## Əyani şöbə: Yaz sessiyası 2016/2017 Fakültələr (ixtisaslar) – ## Fizika müəllimliyi (qr. 201, 202, 203); Texnologiya müəllimliyi (qr. 201, 202, 203, 204); Riyaziyyat müəllimliyi


##num= 20// level= 1// sumtest=32 // name= Ən qədim dövrlərdən orta əsrlərədək Şərqdə və Avropada məktəb və pedaqoji fikir //



Yüklə 1,16 Mb.
səhifə14/25
tarix09.02.2020
ölçüsü1,16 Mb.
#102051
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

##num= 20// level= 1// sumtest=32 // name= Ən qədim dövrlərdən orta əsrlərədək Şərqdə və Avropada məktəb və pedaqoji fikir //


1. Tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyələrin yaranması və inkişafının dövrləşməsindən bəhs edən elm hansıdır?

A) Məktəbşünaslıq

B) Ümumi pedaqogika

C) Pedaqogika tarixi

D) Məktəbəqədər pedaqogika

E) Sosial pedaqogika

2. Mütəşəkkil və məqsədyönlü təhsil - tərbiyə prosesinin nəzəriyyə və praktikasının inkişafının öyrənilməsi hansı elmin predmetini təşkil edir

A) Müqayisəli pedaqogika

B) Məktəb pedaqogikası

C) Ali məktəb pedaqogikası

D) Pedaqogika tarixi

E) Pedaqoji psixologiya

3. Fənlər və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən edin

1 - Pedaqogika

2 - Pedaqogika tarixi

3 - Məktəbəqədər pedaqogika

a - bəşər cəmiyyəti yarandığı zamandan müasir dövrümüzə qədər ayrı - ayrı tarixi dövrlərdə tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyələrin yaranması və inkişafından bəhs edir

b - isanların tərbiyəsi, təhsili, təlimi, inkişafı və formalaşmasından bəhs edir

c - ayrı - ayrı fənlərin tədrisi metodikasını öyrənir

d - məktəb yaşına çatmamış uşaqların tərbiyə, təlim, təhsil və inkişafından bəhs edir

e - ayrı - ayrı xalqların məktəb və pedaqoji fikir tarixini müqayisəli şəkildə öyrənir

A) 1 - d; 2 - c; 3 - e

B) 1 - a; 2 - d; 3 - c

C) 1 - e; 2 - b; 3 - a

D) 1 - c; 2 - e; 3 - b

E) 1 - b; 2 - a; 3 - d

4. Şərq, Qərb və Sovet təhsil sisteminin mahiyyətinə uyğun bəndləri tapın

1 - Şərq təhsil sistemi

2 - Qərb təhsil sistemi

3 - Sovet təhsil sistemi

a – praktik iş qabiliyyəti olan və müəyyən ixtisas biliyinə yiyələnmiş olan kadrlar yetişdirmək

b – insan mənəviyyatının kamilləşməsinə, onun əxlaq və şəriət normalarının mənimsənilməsinə üstünlük verir

c – oxumaq və biliklərə yiyələnməyə üstünlük verir

A) 1 - c; 2 - a; 3 - b

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - c; 2 - b; 3 - a

D) 1 - b; 2 - a; 3 - c

E) 1 - a; 2 - c; 3 - b

5. Qədim Şumer məktəblərinə aid olan məfhumlara uyğun bəndləri seçin

1 - məktəb

2 - “kitabələr evi”nin atası

3 - “kitabələr evi”nin övladları

a- şagirdlər

b- müəllim

c- kitabələr evi

d- müəllimin köməkçisi

e- məktəbin nəzarətçisi

A) 1 - d; 2 - c; 3 - e

B) 1 - a; 2 - d; 3 - c

C) 1 - b; 2 - a; 3 - d

D) 1 - c; 2 - b; 3 - a

E) 1 - e; 2 - a; 3 - b

6. Qədim Çində təlim - tərbiyə proqramına daxil edilmiş altı sərbəst bacarığı ardıcıllıqla düzün: 1 - at sürmək; 2 - əxlaq; 3 - hesab; 4 – yazı; 5 – ox atmaq; 6 – musiqi

A) 4, 5, 6, 1, 2, 3

B) 1, 2, 3, 4, 5, 6

C) 3, 6, 2, 1, 5, 4

D) 2, 4, 3, 6, 5, 1

E) 5, 4, 3, 1, 2, 6

7. Qədim Şumerdə məktəb təhsili ilə bağlı olanların məntiqi ardıcıllığı

1 –şifahi xalq yaradıcılığı nümunələri; 2 – məktəb həyatından bəhs edən nağıllar; 3 – didaktik hekayələr, nəsihətlər, təmsillər

A) 1, 2, 3

B) 2, 3, 1

C) 3, 1, 2

D) 2, 1 , 3

E) 1, 3, 2

8. Qədim Misirdə hakim təbəqənin inhisarında olan məktəbləri seçin.

1 – saraylarda kahinlər və yaxud ən yüksək imtiyazlı adamlar üçün olan məktəblər;

2 – tacir hazırlayan məktəblər; 3 – xırda məmurlar hazırlayan məktəblər; 4 – həkimlər hazırlayan məktəblər

A) 2, 3

B) 2, 4

C) 1; 3

D) 2, 1

E) 3, 4

9. Platonun irəli sürdüyü yaş mərhələlərinə uyğun olan tərbiyənin məzmununu müəyyənləşdirin

1. 6 yaşadək

2. 7 - 12 yaş

3. 12 - 16 yaş

4. 16 - 18 yaş

5. 18 - 20 yaş

a- efebyaya gedir, hərbi gimnastik hazırlıq keçirdilər

b- dövlətin müəyyən etdiyi tərbiyəçinin nəzarəti altında meydançalarda oyunla məşğul olurdular

c- dövlət məktəblərində təhsil almalı, oxu, yazı, hesab, nəğmə, musiqi öyrənməlidilər

d- hərbi hazırlıqlarını artırmaq məqsədilə hesab, həndəsə və astranomiyanı öyrənir, fiziki təmrin və rəqslərə daha çox diqqət yetirirdilər

e- palestra məktəbinə getməli, fiziki hazırlıqlarını artırmalı idilər

A) 1 - e; 2 - d; 3 - a; 4 - b; 5 - c

B) 1 - a; 2 - b; 3 - c; 4 - e; 5 - d

C) 1 - c; 2 - e; 3 - d; 4 - a; 5 - b

D) 1 - d; 2 - a; 3 - b; 4 - c; 5 - e

E) 1 - b; 2 - c; 3 - e; 4 - d; 5 - a

10. Platon akademiyasının qapısı üstündə belə yazılmışdı. . . .

A) İdeal dövləti tərbiyə yolu ilə qurmaq mümkündür

B) Elmin verdiyi zövq daimidir

C) Yalnız özünü düşünən heç vaxt kamil ola bilməz

D) Riyaziyyatı bilməyənlər bura daxil olmasınlar

E) Coğrafiyanı bilməyənlər bura daxil olmasınlar

11. Aristotelin irəli sürdüyü ruhun üç növünə müvafiq olan tərbiyənin üç cəhətini uyğunlaşdırın:

1 - bitki;

2 - heyvani;

3 - idraki

a- fiziki

b- əxlaqi

c- əqli

A) 1 - b; 2 - c; 3 - a

B) 1 - a; 2 - c; 3 - b

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - a; 2 - b; 3 - c

E) 1 - c; 2 - a; 3 - b

12. Pedaqogika tarixində evristik müsahibə üsulu hansı pedaqoqun adı ilə bağlıdır?

A) Platon

B) Seneka

C) Sokrat

D) Aristotel

E) Plutarx

13. Qədim Spartada böyüməkdə olan uşaqların təlim - tərbiyəsi hansı yaş mərhələlərində həyata keçirilirdi?

A) 7 - 15, 15 - 20, 20 - 30

B) 6 - 12, 12 - 18, 18 - 20

C) 7 - 10, 10 - 15, 15 - 20

D) 7 - 14, 14 - 20, 20 - 30

E) 8 - 16, 16 - 24, 24 - 32

14. Afina tərbiyə sisteminin Sparta tərbiyə sistemindən fərqi. . .

A) Daha çox hərbi icma üzvləri hazırlamaq

B) Möhkəm və davamlı quldarlar yetişdirmək

C) Ahəngdar inkişaf etmiş adamlar tərbiyə etmək

D) Fiziki hazırlığa xüsusi yer verilirdi

E) Hərbi sərkərdələr hazırlayırdılar

15. Misirdə təşəkkül tapan 2 cür məktəb hansılardır?

1 - “Qrammatika”

2 - “Kifara”

3 - “Saray kahinləri hazırlayan”

4 - “Kafedral”

5 - “Məhəllə”

6 - “Xırda məmurlar hazırlayan”

7 - “Efebeylər hazırlayan”

A) 3; 4

B) 2; 4

C) 2; 6

D) 3; 6

E) 4; 6

16. Aristotelə məxsus yaş mərhələlərini seçin

1 - 0 - 7 yaş

2 - 6 - 12 yaş

3 - 3 – 6 yaş

4 - 7 - 14 yaş

5 - 12 - 18 yaş

6 - 18 – 21 yaş

7 - 5 – 10 yaş

8 - 14 – 21 yaş

A) 2; 4; 8

B) 1; 5; 6

C) 1; 4; 8

D) 3; 7; 6

E) 2; 5; 7

17. “Pedaqogika tarixi” fənnin qarşısında duran əsas vəzifələri seçin

1 - Gələcək müəllimləri dünya xalqlarının zəngin pedaqoji irsi və məktəb tarixi ilə tanış etmək

2 - Tarixi - pedaqoji irsin inkişafındakı müsbət və mənfi cəhətləri üzə çıxarmaq

3 - Şəxsiyyətin hərtərəfli inkişafını təmin etmək

4 - Məktəbdə tədris prosesini canlandırmaq

5 - Əməksevər insan yetişdirmək

6 - Gələcək müəllimlərin peşə hazırlığını yüksəltmək

A) 2, 3, 4

B) 1, 4, 5

C) 1, 2, 6

D) 3, 4, 5

E) 1. 4, 6

18. Pedaqogika tarixinin struktur, məzmun, vəzifə və metodoloji prinsiplərinin dəyişməsi hansı amillərdən asılı olmuşdur?

1 - Cəmiyyətdə baş verən ictimai siyasi hadisələrdən

2 - Dövlətin yerləşdiyi ərazidən

3 - Tarixi - pedaqoji biliklərin təkamülünün daxili məntiqindən

4 - Müəllimlərin yeni təlim texnologiyalarından istifadə imkanlarından

5 - Subyektiv münasibətlərdən

6 - Müxtəlif ölkələrin pedaqoji irsindəki ümumi köklərin aşkar edilməsindən

A) 2, 4, 6

B) 2, 3, 6

C) 3, 4, 5

D) 1, 3, 4

E) 1, 3, 5

19. Feodalizm cəmiyyətində mövcud olan məktəbləri seçin

1 - kilsə məktəbləri

2 - aqellam

3 - efebiya

4 - sex

5 - gildiya

6 - forum

7 - şəhər məktəbləri

A) 3, 4, 5, 6

B) 1, 2, 3, 4

C) 1, 4, 5, 7

D) 4, 5, 6, 7

E) 2, 3, 4, 5

20. Spartada uşaqların tərbiyə aldığı müəssisələrin ardıcıllığını müəyyən edin

1 - Aqellam

2 - Eyren

3 - Ailə

4 - Efebiya

A) 4, 3, 1, 2

B) 1, 2, 3, 4

C) 3, 1, 2, 4

D) 2, 1, 3, 4

E) 3, 4, 2, 1

21. Afina təhsilinin pillələrinin ardıcıllığını müəyyən edin

1 - Ailə

2 - Gimnasi

3 - Palestra

4 - Qrammatika və kifara

A) 1, 3, 2, 4

B) 1, 2, 3, 4

C) 1, 4, 3, 2

D) 3, 1, 4, 2

E) 4, 2, 1, 3

22. Yunan filosoflarından biri digərinin müəllimi olmuşdur. Ardıcıllığı müəyyən edin

1 - Platon

2 - - Sokrat

3 - Aristiotel

A) 3, 1, 2

B) 1, 2, 3

C) 3, 2, 1

D) 2, 3, 1

E) 2, 1, 3

23. Yaş bölgüləri haqqında fikir söyləyən pedaqoqları ardıcıllıqla düzün

1 - A. Disterveq

2 - Y. A. Komenski

3 - J. J. Russo

4 - Platon

5 - Aristotel

A) 1, 5, 2, 4, 3

B) 4, 5, 2, 3, 1

C) 3 , 4, 5, 2, 1

D) 1, 4, 2, 3, 5

E) 4, 5, 3, 2, 1

24. Afina məktəb sisteminin ardıcıllığını müəyyən edin

1 - Qrammatika

2 - Likey

3 - Akademiya

4 - Kifara

5 - Palestra

A) 3, 4, 2, 1, 5

B) 2, 3, 4, 5, 1

C) 1, 4, 5, 2, 3

D) 4, 1, 5, 2, 3

E) 5, 2, 3, 4, 1

25. Aristotelin müəyyən etdiyi yaş dövrlərini məntiqi ardıcıllıqla düzün

1 - Heyvani

2 - Insani

3 - Bitki

A) 1, 3, 2

B) 1, 2, 3

C) 3, 2, 1

D) 3, 1, 2

E) 2, 3, 1

26. Aşağıdakı tərbiyəvi əsərlər və sivilizasiyalar arasındakı uyğunluğu tapın

1 - Qədim Şərq

2 - Qədim rus

3 - QədimYunanıstan

4 - Qədim türk

5 - Qədim Roma

a - “Hökmlər və söhbətlər”, “Bhaqavatqita”, “Dauf oğlu Aktoyun nəsihəti”

b - “Illiada”, ”Odisseya”, “Əməklər və günlər”

c - “Düşüncələr”, “Öz - özünə söhbət”, “Natiqlik tərbiyəsi”

d - “Zümrüd”, “Pateriklər”, ”Şestodnyev”

e - “Gültəkin”, ”Bilgə xaqan”, “Manas”

A) 1 - a; 2 - e; 3 - b, 4 - d, 5 - c

B) 1 - c; 2 - b; 3 - d, 4 - a, 5 - e

C) 1 - b; 2 - a; 3 - c, 4 - d, 5 - e

D) 1 - a; 2 - d; 3 - b, 4 - e, 5 - c

E) 1 - d; 2 - e; 3 - a; 4 - b, 5 - c

27. Hansı dövrə tərbiyənin hansı məqsədi uyğundur

1 - Ibtidai icma

2 - Quldarlıq

3 - Feodalizm

4 - Intibah

5 - Kapitalizm

a - Dini tərbiyə və ruhun təmizliyi

b - uşağı ən sadə şəkildə yaşamağa və dünyanı dərk etməyə hazırlamaq

c - tərbiyə sinfi xarakter daşımağa başladı

d - ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirmək

e - fəhlə nəslinin tərbiyəsi

A) 1 - c, 2 - e, 3 - b, 4 - a, 5 - d

B) 1 - c, 2 - b, 3 - d, 4 - c, 5 - a

C) 1 - d, 2 - a, 3 - e, 4 - b, 5 - c

D) 1 - b, 2 - c, 3 - a, 4 - d, 5 - e

E) 1 - a, 2 - d, 3 - c; 4 - e, 5 - b

28. Bu tərbiyəvi əsərlər və fikirlər Qədim Yunan filosoflarından hansına uyğundur?

1 - Pifaqor

2 - Sokrat

3 - Aristotel

4 - Demokrit

5 - Platon

a - “Tərbiyə haqqında”

b - “Mən bilirəm ki, heç nə bilmirəm”, “Danış ki, səni görüm”

c - “Dövlət” və”Qanunlar”

d - “Böyük etika”, ”Siyasət”

e - Idrak prosesləri iki mərhələdən - duyğu və təfəkkürdən ibarətdir

A) 1 - e; 2 - a; 3 - d; 4 - c; 5 - b

B) 1 - a; 2 - d; 3 - b; 4 - c; 5 - e

C) 1 - c; 2 - a; 3 - d; 4 - e; 5 - b

D) 1 - d; 2 - c; 3 - a; 4 - b; 5 - e

E) 1 - a; 2 - b; 3 - d; 4 - e; 5 - c

29. Məktəblər və onların yaradıcıları arasındakı uyğunluğu müəyyənləşdirin

1 - Akademiya

2 - Likey

3 - Stoik məktəbi

4 - Epikür məktəbi

a - Platon

b - Zenon

c - Aristotel

d - Epikür

A) 1 - c, 2 - a, 3 - d, 4 - b

B) 1 - d, 2 - b, 3 - c, 4 - a

C) 1 - a, 2 - c, 3 - b, 4 - d

D) 1 - b, 2 - d, 3 - a, 4 - c

E) 1 - a, 2 - d, 3 - c, 4 - b

30. Qədim Romanın inkişafının üç dövrünə uyğun olan məktəbləri müəyyənləşdirin.

1 - Icma dövrü (b. e. ə. VI əsrə qədər)

2 - Respublika dövrü (b. e. ş. VI - 1 əsrə qədər)

3 - Imperiya dövrü (I - VI əsrə qədər)

a - forum

b - elementar, qrammatika, ritorika

c - trivial, ritorika

d - qrammatika

e - texnikum

A) 1 - b, 2 - c, 3 - a

B) 1 - a, 2 - b, 3 - c

C) 1 - d, 2 - e, 3 - c

D) 1 - a, 2 - e, 3 - d

E) 1 - e, 2 - c, 3 - a

31. Qədim Roma məktəbləri və orada keçilən fənləri müəyyənləşdirin

1 - Forumda

2 - Qrammatika məktəblərində

3 - Legionlarda

a - Hərbi hazırlıq

b - Oxu, yazı və hesabdan elementar məlumat verilirdi (4 - 5 yaşadək)

c - Yunan, latın dilləri, natiqlik sənətinin başlanğıcı tədris olunurdu

d - Musiqi, nəğmə, bədii qiraət öyrədilirdi

e - Ayıqlıq dərsləri keçilirdi

A) 1 - d, 2 - b, 3 - e

B) 1 - a, 2 - e, 3 - c

C) 1 - e, 2 - d, 3 - b

D) 1 - c, 2 - a, 3 - d

E) 1 - b, 2 - c, 3 - a

32. Aristotelin insanın üç yaş dövrünü və ona uyğun tərbiyə növlərini müəyyən edin

1 - Bitki

2 - Heyvani

3 - Insani

a - əqli

b - fiziki

c - estetik

d - əxlaqi

e - ekoloji

A) 1 - c, 2 - a, 3 - e

B) 1 - a, 2 - b, 3 - d

C) 1 - e, 2 - c, 3 - b

D) 1 - b, 2 - d, 3 - a

E) 1 - d, 2 - e, 3 - c

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin