## Əyani şöbə: Yaz sessiyası 2016/2017 Fakültələr (ixtisaslar) – ## Fizika müəllimliyi (qr. 201, 202, 203); Texnologiya müəllimliyi (qr. 201, 202, 203, 204); Riyaziyyat müəllimliyi


##num= 31// level= 1// sumtest=12 // name= Ən qədim dövrlərdən XII əsrə qədər Azərbaycanda məktəb və təhsil //



Yüklə 1,16 Mb.
səhifə25/25
tarix09.02.2020
ölçüsü1,16 Mb.
#102051
1   ...   17   18   19   20   21   22   23   24   25

##num= 31// level= 1// sumtest=12 // name= Ən qədim dövrlərdən XII əsrə qədər Azərbaycanda məktəb və təhsil //


1. Islam dininə görə . . . dünyəvi xoşbəxtlik və səadətlərin ən böyüyüdür

A) ailə

B) var - dövlət

C) can sağlığı

D) cavanlıq

E) qocalıq

2. Azərbaycanda müsəlman məktəbləri meydana gəlmişdir:

A) b. e. ə. I minilliyin I yarısında

B) V - VI əsrlərdə

C) VIII əsrin əvvəllərində

D) XX əsrin I yarısında

E) XX əsrin sonlarında

3. Burada təlim kursunun dəqiq müddəti yox idi, bəziləri 6 - 8, bəziləri isə 10 - 15 ilə oxuyurdu

A) Gimnazilərdə

B) Qəza məktəbində

C) Liseylərdə

D) Mədrəsələrdə

E) Savad kurslarında

4. Azərbaycanda Atabəylər dövründə hansı mədrəsələrlə bağlı xüsusi fərman verilmişdir?

A) Bərdə mədrəsələri

B) Təbriz mədrəsələri

C) Naxçıvan mədrəsələri

D) Gəncə mədrəsələri

E) Ərdəbil mədrəsələri

5. “Qurani Kərim”ə görə insan ömrü hansı dövrlərə bölünür?

1 - uşaqlıq dövrü, 2. orta yaş dövrü, 3. cavanlıq dövrü, 4. qocalıq dövrü, 5. erkən gənclik dövrü, 6. böyük yaş dövrü, 7. körpəlik dövrü

A) 3, 5, 7

B) 1, 2, 4

C) 1, 3, 4

D) 2, 4, 6

E) 3, 6, 7

6. Ilk mənbələrdə XIII əsrin birinci 20 illiyində mədrəsələrin fəaliyyət göstərdiyi şəhərləri seçin

1 - Təbriz

2 - Marağa

3 - Qazax

4 - Bərdə

5 - Quba

6 - Gəncə

7 - Naxçıvan

A) 2, 3, 4, 5, 6

B) 1, 2, 3, 5, 6

C) 3, 4, 5, 6, 7

D) 1, 2, 4, 6, 7

E) 2, 3, 5, 6, 7

7. Mədrəsələrdə əsasən hansı fənlər tədris olunurdu

1 - fəlsəfə

2 - musiqi

3 - ilahiyyat

4 - fiqh

5 - idman

6 - nücum

7 - psixologiya

A) 3, 5, 6, 7

B) 1, 2, 5, 7

C) 1, 4, 5, 6

D) 2, 3, 4, 5

E) 1, 3, 4, 6

8. Azərbaycan məktəb və pedaqoji fikir tarixi kursunun əsas mənbələridir

1 – Arxiv sənədləri

2 – Tədris planları

3 – Tədris proqramları

4 – Təhsil tarixi

5 – Dərsliklər

6 –Pedaqoji fikir tarixi

A) 1, 2, 4

B) 2, 3, 5

C) 1, 4, 6

D) 1, 3, 5

E) 3, 4, 5

9. XII əsrə qədər Azərbaycanda yaranmış məktəblərin ardıcıllığı

1 - xristian məktəbləri

2 - zərdüşt məktəbləri

3 - müsəlman məktəbləri

A) 1, 3, 2

B) 1, 2, 3

C) 2, 3, 1

D) 2, 1, 3

E) 3, 2, 1

10. Mədrəsələrin yaranma ardıcıllığını müəyyən edin

1 - Nizamiyyə

2 - Beyhəqiyyə

3 - Sədiyyə

A) 1, 2, 3

B) 2, 1, 3

C) 1, 3, 2

D) 2, 3, 1

E) 3, 2, 1

11. XII əsrə qədər Azərbaycan ərazisində mövcud olan məktəblər və aşağıdakı bəndlər arasındakı uyğunluğu müəyyənləşdirin

1 - Zərdüşt məktəbləri

2 - Xristian məktəbləri

3 - Müsəlman məktəbləri

a- bu məktəblərdə savad təlimində “əbcəd - üsulu” – hərf - heca üsulu tətbiq edilmişdir

b- bu məktəbin məzunları mövcud kilsə şəbəkəsini genişləndirib onların nəzdində xristian təhsil ocaqları təşkil etmək üçün hazırlanırdılar

c- bu təhsil məktəbləri atəşgədədə yerləşirdi

A) 1 - b, 2 - a, 3 - c

B) 1 - a, 2 - b, 3 - c

C) 1 - c, 2 - a, 3 - b

D) 1 - c, 2 - b, 3 - a

E) 1 - b, 2 - c, 3 - a

12. Islam tərbiyəsinin prinsipləri və onların mahiyyəti arasındakı uyğunluğu tapın

1 - tərbiyənin ilahi səciyyə daşıması

2 - tərbiyənin insan fitrəti ilə bağlı olması

3 - tərbiyənin ümumi səciyyə daşıması

4 - tərbiyənin bütöv səciyyə daşıması

5 - tərbiyənin üsul və vasitələrinin inandırıcı olması

a- Tərbiyə dini və milli mənsubiyyətindən, sosial vəziyyətindən , irqindən, cinsindən asılı olmayaraq bütün insanlara aiddir

b- Burada nəzəriyyə ilə təcrübənin, sözlə əməlin vəhdəti mühüm yer tutur

c- Insanın əxlaq və davranışına istiqamət verən amil Allaha inamdır

d- Insan torpaq və ruh ünsürlərindən ibarət olur. Bu ünsürlər insanın cismində birləşir, onun meyllərini, istək və arzularını müəyyən edir

e- Islam tərbiyəsi insana zehni, fiziki və əxlaqi kamilliyə səy, halal - haramı seçmək üçün gərgin axtarışa, yaxşılıq etməyə, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir.

A) 1 - d, 2 - c, 3 - e, 4 - a, 5 - b

B) 1 - a, 2 - b, 3 - c, 4 - d , 5 - e

C) 1 - b, 2 - a, 3 - d, 4 - e, 5 - c

D) 1 - c, 2 - d, 3 - a, 4 - b, 5 - e

E) 1 - e, 2 - b, 3 - d, 4 - c, 5 - a

##num= 32// level= 1// sumtest=12 // name= XII - XVIII əsrlərdə Azərbaycanda məktəb və pedaqoji fikir //


1. N. Gəncəvi əsərlərində . . . dəyərləri tərənnüm etmişdir.

A) elmi, əxlaqi

B) mənəvi, əxlaqi

C) dini, elmi

D) milli, bəşəri

E) etik, estetik

2. N. Gəncəvi “İsgəndərnamə” əsərində . . . zorakılığa və gücə qarşı qoymuşdur.

A) Ədaləti və əməyi

B) Varı və dövləti

C) Elmi və ağlı

D) Hiyləgərliyi və yaltaqlığı

E) Yalançılığı və riyakarlığı

3. N. Tusinin “Əxlaqi - Nasiri” əsərində irəli sürdüyü iki əxlaq formatını müəyyənləşdirin

A) Fəzilət, Rəzilət

B) Pis, yaxşı

C) Əmək, əxlaq

D) Ədalətlilik, nankorluq

E) Düzlük, yalançılıq

4. Aristotelin yaş bölgülərinə uyğun olaraq uşaqların yaş dövrlərinin təsnifatını verən Azərbaycan mütəfəkkiri kimdir?

A) X. Təbrizi

B) Ş. İ. Xətai

C) N. Gəncəvi

D) M. Füzuli

E) S. Ə. Şirvani

5. N. Gəncəvi hansı əsərlərində dini təşkilatlarla heç bir əlaqəsi olmayan məktəblər təsvir etmişdir?

A) “Leyli və Məcnun”, ”Yeddi gözəl”

B) “Xosrov və Şirin”, “Leyli və Məcnun”

C) “Sirlər xəzinəsi”, ”Yeddi gözəl”

D) “Xosrov və Şirin”, ”İsgəndərnamə”

E) “Leyli və Məcnun”, ”İsgəndərnamə”

6. N. Tusini tərbiyə nəzəriyyəçisi kimi tanıdan hansı əsəridir?

A) Əxlaqi - Cəlali

B) Əxlaqi - Möhsini

C) Əxlaqi - Mənsuri

D) Əxlaqi - Nasiri

E) Əxlaqi - Cəmali

7. M. Füzulinin ailə münasibətlərini, əməyə qiymət verilməsini ön plana çəkdiyi əsərləri:

A) Səhhət və mərəz, Meyvələrin söhbəti

B) Fəzliyə nəsihət, Rindü - Zahid

C) Şikayətnamə, Yeddi cam

D) Söhbətül - əsmar, Leyli və Məcnun

E) Söhbətül - əsmar, Yeddi cam

8. Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda yaranan və Cənubi Azərbaycan maarifi üçün tarixi hadisə olan ilk Azərbaycan məktəbi:

A) Dəbistan

B) Nizamiyyə

C) “Rüşdiyy - ye Müzəffəriyyə”

D) Məktəbi - Tərbiyə

E) Əxtər

9. N. Tusinin məşğul olduğu elm sahələri

1 – Riyaziyyat

2 – Tibb

3 – Astronomiya

4 – Kibernetika

5 – Coğrafiya

6 – Hüquq

A) 2, 5, 6

B) 2, 3, 6

C) 1, 3, 5

D) 1, 2, 4

E) 3, 5, 6

10. XVIII əsrdə Azərbaycanda təhsil və tərbiyənin inkişafında böyük xidmətləri olmuşdur.

1 – M. Füzuli

2 – M. Vidadi

3 – Ş. Xətai

4 – Q. Zakir

5 – S. Şirvani

6 – M. Vaqif

A) 1, 2, 5

B) 3, 4, 5

C) 3, 5, 6

D) 2, 4, 6

E) 1, 4, 6

11. N. Gəncəviyə görə uşaqların yaş dövrləri:

A) 0 - 2, 2 - 12, 12 - 15

B) 0 - 6, 6 - 12, 12 - 18

C) 0 - 7, 7 - 14, 14 - 21

D) 0 - 6, 6 - 10, 10 - 15

E) 0 - 5, 5 - 9, 9 - 14

12. Azərbaycan pedaqoji fikir nümayəndələrinin yaşadığı dövrü uyğunlaşdırın

I – XIV – XVI əsrlər

II – XVIII əsr

III – XIX əsr

IV – XX əsr

a - Əhməd Seyidov, Mərdan Muradxanov, Mehdi Mehdizadə

b - Mirzə Fətəli Axundov, Mirzə Kazım bəy, Seyid Əzim Şirvani

c - Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir

d - Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai

A) 1 - d, 2 - b, 3 - a, 4 - e

B) 1 - e, 2 - a, 3 - d, 4 - b

C) 1 - c, 2 - b, 3 - a, 4 - d

D) 1 - b, 2 - d, 3 - c, 4 - a

E) 1 - d, 2 - c, 3 - b, 4 - a

##num= 33// level= 1// sumtest=12 // name= XIX əsrdə Azərbaycanda məktəb və pedaqoji fikir //


1. Azərbaycanda ilk “Pedaqoqika” əsəri yazan pedaqoq:

A) A. A. Bakıxanov

B) M. T. Sidqi

C) M. M. Nəvvab

D) Ə. Seyidov

E) M. Muradxanov

2. Zaqafqaziya məktəblərinin ilk nizamnamələridir.

A) 1830 - 1834

B) 1828 - 1836

C) 1829 - 1832

D) 1829 - 1835

E) 1831 - 1833

3. XIX əsrin əvvəllərinə qədər Azərbaycanda geniş yayılmış təhsil - tərbiyə müəssisələrini seçin

1 – Dünyəvi məktəblər

2 – Dini məktəblər

3 – Qəza məktəbləri

4 – İbtidai məktəblər

5 – Mədrəsələr

6 – Mollaxanalar

A) 3, 4, 5

B) 1, 3, 4

C) 2, 5, 6

D) 1, 2, 4

E) 3, 4, 6

4. M. F. Axundov yeni əlifba islahatında . . . məsləhət bilirdi.

1 – Saitlərin hərflərə yapışıq yazılmasını

2 – Saitlərin sayının artırılmasını

3 – Nöqtələrin ləğv edilməsini

4 – Hərflərin sayının artırılmasının

5 – Kiril əlifbasına keçilməsini

6 – Yazının soldan sağa yazılmasını

A) 1, 2, 4

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 3, 6

E) 3, 4, 5

5. M. F. Axundovun H. B. Zərdabiyə yazdığı tarixi məktubunda irəli sürdüyü zəruri məqamları müəyyən edin.

1 – Təlimin ana dilində aparılması

2 – Mollaların təlimdən uzaqlaşdırılması

3 – Məktəblərin sayının artırılması

4 – Dini təhsilin ləğv edilməsi

5 – Müəllim hazırlığı

6 – Xarici dillərin tədrisi

A) 3, 4, 6

B) 1, 3, 5

C) 2, 3, 6

D) 2, 3, 4

E) 2, 5, 6,

6. Qori müəllimlər seminariyasının ilk dinləyiciləri olmuşdur.

1 – S. Vəlibəyov

2 – N. Nərimanov

3 – F. Köçərli

4 – Ü. Hacıbəyov

5 – R. Əfəndiyev

6 – C. Məmmədquluzadə

A) 2, 3, 6

B) 2, 4, 6

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 6

7. Pedaqoqlara aid əsərləri uyğunlaşdırın

1 - A. Bakıxanov

2 - M. F. Axundov

3 - M. Kazımbəy

a - “Təhzibül əxlaq”, “Fars dilinin qrammatikası”

b - “Krım xanlarının tarixi”, “Türk - tatar dilinin ümumi qrammatikası”

c - “Kifayətül - ətfal”, “Vüzuh - ül - ərqam”

d - “Pedaqogika”, “Qan ocağı”

e - “Kəmalüddövlə məktubları”

A) 1 - c, 2 – d, 3 - a

B) 1 - a, 2 - e, 3 - b

C) 1 - b, 2 - a, 3 - c

D) 1 - d, 2 - c, 3 - b

E) 1 - e, 2 - b, 3 - a

8. Azərbaycan pedaqoji fikir tarixində ilk ali təhsilli müəllimlərdir.

1 – F. Köçərli

2 – S. Qənizadə

3 – R. Əfəndiyev

4 – H. Mahmudbəyov

5 – Ü. Hacıbəyov

6 – S. Əbdürrəhmanzadə

A) 1, 5, 6

B) 1, 3, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 1, 2, 3

9. N. Tusinin əsərlərini ardıcıllıqla düzün

1 - astronomiyadan bəhs edən əsəri

2 - həndəsədən bəhs edən əsəri

3 - müstəvi və sferik triqonometriyadan bəhs edən əsəri

A) “Zic Elxani”, “Şəkl - ül qita”, “Təhrir eqlidis”

B) “Təhrir eqlidis”, “Zic Elxani”, “Şəkl - ül qita”

C) “Zic Elxani”, “Təhrir eqlidis”, “Şəkl - ül qita”

D) “Təhrir eqlidis”, “Şəkl - ül qita”, “Zic Elxani”

E) “Şəkl - ül qita”, “Təhrir eqlidis”, “Zic Elxani”

10. İlk qəza məktəblərinin açılma yerini xronoloji ardıcıllıqla müəyyən edin.

1 – Naxçıvan

2 – Şuşa

3 – Bakı

4 – Nuxa

5 – Şamaxı

6 – Gəncə

A) 6, 2, 4

B) 4, 5, 6

C) 3, 4, 5

D) 2, 4, 3

E) 5, 3, 4

11. Orta əsr Azərbaycan mütəfəkkir pedaqoqları və onlara aid olan əsərləri uyğunlaşdırın

1 - N. Gəncəvi

2 - N. Tusi

3 - M. Əvhədi

4 - M. Füzuli

a “Cami - cəm”

b- “Söhbətül - əsmar”

c- “Isgəndərnamə”

d- “Əxlaqi - Nasiri”

A) 1 - b, 2 - a, 3 - d, 4 - c

B) 1 - a, 2 - b, 3 - c, 4 - d

C) 1 - d, 2 - c, 3 - b, 4 - a

D) 1 - c, 2 - d, 3 - a, 4 - b

E) 1 - a, 2 - c, 3 - d, 4 - b

12. Göstərilən əsərlərin müəlliflərinə uyğunluğunu müəyyən edin

1 – A. Bakıxanov

2 – M. Axundov

3 – M. Kazımbəy

4 – Q. Zakir

a – “Dəvə və eşşək”, “Tülkü və qurd”, “Sədaqətli dostlar”

b - “Müntəxəbat”, “Türk - tatar dilinin qrammatikası”, “Dərbəndnamə”

c - “Əsrarül – Mələkut”, “Kəmalüddövlə məktubları”, “Tülkü və qurd”

d - “Aldanmış Kəvakib”, “Kəmalüddövlə məktubları”, “Xırs quldurbasan”

e - “Əsrarül – Mələkut”, “Qanuni Qüdsi”, “Nəsihətnamə”

A) 1 - a, 2 - b, 3 - d, 4 - c

B) 1 - b, 2 - a, 3 - c, 4 - d

C) 1 - e, 2 - d, 3 - b, 4 - a

D) 1 - d, 2 - e, 3 - a, 4 - b

E) 1 - c, 2 - e, 3 - b, 4 - a

##num= 34// level= 1// sumtest=12 // name= XX əsrin əvvəllərində Azərbaycanda məktəb və pedaqoji fikir //


1. Müstəqil Azərbaycan Respublikasının təhsil qanunu bu illərdə qəbul edilmişdir.

A) 1994 - 2010

B) 1993 - 2008

C) 1991 - 2006

D) 1992 - 2009

E) 1995 – 2012

2. Zaqafqaziya müsəlman müəllimlərinin I və II qurultayları harada və nə vaxt keçirilib?

A) 1906, 1907 - ci illərdə Tiflisdə

B) 1875, 1877 - ci illərdə Bakıda

C) 1903, 1904 - cü illərdə Gəncədə

D) 1906, 1907 - ci illərdə Bakıda

E) 1910, 1911 - ci illərdə Şamaxıda

3. XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan pedaqoji jurnallar hansılardır?

A) ”İrşad”, “İqbal”, “Həyat”

B)”Dəbistan”, “Rəhbər”, “Məktəb”

C) ”Molla Nəsrəddin”, “Füyuzat”, “Təzə həyat”

D) ”Aöıq söz”, “Kaspi”, “Nicat”

E) ”Tərəqqi”, “Həqiqət”, “Tərcüman”

4. Azərbaycan müəllimlərinin I qurultayının qəbul etdiyi qərarları seçin.

1 – Müəllim hazırlığı

2 – Universitetlərin açılması

3 – Dərsliklər tərtibi

4 – Dini təhsilin inkişafı

5 – Qadın təhsili

6 – Rus məktəblərinin sayının artırılması

A) 2, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 2, 4

E) 2, 3, 6

5. F. Köçərlinin qadın azadlığına həsr edilmiş əsərlərini seçin.

1 – “İslamın qadına münasibəti”

2 – “Nəsihətnamə”

3 – “Keçmişdə müsəlman qadın”

4 – “Məktubati Şeyda bəy”

5 – “Müsəlman qadını hal - hazırda”

6 – “Gəlinlər həmayülü”

A) 2, 4 , 6

B) 1, 3, 5

C) 2, 5, 6

D) 1, 5, 6

E) 3, 4, 6

6. XX əsrin əvvəllərində savadsızlığın ləğvi üçün yaradılmış xeyriyyə cəmiyyətləri

1 – “Nicat”

2 – “Təkamül”

3 – “Nəşri - Maarif”

4 – “Bülbül nəğmələri”

5 – “Səadət”

6 – “Cövhəriyyə”

A) 4, 5, 6

B) 2, 4, 6

C) 2, 4, 5

D) 1, 3, 5

E) 2, 5, 6

7. Azərbaycan sovet dövrünün görkəmli pedaqoqları idi.

1 – Ə. Seyidov

2 – M. Kazımbəy

3 – M. Muradxanov

4 – H. B. Zərdabi

5 – M. Mehdizadə

6 – S. Ə. Şirvani

A) 2, 3, 6

B) 2, 4, 6

C) 2, 3, 4

D) 1, 3, 5

E) 2, 4, 5

8. Müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi təhsil siyasətinin əsasını təşkil edən dəyərləri müəyyən edin.

1 – Milli

2 – Siyasi

3 – Dini

4 – Mədəni

5 – Bəşəri

6 – İqtisadi

A) 2, 4

B) 4, 5

C) 2, 6

D) 1, 5

E) 3, 4

9. XX əsrin əvvəllərində ictimai - pedaqoji hərəkat nəticəsində nəşr olunun pedaqoji jurnalları ardıcıllıqla düzün

1 - Məktəb

2 - Dəbistan (ibtidai məktəb)

3 - Rəhbər

A) 1, 3, 2

B) 1, 2, 3

C) 3, 1, 2

D) 3, 2, 1

E) 2, 3, 1

10. XX əsrin əvvəllərində Bakıda fəaliyyətə başlayan, məqsədi əsasən əhali arasında savadın yayılması olan xeyriyyə cəmiyyətlətini ardıcıllıqla düzün

1 - “Səadət”

2 - “Nəşri - maarif”

3 - “Nicat”

A) 3, 2, 1

B) 1, 2, 3

C) 2, 1, 3

D) 2, 3, 1

E) 3, 1, 2

11. XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan xeyriyyə cəmiyyətləri və onların fəaliyyət istiqamətləri arasındakı uyğunluğu müəyyənləşdirin

1 - “Nicat”

2 - “Səadət”

3 - “Nəşri - maarif”

a- Cəmiyyətin nəzdindəki məktəbdə əsasən dini tərbiyə verilirdi

b- Bu cəmiyyətin bütün məktəblərində təhsil pulsuz idi

c- Görkəmli maarifçi H. Zərdabi bu cəmiyyətin işində fəal iştirak etmiş, M.Ə.Rəsulzadə isə cəmiyyətin sədri olmuşdur.

A) 1 - b, 2 - c, 3 - a

B) 1 - a, 2 - b, 3 - c

C) 1 - c, 2 - a, 3 - b

D) 1 - a, 2 - c, 3 - b

E) 1 - b, 2 - a, 3 - c

12. XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan pedaqoji cərəyanları və onların üzvləri arasındakı uyğunluğu müəyyən edin

1 – Liberal burjua

2 – Milli burjua

3 – Milli demokratik

4 – İnqilabi demokratik

a - Ə. Hüseynzadə, Ə. Ağayev, Ə. Topçubaşov

b - C. Məmmədquluzadə, Ü. Hacıbəyov, M. Ə. Sabir

c - M. Mahmudbəyov, S. Qənizadə, H. Mahmudbəyov

d - R. Əfəndiyev, F. Köçərli, Q. Rəşad

e - Ə. Ağayev, H. Mahmudbəyov, C. Məmmədquluzadə

A) 1 - a, 2 - b, 3 - c, 4 - e

B) 1 - d, 2 - c, 3 - b, 4 - a

C) 1 - c, 2 - a, 3 - d, 4 - b

D) 1 - b, 2 - e, 3 - a, 4 - d

E) 1 - e, 2 - d, 3 - c, 4 - b
Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin