh 264, Mənaqib ibni Məğazili. 48, Mənaqib Xorəzmi. fəsl 19. hədis 326)
Tərtib edən Elman İbadov, tel: 250-20-05 email: kerrar@mail.ru





Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə