3 - su və mineral maddələri sorulduğu üçün kisə ödünün qatılığı və sıxlığı daha yüksəkdir
4 - kisə ödündə fərqli olaraq musin vardır
5 - kisə ödündə fərqli olaraq xolekinin vardır
A) 1, 2, 5,
B) 2, 3, 4, 5
C) 1, 3, 4, 5
D) 1, 2, 3, 4
E) hamısı doğrudur
8. Öd turşuları hansı variantda düzgün ifadə olunmuşdur?
A) qlikoxol və taurin
B) bilirubin və biliverdin
C) qlikoxol və bilirubin
D) billirubin və taurin
E) biliverdin və qlikoxol
9. Bağırsaq kriptləri harada yerləşir və necə adlanır ?
A) onikibarmaq bağırsağın, nazik və yoğun bağırsağın selikli qişasında yerləşir, bakalşəkilli vəzləri əhatə edir , brünner vəzləri adlanır
B) onikibarmaq bağırsağın selikli qişasında yerləşir və bakalşəkilli vəzləri əhatə edir , liberkün vəzləri adlanır
C) onikibarmaq bağırsağın, nazik və yoğun bağırsağın selikli qişasında yerləşir, bakalşəkilli vəzləri əhatə edir , liberkün vəzləri adlanır
D) onikibarmaq bağırsağın və nazik bağırsağın selikli qişasında yerləşir və xovcuqları əhatə edir və brünner vəzləri adlanır
E) onikibarmaq bağırsağın və nazik bağırsağın selikli qişasında yerləşir və xovcuqları əhatə edir, liberkün vəzləri adlanır
10. Bağırsağın kaymalı epiteliositləri haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, Panet hüceyrələri adlanırlar
B) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, təkhüceyrəli vəzlərdir, fermentativ , o cümlədən proteolitik aktivliyə malik selik ifraz edirlər, bakalşəkilli hüceyrələr adlanırlar.
C) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, absorbsiyaedici hüceyrələr adlanır
D) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, argentafin hüceyrələr adlanırlar
11. Bağırsağın bakalşəkilli hüceyrələri haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, təkhüceyrəli vəzlərdir, fermentativ , o cümlədən proteolitik aktivliyə malik selik ifraz edirlər
B) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, absorbsiyaedici hüceyrələr adlanır
C) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, Panet hüceyrələri adlanırlar
D) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, argentafin hüceyrələr adlanırlar