D) presinaptik, postsinaptik və qayıdan tormozlanma
E) presinaptik, postsinaptik və ləngiyən tormozlanma
41. Seçenovun mərkəzi tormozlanma effekti haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) beyinciyin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
B) böyük yarımkürələrin qabığının motor sahəsinin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
C) görmə qabarlarının kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
D) uzunsov beynin hərəki sahəsinin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
E) beyin qabəğənən premotor sahəsinin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
42. Postsinaptik tormozlanmanın mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?
A) mərkəzi neyronlarda olan tormozlanmanın bir növü olub, yüksək tezlikli qıcığa cavab olaraq inkişaf edir , ilk anda yüksək tezlikli oyanma ilə cavab verir, lakin sonra tormozlanma vəziyyətinə keçir
B) tormozlayıcı aralıq neyronların aktivləşməsinin təsiri ilə aksosomatik və aksodendrik sinapsların membranında inkişaf edir və aksonların uc şaxələrindən sinaptik yarığa tormozlayıcı mediator ifraz etmək yolu ilə membrnın depolyarlaşmasına səbəb olur
C) tormozlayıcı aralıq neyronların aktivləşməsinin təsiri ilə aksosomatik və aksodendrik sinapsların membranında inkişaf edir və aksonların uc şaxələrindən sinaptik yarığa tormozlayıcı mediator ifraz etmək yolu ilə membrnın hiperpolyarlaşmasına səbəb olur D) aksoaksonal sinapalarda inkişaf edir, oyanmanın akson boyunca yayılmasını bloklayır
E) neyronun qayıdan kollateralları ilə oyanma geriyə tormozlayıcı neyronlara qayıdaraq onları aktivləşdirir
43. Tormozlayıcı aralıq neyronlar necə adlanır və ən geniş yaylmış tormozlayıcı mediator hansıdır?