## Əyani şöbə: Yaz sessiyası 2016/2017 Fakültələr (ixtisaslar) – ## Fizika müəllimliyi (qr. 201, 202, 203); Texnologiya müəllimliyi (qr. 201, 202, 203, 204); Riyaziyyat müəllimliyi


##num= 13// level= 1// sumtest=6 // name= Tərbiyənin prinsipləri //



Yüklə 1.16 Mb.
səhifə10/25
tarix09.02.2020
ölçüsü1.16 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

##num= 13// level= 1// sumtest=6 // name= Tərbiyənin prinsipləri //


1. Tərbiyənin prinsipləri dedikdə nə başa düşürük?

A) Tərbiyə prosesində həyata keçirilən psixoloji test üsuludur

B) Tərbiyə prosesində ortaya çıxan çətinliklər başa düşülür

C) Tərbiyə prosesində deviant hərəkətlərin üzə çıxarılması deməkdir

D) Tərbiyə prоsеsində rəhbər tutulаsı əsаs tələblər, bаşlıcа müddəаlаr bаşа düşülür

E) Tərbiyə prosesində əqli cəhətdən qüsurlu uşaqların müalicə üsuludur

2. Tərbiyə işində müsbət keyfiyyətlərə istinad etmək prinsipinin mahiyyəti nədən ibarətdir?

A) şagirdlərin tərbiyəsinin potensial imkanlarının tədricən azalmasıdır

B) pedaqoqun şagirddə tələb olunan keyfiyyətləri zor gücünə formalaşdırmasıdır

C) pedaqoqun şagirdin tək qalmaq istəyinə hörmət etməsidir

D) şagirdin tərbiyəsi ilə bağlı konkret məqsədləri onun nəzərinə çatdırmasıdır

E) pedaqoq şagirddə müsbət cəhəti üzə çıxarmalı, ondakı yaxşı keyfiyyətə istinad edərək mənfi yönümlü keyfiyyətləri müsbət keyfiyyətlərə çevirməlidir

3. Tərbiyə prinsipləri olan cərgəni seçin

1 - tərbiyədə məqsədyönlük prinsipi

2 - tərbiyədə elmilik prinsipi

3 - tərbiyənin həyatla, əməklə, quruculuq işləri ilə əlaqələndirilməsi prinsipi

4 - tərbiyədə nəzəriyyə ilə praktikanın əlaqələndirilməsi prinsipi

5 - tərbiyədə yaşauyğunluq prinsipi

6 - tərbiyədə biliklərin möhkəmləndirilməsi prinsipi

A) 2; 4; 6

B) 1; 3; 5

C) 1; 2; 6

D) 2; 3; 4

E) 4; 5; 6

4. Tərbiyənin humanistləşdirilməsi prinsipi hansı tələbləri qarşıya qoyur

1 - şagirdin hüquqlarına və azadlığına hörmət etmək

2 - şagirdin mövqeyinə hörmət etmək

3 - tələb olunan keyfiyyətləri zor gücünə formalaşdırmaq

4 - şagirdi yerli - yersiz cəzalandırmaq

5 - fiziki cəzadan, şəxsiyyətin şərəf və ləyaqətini alçaldan digər cəzalardan imtina etmək

6 - şagirdə gücünə müvafiq və ağlabatan tələblər verməmək

A) 2; 3; 4

B) 1; 2; 5

C) 3; 4; 6

D) 1; 3; 6

E) 3; 5; 6

5. Tərbiyənin kateqoriyalarını ardıcıllıqla düz

1 - tərbiyə əbədi hadisədir

2 - tərbiyə tarixi hadisədir

3 - tərbiyə ümumi hadisədir

4 - tərbiyə bəşəri hadisədir

5 - tərbiyə milli hadisədir

A) 2; 5; 3; 4; 1

B) 3; 4; 5; 2; 1

C) 1; 3; 2; 5; 4

D) 5; 3; 2; 1; 4

E) 2; 3; 1; 4; 5

6. Tərbiyə prinsiplərinin tətbiqinə verilən tələblər və onların arasındakı uyğunluğu tapın

1 - məcburilik

2 - komplekslik

3 - eyni əhəmiyyətə maliklik

a - tərbiyə prinsipləri məsləhət, tövsiyə deyil, onlar mütləq və tam şəkildə həyata keçirilməlidir

b - tərbiyə prinsipləri bir - bir deyil, tərbiyə prosesinin kompleks, yəni bütün mərhələlərdə tətbiq olunur

c - onların arasında birinci və ikinci dərəcəli müddəalar yoxdur

A) 1 - a; 3 - b; 2 - c

B) 1 - b; 2 - a; 3 - c

C) 3 - c; 2 - a; 1 - b

D) 1 - c; 2 - b; 3 - a

E) 2 - a; 3 - c; 1 - b

##num= 14// level= 1// sumtest=6 // name= Tərbiyə prosesinin məzmunu //


1. Tərbiyə işinin məzmunu dedikdə nə başa düşürük

A) Tərbiyə işinin məzmunu dedikdə layihələndirmə başa düşülür

B) Tərbiyə işinin məzmunu dedikdə xüsusi təşkil olunmuş şəraitdə təlim başa düşülür

C) Tərbiyə işinin məzmunu dedikdə əməliyyatlar kompleksi başa düşülür

D) Tərbiyə işinin məzmunu dedikdə onun tərkib hissələri və ya istiqamətləri, sahələri başa düşülür.

E) Tərbiyə işinin məzmunu dedikdə beynəlxalq və milli qiymətləndirmə başa düşürük

2. Özünütəyinetmə dedikdə nə başa düşürük

A) bu, yaxşı istirahət etməyi bacarmaqdır

B) bu, müəllimlərin şagirdlərə pedaqoji təsiridir

C) bu, uşaqlarla böyüklərin birgə fəaliyyətidir

D) bu, tərbiyə məqsədlərində romantizmə qapılmaqdır

E) bu, insanı öz həyatının və şəxsi xoşbəxtliyinin subyekti kimi xarakterizə edir

3. Əxlaq sözünün mənalarını seçin

1 - xarakter

2 - bildiriş

3 - səciyyə

4 - qayıdış

5 - yaranış

6 - sifariş

A) 2; 5; 6

B) 4; 5; 6

C) 2; 4; 5

D) 3; 5; 6

E) 1; 3; 5

4. Məktəbdə mənəvi tərbiyə sahəsində aparılan işləri məntiqi ardıcıllıqla düzün

1 - Məktəblilərdə mənəvi hisslər yaratmaq

2 - Məktəblilərdə mənəvi mövqe formalaşdırmaq

3 - Məktəblilərdə mənəvi şüur formalaşdırmaq

4 - Məktəblilərdə mənəvi dаvrаnış, adət və vərdişlər fоrmаlаşdırmaq

5 - Məktəblilərdə mənəvi sima formalaşdırmaq

A) 5; 4; 3; 2; 1

B) 2; 4; 5; 1; 3

C) 1; 2; 4; 5; 3

D) 3; 1; 2; 5; 4

E) 1; 5; 4; 3; 2

5. Tərbiyənin tərkib hissələri və onlar arasındakı uyğunluğu tapın

1 - Zehni tərbiyə

2 - Əxlaq tərbiyəsi

3 - Əmək tərbiyəsi

a - müəllim və tərbiyəçinin rəhbərliyi altında böyüyən nəsildə, ümumiyyətlə insanlarda həyat üçün zəruri olan əmək, bacarıq və vərdişlərin, əməyə, əmək adamlarına məhəbbət hissi formalaşdırılması prosesidir.

b - cəmiyyətdə davranış modellərinin cəmidir, xalqın davranış normalarının məcmusudur.

c - uşaqların, şagirdlərin zehni qüvvələrinin, zehni təfəkkürünün, əqlinin, dünyagörüşünün, intellektinin məqsədyönlü inkişaf etdirilməsi prosesidir.

A) 1 - b; 2 - a; 3 - c

B) 1 - a; 2 - c; 3 - b

C) 1 - c; 2 - b; 3 - a

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - a; 2 - b; 3 - c

6. Estetik tərbiyə, fiziki tərbiyə, ekoloji tərbiyə, hüquq tərbiyəsi və onların məzmunu arasındakı uyğunluğu tapın

1 - Estetik tərbiyə

2 - Fiziki tərbiyə

3 - Ekoloji tərbiyə

4 - Hüquq tərbiyəsi

a - insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozuntularının konkret nəticəsini öyrənirlər

b - gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.

c - fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir.

d - incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.

A) 1 - a; 2 - b; 3 - d; 4 - c

B) 1 - d; 2 - c; 3 - b; 4 - a

C) 1 - c; 2 - a; 3 - d; 4 - b

D) 1 - b; 2 - d; 3 - a; 4 - c

E) 1 - a; 2 - d; 3 - c; 4 - b



Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə