## Əyani şöbə: Yaz sessiyası 2016/2017 Fakültələr (ixtisaslar) – ## Fizika müəllimliyi (qr. 201, 202, 203); Texnologiya müəllimliyi (qr. 201, 202, 203, 204); Riyaziyyat müəllimliyi


##num= 6// level= 1// sumtest=18 // name= Pedaqoji proses. Pedaqoji dəyərlər və innovasiyalar //



Yüklə 1.16 Mb.
səhifə5/25
tarix09.02.2020
ölçüsü1.16 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

##num= 6// level= 1// sumtest=18 // name= Pedaqoji proses. Pedaqoji dəyərlər və innovasiyalar //


1. Pedaqoji proses

A) Bütöv, sabit, natamam sistemdir

B) Natamam, sadə, sabit sistemdir

C) Vahid, mürəkkəb, dəyişməyən sistemdir

D) Tam, mürəkkəb, dinamik sistemdir

E) Natamam, əlaqəsiz, dövriyyəli sistemdir

2. Pedaqoji prosesdə sistem yaradan komponentlər hansılardır?

A) Qnostik komponent, layihələşdirici komponent, konstruktiv komponent

B) Səbəb komponenti, invariant komponent, variativ komponent

C) Məqsəd komponenti, məzmun komponenti, fəaliyyət komponenti, nəticə komponenti

D) Konstruktiv komponent, qnostik komponent, invariant komponent, variantiv komponent

E) Təşkilatçılq komponent, kommunikativ komponent, səbəb komponent

3. Pedaqoji texnologiya dedikdə nə başa düşülür?

A) Şagirdlərin şəxsi təlim, təhsil - tərbiyə fəaliyyəti başa düşülür

B) Şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşdırılması prosesi kimi başa düşülür

C) Müəyyən meyarlara görə seçilən bütöv, tam bir qurum başa düşülür

D) Müəllimin pedaqoji vəzifələri həll etməyə yönəldilmiş ardıcıl, qarşılıqlı əlaqəli fəaliyyəti başa düşülür

E) Keçirilən materialın təkrarlanması kimi başa düşülür

4. Pedaqoji texnologiyaların təsnifatına daxildir

A) diaqnostika, təkrar etmək, formalaşdırma

B) diaqnostika, praqnozlaşdırma, tərbiyəetmə

C) tərbiyə, əks əlaqə, təkrar etmək

D) əks əlaqə, təlim, praqnozlaşdırma

E) təlim, tərbiyə, inkişaf, diaqnostika

5. Pedaqoji prosesin təşkili texnologiyasının vəhdətdə olan 3 texnologiyaslnl seçin

1 - məzmunun yaradılması

2 - informasiyanın yaradılması

3 - maddi vəsaitlər texnologiyası

4 - fəaliyyət texnologiyası

5 - şagirdlərin fəallığının stimullaşdırılması

A) 3, 1, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 4

E) 5, 2, 3

6. Pedaqoji prosesdə şəxsiyyətin inkişafına təsir göstərən amilləri göstərin

1 - irsiyyət

2 - müəllim

3 - təlim - tərbiyə mühiti

4 - şagird bilikləri

5 - tətbiq edilən pedaqoji təsir vasitələri və metodları

A) 5; 4; 3

B) 1; 2; 3

C) 2; 3; 4

D) 3; 4; 5

E) 1; 3; 5

7. Təlim - tərbiyə prosesinin gedişi və nəticələr nədən asılıdır

1 - cəmiyyətin və şəxsiyyətin tələbatından

2 - müəllimin pedaqoji inkişafından

3 - cəmiyyətin maddi - texniki imkanlarından

4 - şagirdlərin imkanlarından

5 - pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi - psixoloji, sanitar - gigiyenik, estetik və s. )

A) 2; 3; 4

B) 1; 2; 3

C) 1; 3; 5

D) 3; 4; 5

E) 1; 2; 4

8. Pedaqoji prosesin komponentlərinin ardıcıllığını müəyyən edin

1 - Fəaliyyət komponenti

2 - Nəticə komponenti

3 - Məzmun komponenti

4 - Məqsəd komponenti

A) 1; 2; 4; 3

B) 4; 3; 1; 2

C) 1; 2; 3; 4

D) 2; 4; 3; 1

E) 3; 2; 4; 1

9. Pedaqoji prosesin səciyyəvi xüsusiyyətlərini müəyyən edin

1 - tamlıq

2 - mürəkkəblik

3 - ümumilik

4 - yaradıcılıq

5 - vahidlik

A) 1; 3; 4

B) 2; 3; 5

C) 1; 2; 3

D) 3; 4; 5

E) 1; 3; 5

10. Pedaqoji prosesin qanunauyğunluqların məntiqi ardıcıllıqla göstərin

1 - pedaqoji prosesin formalarının tərbiyənin vəzifələrindən, məzmunundan, metodlarından və vasitələrindən asılılığı

2 - tərbiyə prosesinin məzmununun qarşıya qoyulmuş vəzifələrdən asılılığı

3 - pedaqoji prosesin səmərəliliyinin tərbiyə subyektlərinin hamısının birgə hərəkət etmələrindən asılılığı

4 - pedaqoji prosesin səmərəliliyinin onun həyata keçirilməsi şəraitindən asılılığı

5 - tərbiyənin vəzifələrinin uşaqların yaş və digər xüsusiyyətlərindən, kollektivin inkişaf səviyyəsindən asılılığı

6 - təhsil, tərbiyə və inkişaf, tərbiyə və özünütərbiyə, pedaqoji rəhbərlik və şagirdlərin özünüfəaliyyəti ilə təlim prosesinin qarşılıqlı əlaqəsi

7 - pedaqoji prosesin hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyətin tərbiyəsində cəmiyyətin tələbatları və imkanları ilə şərtləşməsi

8 - tərbiyənin vasitə və metodlarının onun vəzifələri və məzmunundan asılılığı

A) 8, 3, 6, 7, 1, 2, 5, 4

B) 4, 6, 7, 5, 8, 1, 2, 3

C) 3, 7, 6, 8, 1, 3, 2, 5

D) 7, 4, 6, 3, 5, 2, 8, 1

E) 4, 5, 7, 8, 1, 5, 6, 3

11. Pedaqoji prosesin başlıca mərhələlərini məntiqi ardıcıllıqla göstərin

1 - yekun

2 - əsas

3 - hazırlıq

A) 1, 3, 2

B) 1, 2, 3

C) 3, 2, 1

D) 2, 3, 1

E) 2, 1, 3

12. Pedaqoji prosesin hazırlıq mərhələsində yerinə yetirilən vəzifələrin ardıcıllığını müəyyən edin

1 - şəraitin diaqnostikası

2 - qarşıya məqsəd qoyulması

3 - prosesin inkişafının planlaşdırılması

4 - nailiyyətlərin proqnozlaşdırılması

A) 1; 2; 3; 4

B) 1; 3; 4; 2

C) 2; 1; 4; 3

D) 3; 4; 1; 2

E) 4; 3; 2; 1

13. Pedaqoji dəyərlərin ardıcıllığının düzgün sırasını göstərin

1 - qrupun pedaqoji dəyərləri

2 - şəxsiyyətə xas olan pedaqoji dəyərlər

3 - sosial pedaqoji dəyərlər

A) 2; 3; 1

B) 1; 2; 3

C) 2; 1; 3

D) 1; 3; 2

E) 3; 1; 2

14. Pedaqoji texnologiyaların düzgün sırasını müəyyən edin

1 - Diaqnostika texnologiyası

2 - İnkişaf texnologiyası

3 - Tərbiyə texnologiyası

4 - Təlim texnologiyası

A) 1; 2; 3; 4

B) 4; 3; 2; 1

C) 2; 3; 4; 1

D) 4; 2; 1; 3

E) 3; 2; 4; 1

15. Pedaqoji sistemin təkmilləşdirilməsi yollarını müəyyən edin

1 - intensiv

2 - ümumi

3 - ekstensiv

4 - xüsusi

A) 2; 4

B) 2; 3

C) 3; 4

D) 1; 4

E) 1; 3

16. Pedaqoji dəyərlər və onların mahiyyəti arasında uyğunluğu

1 - sosial pedaqoji dəyərlər

2 - qrupun pedaqoji dəyərləri

3 - şəxsiyyətə xas olan pedaqoji dəyərlər

a - Müəyyən təhsil təsisatları çərçivəsində pedaqoji fəaliyyəti nizama salan ideyalar, konsepsiya və normalardır

b - Cəmiyyətin təhsil sahəsindəki fəaliyyətini tənzimləyən ideyalar, normalar, qaydalardır

c - Şəxsiyyətin məqsədi, motivləri, ideyaları, konsepsiyaları, normalarıdır

A) 1 - c; 2 - b; 3 - a

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - b; 2 - c; 3 - a

E) 1 - a; 2 - c; 3 - b

17. Pedaqoji sistemin təkmilləşdirilməsi yolların və onların mahiyyəti arasında uyğunluğu müəyyən edin

1 - intensiv

2 - ekstensiv

a - Texnoloji prosesin təkmilləşdirilməsi

b - Pedaqoji sistemin inkişafının daxili ehtiyatlar hesabına həyata keçirilməsi

c - Pedaqoji sistemin təkmilləşdirilməsi üçün əlavə qüvvələrin (yeni avadanlıqlar, texnologiyalar, kapital qoyuluşu və s. ) cəlb edilməsi

A) 1 - c; 2 - b

B) 1 - a; 2 - b

C) 1 - b; 2 - a

D) 1 - a; 2 - c

E) 1 - b; 2 - c

18. Pedaqoji prosesin mərhələləri və onların əlamətləri arasında uyğunluğu göstərin

1 - Hazırlıq

2 - Əsas

3 - Yekun

a - qarşıya məqsəd qoyulur, şərait diaqnostlaşdırılır, prosesin inkişafı planlaşdırılır

b - alınan nəticələr təhlil edilir

c - məqsəd və vəzifələr izah edilir; nəzərdə tutulmuş işləri həyata keçirmək üçün əlverişli şərait yaradılır, şagirdlərin fəaliyyəti stimullaşdırılır

A) 1 - b; 2 - c; 3 - a

B) 1 - b; 2 - a; 3 - c

C) 1 - c; 2 - b; 3 - a

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - c; 2 - a; 3 - b



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə