## Əyani şöbə: Yaz sessiyası 2016/2017 Fakültələr (ixtisaslar) – ## Fizika müəllimliyi (qr. 201, 202, 203); Texnologiya müəllimliyi (qr. 201, 202, 203, 204); Riyaziyyat müəllimliyi


##num= 24// level= 1// sumtest=22 // name= H. Pestalotsi və I. F. Herbartın pedaqoji ideyaları //



Yüklə 1.16 Mb.
səhifə18/25
tarix09.02.2020
ölçüsü1.16 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

##num= 24// level= 1// sumtest=22 // name= H. Pestalotsi və I. F. Herbartın pedaqoji ideyaları //


1. İ. H. Pestalotsiyə görə təlimin ilk mərhələsi nədən başlanır?

A) təcrübədən

B) analizdən

C) sintezdən

D) ümumiləşdirmədən

E) müşahidədən

2. H. Spenserin insanların praktik həyatda faydalı biliklər əldə etməsi üçün müəyyənləşdirdiyi fəaliyyətin beş formasının ardıcıllığını göstərin

1 - Istirahət fəaliyyəti; 2. Bilavasitə insanın öz mühafizəsinə xidmət edən fəaliyyət; 3. Nəslin saxlanması və tərbiyəsi üçün fəaliyyət; 4. Sosial vəzifələrin icrasına xidmət edən fəaliyyət; 5. Həyat üçün vəsait əldə etmək fəaliyyəti

A) 3, 4, 1, 5, 2

B) 1, 2, 3, 4, 5

C) 2, 5, 3, 4, 1

D) 4, 3, 5, 1, 2

E) 5, 1, 2, 3, 4

3. “Bütün bəlalar şəhərdəndir, böyüyərəm, kəndlilərə kömək edərəm” - fikirləri hansı pedaqoqun uşaq ikən arzuları olmuşdur?

A) İ. F. Herbart

B) Y. A. Komenski

C) V. A. Suxomlinski

D) İ. H. Pestalotsi

E) C. Lokk

4. “Neyqofda yoxsullar xilaskarı”, “Linqard və Gertruda”da xalq carçısı, Stansda yetimlər atası, Burqdorfda yeni xalq məktəbinin banisi və İfertonda insanlıq tərbiyəçisi, insan, xristian vətəndaş, özü üçün heç şey, başqaları üçün hər şey etməyə çalışan. . . ” hansı pedaqoqun məzar daşında yazılmışdır?

A) H. Spenser

B) J. J. Russo

C) İ. F. Herbart

D) İ. H. Pestalotsi

E) Y. A. Komenski

5. İ. H. Pestalotsiyə görə ən nəcib əxlaqi hisslər nədən doğur?

A) Xalqa məhəbbətdən

B) Ataya məhəbbətdən

C) Allaha məhəbbətdən

D) Sevgilisinə məhəbbətdən

E) Anaya məhəbbətdən

6. İbtidai təlimin geniş proqramını müəyyən edən və onun praktik cəhətdən həyata keçirilməsi üçün metodik göstərişlər verən pedaqoq

A) C. Lokk

B) İ. H. Pestalotsi

C) Mişel de Monte

D) Y. A. Komenski

E) J. J. Russo

7. I. H. Pestalotsinin didaktikasının əsasını təşkil edən nəzəriyyə?

A) Ümumi təhsil

B) Azad tərbiyə

C) Sinif - dərs sistemi

D) Elementar təhsil

E) İcbari təhsil

8. İ. F. Herbartın pedaqogikaya təlimlə bağlı gətirdiyi yeni ideya hansıdır?

A) Sistemli təlim

B) Öyrədici təlim

C) Tərbiyəedici təlim

D) Problemli təlim

E) Təbiətəmüvafiq təlim

9. A. Disterveq təlimin 33 qaydasını irəli sürür və onu 4 qrupa bölürdü. Həmin qrupları seçin

1 - Şagird üçün qaydalar

2 - Direktor üçün qaydalar

3 - Təlim materiallarına aid qaydalar

4 - Valideynlər üçün qaydalar

5 - Xarici mühitə, zamana, məkana aid qaydalar

6 - Regiona aid qaydalar

7 - Müəllim üçün qaydalar

A) 3, 4, 6, 7

B) 1, 3, 4, 6

C) 2, 5, 6, 7

D) 1, 2, 5, 6

E) 1, 3, 5, 7

10. I. H. Pestalotsiyə aid olan əsərləri seçin.

1 - Rahibin axşam saatları

2 - Emil və ya tərbiyə haqqında

3 - Linqard və Gertruda

4 - Analara məxsus kitab

5 - “Dillərin açıq qapısı”

6 - “Müşahidələr əlifbası”

7 - “Rəqəm haqqında əyani təlim”

A) 2, 4, 5, 6, 7

B) 1, 2, 3. 4, 5

C) 3, 4, 5, 6, 7

D) 1, 3, 4, 6, 7

E) 2, 3, 4, 5, 6

11. I. Herbartın pedaqoji ideyalarının əks olunduğu əsərləri seçin

1 - “Gertruda uşaqları necə tərbiyə edirdi”

2 - “Tərbiyənin məqsədindən doğan ümumi pedaqogika”

3 - “Linqard və Gertruda”

4 - “Qarqantua və Pantaqruel”

5 - “Rahibin axşam saatları”

6 - “Psixologiyanın pedaqogikaya tətbiqi haqqında”

7 - “Pedaqogika üzrə mühazirələr xülasəsi”

8 - “Psixologiya”

A) 5, 6, 7, 8

B) 1, 2, 3, 4

C) 2, 4, 5, 6

D) 2, 6, 7, 8

E) 3, 4, 5, 6

12. Ideya müəlliflərinin ardıcıllığını müəyyən edin

1 - Tərbiyədə təbiətəmüvafiqlik

2 - Azad tərbiyə

3 - Centlmen tərbiyəsi

4 - Elementar təhsil

5 - Tərbiyəedici təlim

A) I. Herbart, C. Lokk, J. J. Russo, Y. A. Komenski, I. Pestalotsi

B) Y. A. Komenski, J. J. Russo, C. Lokk, I. Pestalotsi, I. Herbart

C) I. Pestalotsi, Y. A. Komenski, I. Herbart, C. Lokk, J. J. Russo

D) J. J. Russo, I. Pestalotsi, I. Herbart, Y. A. Komenski, C. Lokk

E) Y. A. Komenski, C. Lokk, J. J. Russo, I. Herbart, I. Pestalotsi

13. I. Pestalotsinin fəaliyyət göstərdiyi müəssisələrin ardıcıllığını tapın

1 - Stans

2 - Burqdorf

3 - Neyqof

4 - Münxenbuxze

5 - Iferton

A) 4, 5, 1, 3, 2

B) 5, 1, 2, 3, 4

C) 2, 1, 4, 5, 3

D) 3, 1, 2, 4, 5

E) 3, 1, 2, 5, 4

14. I. H. Pestalotsinin irəli sürdüyü biliklərin əsasını təşkil edən üç ünsürü ardıcıllıqla düzün

1 - forma

2 - say

3 - söz

A) 1, 3, 2

B) 3, 2, 1

C) 1, 2, 3

D) 3, 1, 2

E) 2, 3, 1

15. Aşağıdakı fikirlərə görə pedaqoqların ardıcıllığını tapın

Yetimlərin xilaskarı, atası”, “Pedaqoqlar arasında ən yaxşı filosof, filosoflar arasında ən yaxşı pedaqoq”, “Alman müəllimlərinin müəllimi”



1 - A. Disterveq; 2 - I. Pestalotsi; 3 - I. Herbart

A) 3, 1, 2

B) 1, 2, 3

C) 3 , 2, 1

D) 1 , 3, 2

E) 2, 3, 1

16. I. F. Herbartın irəli sürdüyü beş əxlaqi ideyanın ardıcıllığını müəyyən edin

1 - hüquq

2 - məhəbbət

3 - daxili azadlıq

4 - ədalət

5 - kamillik

A) 3, 5, 1, 2, 4

B) 3, 5, 2, 4, 1

C) 1, 4, 2, 5, 3

D) 2, 5, 3, 4, 1

E) 1, 2, 3, 5, 4

17. I. F. Herbartın irəli sürdüyü təlim pillələrinin ardıcıllığını müəyyən edin

1 - metod

2 - aydınlıq

3 - assosiasiya

4 - sistem

A) 1, 4, 3, 2

B) 1, 4, 2, 3

C) 2, 3, 4, 1

D) 4, 3, 2, 1

E) 1, 2, 3, 4

18. I. Pestalotsinin irəli sürdüyü təlim pillələrinin ardıcıllığını müəyyən edin

1 - əxlaqi təhsil

2 - fiziki təhsil

3 - intellektual təhsil

A) 2, 1, 3

B) 1, 2, 3

C) 3, 1, 2

D) 3, 2, 1

E) 2, 3, 1

19. I. F. Herbartın göstərdiyi təlim prosesinin dörd dərəcəsini məntiqi ardıcıllıqla göstərin

1 - sistem

2 - üsul

3 - assosiasiya

4 - aydınlıq

A) 2, 1, 4, 3

B) 4, 3, 1, 2

C) 3, 2, 4, 1

D) 3, 2, 1, 4

E) 3, 4, 2, 1

20. I. F. Herbartın əxlaqi ideyalarının məzmun uyğunluğunu tapın

1 - daxili azadlıq

2 - kamillik

3 - məhəbbət

4 - ədalət

5 - hüquq

a - hər bir insanın üzərinə düşən vəzifələri başqaları ilə münasibətdə dərk etməsi

b - başqasına edilən hər bir hərəkət üçün mükafat və ya cəza verməyi

c - şəxsiyyətin əqli və iradəsinin harmoniyası

d - bədən və ruhun sağlamlığı qayğısına qalmağı

e - şəxsi iradə ilə digər fərdlərin iradəsi arasında harmoniyanı

A) 1 - d, 2 - c, 3 - b, 4 - a, 5 - e

B) 1 - c, 2 - a, 3 - d, 4 - e, 5 - b

C) 1 - a, 2 - b, 3 - e, 4 - d, 5 - c

D) 1 - c, 2 - d, 3 - e, 4 - b, 5 - a

E) 1 - c, 2 - b, 3 - d, 4 - e, 5 - a

21. I. F. Herbartın irəli sürdüyü 4 təlim pilləsinə aid olan məzmunu uyğunlaşdırın

1 - aydınlıq

2 - assosiasiya

3 - sistem

4 - metod

a - alınmış biliklər praktikaya tətbiq edilir

b - yeni material şagirdlərin əvvəlki təsəvvürləri ilə əlaqələndirilir

c - şagirdlərə yeni material haqqında məlumat verilir

d - nəticələr çıxarılır, qaydalar irəli sürülür və təriflər verilir

A) 1 - c, 2 - d, 3 - a, 4 - b

B) 1 - a, 2 - d, 3 - b, 4 - c

C) 1 - c, 2 - d, 3 - b, 4 - a

D) 1 - b, 2 - a, 3 - c, 4 - d

E) 1 - c, 2 - b, 3 - d, 4 - a

22. I. F. Herbart tərəfindən təlimin üç universal metodu müəyyyənləşdirilib. Onların mahiyyətini uzlaşdırın

1 - təsviri

2 - analitik

3 - sintetik

a - öyrənilən materialdan ayrı - ayrı hissələri, əlamətləri ayırmağı və ümumini tapmağı nəzərdə tutur

b - yeni biliklər üçün elementlər verir

c - uşağın təcrübəsini artırır, insanlarla ünsiyyət dairəsini artırır

A) 1 - a, 2 - b, 3 - c

B) 1 - c, 2 - b, 3 - a

C) 1 - b, 2 - c, 3 - a

D) 1 - c, 2 - a, 3 - b

E) 1 - b, 2 - a, 3 - c



Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə