” – fənnindən Təqdimat “Azərbaycan dilində kommunikasiyanın tərkib hissələri”



Yüklə 34,41 Kb.
səhifə1/5
tarix01.04.2023
ölçüsü34,41 Kb.
#124654
  1   2   3   4   5
Nağıyev Əkbər Azərbaycan dili


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin nəzdində Bakı – Energetika Kolleci

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” – fənnindən



Təqdimat
“Azərbaycan dilində kommunikasiyanın tərkib hissələri

İxtisas: 040515 Elektirik təchizatı (sahələr üzrə)
Qrup: 515/1
Tələbə: Nağıyev Əkbər
Müəllim: Əsgərova Sara


Baku 2022

Mündəricat

  1. Giriş.........................................................................................3

  2. Plan

  1. Ünsiyyət, kommunikasiya və işgüzar kommunikasiya.......5

  2. İşgüzar kommunikasiyanın funksiyaları və mərhələləri.....8

  3. Azərbaycan dilində kommunikasiyanın tərkib hissələri....................................................................................10

3.İstifadə olunan ədəbiyyatların siyahısı...............................12

Giriş
İşgüzar (peşəkar) rabitə cəmiyyətdə insanlar arasında ən geniş yayılmış ünsiyyət növüdür. Onsuz iqtisadi, hüquqi, diplomatik, ticarət və inzibati münasibətlər sahə-sində qarşılıqlı əlaqə mümkün deyildir. Müasir dünyanın tələblərinə görə, müxtəlif sahələr üzrə yetişən mütəxəssislər işgüzar ünsiyyəti əsas janrlarının xüsusiyyətləri ilə (işgüzar söhbət, işgüzar danışıqlar, işgüzar görüş, mətbuat konfransı, telefon da-nışığı, müzakirə və s.) özünü təqdimetmənin əsaslarını öyrənməlidirlər. Çıxış hazır-lamaq və müşayiət olunan elektron təqdimatı düzgün tərtib etmək bacarığına xüsusi diqqət yetirməlidirlər.Şəxsi işgüzar sənədləri (tərcümeyi-hal, ərizə, bəyanat, izahat və s.), inzibati sənədləri düzgün tərtib etmək, elektron yazışmaları aparmaq hər bir insanın peşə mədəniyyətinin ayrılmaz hissəsidir. Dünyada gedən qloballaşma, mə-dəniyyət və təhsildə inteqrasiya prosesləri gənc mütəxəssislərin qazandıqları bacarı-qlara yeni tələblər diktə edir. Şifahi və yazılı mədəniyyətlərarası işgüzar ünsiyyətdə milli xüsusiyyətləri nəzərə almaq və onu inkişaf etdirmək bacarığına malik olmaq bu günün tələbidir. Cəmiyyətin həyatında yeni texniki vasitələrin meydana gəlməsi ilə işgüzar kommunikasiyanın rolunun radikal dəyişməsi bu proseslərin bütün as-pektlərində elmi tədqiqatlara da yol açır. Ötən əsrin II yarısından başlayaraq bu və ya digər elmi fənn çərçivəsində və səlahiyyətləri hüdudunda kommunikasiya-nın nəzəriyyəsi işlənməyə, formalaşmağa, sosial-maddi sistemin ən müxtəlif sahələ-rində elmi status almağa başladı. Kommunikasiya bir çox elmləri özündə birləşdirdi, müasir elmi biliyin kompleks və fənlərarası sahəsi kimi öz təsdiqini tapdı.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin“Azərbaycan dilində işgüzar və aka-demik kommunikasiya” fənni üzrə təlim nəticələrində qeyd olunduğu kimi, əsas məqsəd “qloballaşma şəraitində Azərbaycan dili və ona göstərilən dövlət qayğısı ilə bağlı məlumatlara yiyələnmək, kommunikasiyanın forma və funksiyaları, səviy-yələri barədə biliklərə sahib çıxmaq, şifahi və yazılı kommunikasiyalar, habelə nitqə verilən tələblər: düzgünlüyü, dəqiqliyi, aydınlığı, səlisliyi, təmizliyi, yığcamlığı, sadəliyi, zənginliyi, rabitəliliyi və digər önəmli məsələlərin rolunu müasir tələblər səviyyəsində öyrənmək, kommunikativ ritorikanın nədən ibarət olduğunu, ədəbi di-lin üslublarını, aktiv və passiv leksikasını bilmək, rabitə və kommunikativ strategi-yanı, yaradıcılıəq texnologiyalarını mənimsəmək, diqqət, dinləmə, onun formaları və mədəniyyətinin kommunikasiya növü kimi mahiyyətini öyrənmək bacarıqlarının önəmini qavramaq, danışıq etikası və müraciət etiketləri barədə məlumatlara yiyə-lənmək, təşkil olunmuş nitqin (mühazirə, məruzə, çıxış, spontan) özünəməxsusluğu-nu bilmək, müasir Azərbaycan dilinin funksional üslubları barədə məlumatları və qaydaları öyrənmək, işgüzar ünsiyyətdə məktubların elektron və onlayn kommuni-kasiyaları barədə bilikləri zənginləşdirmək, orfoepiya və orfoqrafiya qaydalarına əməl olunmasının mahiyyətini öyrənmək, işgüzar ritorika haqqında nəzəri və praktik çalışmalara sahib çıxmaq”, ictimai həyatda səmərəli davranışları, şifahi və yazılı ün-siyyət vərdişlərini formalaşdırmaq, mənimsətmək, bütün işgüzar resurslardan isti-fadə etməklə nitq mədəniyyətini yüksəltməkdir.



Yüklə 34,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin