## Əyani şöbə: Yaz sessiyası 2016/2017 Fakültələr (ixtisaslar) – ## Fizika müəllimliyi (qr. 201, 202, 203); Texnologiya müəllimliyi (qr. 201, 202, 203, 204); Riyaziyyat müəllimliyi


##num= 23// level= 1// sumtest=20 // name= Yeni dövrdə məktəb və pedaqoji nəzəriyyələr //



Yüklə 1,16 Mb.
səhifə17/25
tarix09.02.2020
ölçüsü1,16 Mb.
#102051
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

##num= 23// level= 1// sumtest=20 // name= Yeni dövrdə məktəb və pedaqoji nəzəriyyələr //


1. C. Lokkun “Ağ lövhə” nəzəriyyəsinin mahiyyəti:

A) Tərbiyənin rolunun inkar edilməsi

B) Fitri ideyaları tənqid etməsi və tərbiyənin roluna yüksək qiymət verməsi

C) Dərslərdə əyanilikdən istifadə edilməsi

D) Fitri ideyalara üstünlük verməsi

E) Tərbiyənin fövqəltəbii qüvvələrdən asılılığı

2. C. Lokkun “Fəhlə məktəbləri haqqında” layihəsinin xarakteri:

A) Xalq məktəblərinin açılmasının zəruriliyi

B) Demokratiklik

C) Xalq məktəblərinə mənfi münasibət və antidemokratiklik

D) Təhsildə bərabərliyin olması

E) Məktəbəqədər tərbiyənin zəruriliyi

3. “Tərbiyənin məqsəd və vəzifəsi öz işini ağılla və planla aparmağı bacaran centelmen yetişdirməkdir” fikri kimə məxsusdur?

A) İ. F. Herbart

B) Y. A. Komenski

C) K. D. Uşinski

D) İ. H. Pestalotsi

E) C. Lokk

4. C. Lokk deyirdi: “Bütün insanların onda doqquzu . . . . . nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı yaxud faydasız olurlar”

A) İnkişafın

B) Təlimin

C) Təhsilin

D) Tərbiyənin

E) Var - dövlətin

5. Fiziki cəzanın əleyhinə çıxan C. Lokk bunu necə xarakterizə edir?

A) Uşaqları qəddarlaşdırır

B) Fiziki cəza uşaqlarda qorxu yaradır

C) Pis əməllərdən heç də çəkindirmir

D) Uşaqlarda yalançılıq vərdişləri yaradır

E) Kölə intizamı kölə xarakteri yaradır

6. J. J. Russo “Uşaqlar böyük olmaqdan əvvəl uşaq olmalıdırlar” - deyəndə hansı nəzəriyyəsinə əsaslanırdı?

A) Əxlaq tərbiyəsi

B) Təbii tərbiyə

C) Fiziki tərbiyə

D) Dini tərbiyə

E) Əqli tərbiyə

7. Qadın tərbiyəsində mühafizəkar mövqe tutaraq, qadının əqli tərbiyəsini, müstəqilliyini, kişilərlə bərabər hüquqa malik olmasını qəbul etməyən pedaqoq.

A) R. Ouen

B) Y. A. Komenski

C) C. Lokk

D) J. J. Russo

E) K. D. Uşinski

8. XVIII əsr fransız maarifçilərini müəyyən edin

1 - C. Lokk

2 - F. Fenelon

3 - C. Pristli

4 - K. H. Helvetsi

5 - D. Didro

6 - T. Peyn

7 - J. J. Russo

A) 2, 4, 5, 6

B) 1, 3, 5, 7

C) 2, 4, 5, 7

D) 2, 3, 4, 5

E) 3, 4, 5, 7

9. C. Lokkun irəli sürdüyü tərbiyə vasitələrini müəyyənləşdirin.

1 - əşya

2 - valideyn nüfuzu

3 - məşq

4 - təbiət

5 - nümunə

6 - uşaqla müsahibə

7 - insanlar

8 - mükafat(rəğbətləndirmə və cəza)

