21. İnsan sakitlik vəziyyətində olduqda qanın dəqiqəlik həcmi nə qədər olur?
A) orta hesabla 4, 5 - 2, 0 l.
B) orta hesabla 4, 5 - 5, 0 l.
C) orta hesabla 2, 5 - 3, 0 l.
D) orta hesabla 0, 5 - 1, 0 l.
E) orta hesabla 1, 0 - 1, 5 l.
22. Ürək təqəllüslərinin sayı dəqiqədə 70 - 75 olduqda ürəyin sistolik həcmi nə qədərdir?
A) 55 - 70 ml.
B) 4, 5 - 5, 0 l.
C) 65 - 70 ml.
D) 75 - 100 ml.
E) 50 - 60 ml.
23. Ürəyin qanla dolmasının səbəbləri hansı variantda düzgün göstərilmişdir?
1 - ürəyin əvvəlki təqəllüsünün yaratdığı hərəkətverici qüvvənin qalığı
2 - skelet əzələləri yığılarkən ətrafların və gövdənin venalarının basılması nəticəsində qan ürəyə doğru itələnir
3 - döş qəfəsinin , xüsusilə də nəfəsalma zamanı qanı sorma qüvvəsi nəticəsində
4 - damaların diametrinin dəyişə bilmə xüsusiyyətindən
A) 1, 2, 4
B) 1, 2, 3
C) 2, 3, 4
D) 1, 3, 4
E) 1, 2, 3, 4
24. Presistolik dövrün düzgün ifadəsi və müddəti hansı variantda verilmişdir?
A) qulaqcıqların yığılaraq mədəciklərə əlavə qan vurması ilə bağlıdır və 0, 1 san. davam edir
B) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0, 04 san. davam edir
C) qulaqcıq – mədəcik qapaqlarının açıq olduğu və mədəciyin qanla dolduğu bir dövrdür və 0, 25 san. davam edir
D) taylı qapaqların bağlı olduğu və mədəciklərdə qanın həcminin dəyişmədiyi bir dövrdür və 0, 25 san. davam edir
E) mədəciklərin boşalması başladıqdandan aypara qapaqlar qapanana qədər olan dövrü əhatə edir və 0, 25 san. davam edir
Dostları ilə paylaş: |