A) 1, 2, 3, 4, 8

B) 2, 3, 4, 5, 6

C) 2, 3, 5, 6, 8

D) 4, 5, 6, 7, 8

E) 2, 3, 4, 5, 7

10. C. Lokkun pedaqoji ideyalarının əks olunduğu əsərləri

1 - “Dillərin açıq qapısı”

2 - “Dünyanın dolaşıq yolları”

3 - “Insaq əqli haqqında təcrübələr”

4 - “Emil yaxud tərbiyə haqqında”

5 - “Tərbiyə haqqında fikirlər”

6 - “Davranış qaydaları”

7 - “Insan oğlunun idarə olunması haqqında”

A) 3, 5, 7

B) 1, 2, 3

C) 2, 3, 4

D) 4, 5, 6

E) 3, 1, 7

11. J. J. Russoya aid olan əsərləri müəyyənləşdirin.

1 - “Yeni Eloiza”

2 - “Real aləm şəkillərdə”

3 - “Tərbiyə haqqında fikirlər”

4 - “Dalambera məktub”

5 - “Ictimai müqavilə”

6 - “Fəlsəfi düşüncələr”

7 - “Tövbə”

A) 3, 4, 6, 7

B) 1, 4, 6, 7

C) 2, 3, 4, 5

D) 1, 4, 5, 7

E) 2, 3, 6, 7

12. C. Lokk cəmiyyətin “təbiət qanunları” əsasında inkişaf etdiyini iddia edirdi. Həmin qanunların ardıcıllığını müəyyən edin

1 - ilahi qanunlar

2 - təbii qanunlar

3 - əbədi qanunlar

4 - insani qanunlar

A) 1, 2, 3, 4

B) 3, 2, 1, 4

C) 2, 3, 1, 4

D) 3, 2, 4, 1

E) 4, 3, 2, 1

13. J. J. Russo uşaqların tərbiyəni üç mənbədən aldığını bildirir. Həmin mənbələri ardıcıllıqla göstərin

1 - əşya və hadisələrdən

2 - insanlardan

3 – təbiətdən

A) 1, 3, 2

B) 1, 2, 3

C) 2, 1, 3

D) 3, 2, 1

E) 3, 1, 2

14. Uşaqların yaş bölgüsünü vermiş pedaqoqları xronoloji ardıcıllıqla göstərin

1 - Platon

2 - Y. A. Komenski

3 - J. Russo

4 - Aristotel

5 - N. Gəncəvi

A) 5, 3, 2, 4, 1

B) 4, 5, 1, 3, 2

C) 1, 4, 5, 2, 3

D) 1, 5, 4, 3, 2

E) 4 , 3, 2, 1, 5

15. J. J. Russonun yaş dövrlərinə aid irəli sürdüyü tərbiyə növlərini uyğunlaşdırın

1 - anadan olandan 2 yaşa qədər

2 – 2 yaşdan 12 yaşa qədər

3 – 12 yaşdan 15 yaşa qədər

4 – 15 yaşdan 18 yaşadək

a - əqlin yuxu mərhələsi

b - fiziki inkişaf mərhələsi

c - “fırtına və qasırğa mərhələsi”

d - əqlin inkişafı, təlim mərhələsi

A) 1 - a, 2 - b, 3 - d, 4 - c

B) 1 - b, 2 - a, 3 - c, 4 - d

C) 1 - b, 2 - a, 3 - d, 4 - c

D) 1 - d, 2 - c, 3 - b, 4 - a

E) 1 - c, 2 - d, 3 - a, 4 - b

16. Yaş bölgülərinin hansı pedaqoqa aid olduğunu uyğunlaşdırın

1 - Platon

2 - Aristotel

3 - Y. A. Komenski

4 - J. J. Russo

5 - R. Ouen

a - 1 - 3, 4 - 6, 6 - 10, 10 - 17

b - 0 - 6, 6 - 12, 12 - 18, 18 - 24

c - 0 - 2, 2 - 12, 12 - 15, 15 - 18

d - 0 - 7, 7 - 14, 14 - 21

e - 0 - 6, 7 - 12, 12 - 18, 18 - 20

A) 1 - a, 2 - d, 3 - b, 4 - c, 5 - e

B) 1 - e, 2 - c, 3 - d, 4 - b; 5 - a

C) 1 - e, 2 - d, 3 - b, 4 - c, 5 - a

D) 1 - b, 2 - c, 3 - d, 4 - e, 5 - a

E) 1 - c, 2 - d, 3 - a, 4 - e, 5 - b

17. J. J. Russo uşaqların üç mənbədən tərbiyə aldığını qeyd edir. Həmin mənbələrin mahiyyətini uyğunlaşdırın.

1 - təbiət vasitəsilə tərbiyə

2 - əşya və hadisələrlə tərbiyə

3 - insanlarla tərbiyə

a - insanın qabiliyyətlərini, hiss orqanlarını inkişaf etdirmək deməkdir

b - uşaq şəxsiyyətinə müəyyən məqsədlə edilən pedaqoji təsirdir

c - uşaq şəxsiyyətinə onu əhatə edən mühitlə təsir etmək deməkdir

A) 1 - c, 2 - a, 3 - b

B) 1 - b, 2 - c, 3 - a

C) 1 - a, 2 - b, 3 - c

D) 1 - c, 2 - b, 3 - a

E) 1 - a, 2 - c, 3 - b

18. XVIII əsr maarifçilərinin əsərlərini müəyyən edin

1 - Con Lokk

2 - Jan Jak Russo

3 - Klod Adrian Helvetsi

4 - Deni Didro

a - “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlülərə nəsihət”

b - “Ağıl haqqında”, “Insan, onun əqli qabiliyyətləri və tərbiyəsi haqqında”

c - “Tərbiyə haqqında fikirlər”, “Insan zəkası haqqında təcrübələr”

d - “Böyük didaktika”, “Yaxşı təşkil olunmuş məktəbin qanunları”

e - “Ictimai müqavilə”, “Emil və ya tərbiyə haqqında”

A) 1 - d, 2 - a, 3 - c, 4 - e

B) 1 - e, 2 - c, 3 - a, 4 - b

C) 1 - c, 2 - b, 3 - d, 4 - a

D) 1 - c, 2 - e, 3 - b, 4 - a

E) 1 - b, 2 - d, 3 - e, 4 - c

19. Aşağıdakı pedaqoji fikirlər hansı maarifçi pedaqoqa aiddir, uyğunlaşdırın

1 - Con Lokk

2 - Y. A. Komenski

3 - J. J. Russo

4 - K. A. Helvetsi

5 - D. Didro

a - tərbiyə hər şey deyil, çox şeydir

b - ev tərbiyəsi nə qədər pis olsa da yenə də məktəbdən yaxşıdır

c - əyanilik müəllimlər üçün qızıl qayda olmalıdır

d - qadınlara heç bir ciddi əqli tərbiyə lazım deyil

e - tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsiilə dahilər yetişdirmək olar

A) 1 - b, 2 - d, 3 - e, 4 - c, 5 - a

B) 1 - a, 2 - e, 3 - c, 4 - d, 5 - b

C) 1 - b, 2 - c, 3 - d, 4 - e, 5 - a

D) 1 - b, 2 - a, 3 - c, 4 - d, 5 - e

E) 1 - d, 2 - b, 3 - e, 4 - c, 5 - a

20. C. Lokkun irəli sürdüyü 4 qanuna müvafiq olan məzmunu uyğunlaşdırın

1 - əbədi qanunlar;

2 - təbii qanunlar;

3 - insani qanunlar;

4 - ilahi qanunlar

a - insanın yaşayışının son məqsədini ifadə edir;

b - təbiət qanunlarının pozulmasına qarşı yönəldilmiş sanksiyalar məcmusudur;

c - təbiət və cəmiyyətdə eyni güclə fəaliyyət göstərir;

d - həm də insana xas olan fiziki emosional və intellektual sahələri əhatə edir.

A) 1 - c, 2 - b, 3 - d, 4 - a

B) 1 - c, 2 - a, 3 - d, 4 - b

C) 1 - a, 2 - b, 3 - d, 4 - c

D) 1 - c, 2 - d, 3 - b, 4 - a

E) 1 - a, 2 - b, 3 - c, 4 - d

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin