## İxtisas: Məktəbəqədər təhsil (qiyabi) ## Fənnin adı: Azərbaycan dili



Yüklə 0,76 Mb.
səhifə1/10
tarix16.11.2018
ölçüsü0,76 Mb.
#82651
  1   2   3   4   5   6   7   8   9   10

##book_id= 115//book_name= Azərbaycan dili //

##fk=208//ks=03//fn=115// sumalltest= 291 //



## Fakültə: Məktəbəqədər təhsil, korreksiyaedici təlim və psixoloji xidmət

## İxtisas: Məktəbəqədər təhsil (qiyabi)

## Fənnin adı: Azərbaycan dili

## Bölmə: Azərbaycan

## Kurs: III

## Qrup: 301

## Müəllim: dos. Allahverdi Hacıyev

## Kafedra müdiri: prof. Əzizxan Tanrıverdiyev

## Kafedra üzrə işçi qrupu: 1. __________________________________

##num= 1// level= 1// sumtest=28 // name= Azərbaycan dili və onun tarixi haqqında //


1. Dil haqqındakı fikirlərdən yalnız biri doğrudur:

A) Dil ayrı - ayrı şəxslər tərəfindən yaranıb xalqa xidmət edir.

B) Təfəkkür dilin ifadə aləti kimi təzahür edir.

C) Dil və təfəkkür arasında heç bir əlaqə yoxdur.

D) Dil məfhum və hökmlər vasitəsilə meydana çıxır.

E) Dil xalqın tarixi ilə üzvi surətdə bağlı olur.

2. Dil ailələri hansı meyar əsasında müəyyənləşdirilir?

A) genetik meyar əsasında

B) qrammatik meyar əsasında

C) fonetik və qrammatik meyarlar əsasında

D) fonetik meyar əsasında

E) genetik, fonetik və qrammatik meyarlar əsasında

3. Fikirlərdən biri səhvdir:

A) Təfəkkür lüğəvi, dil isə qrammatik vahidlərdən istifadə edir.

B) Dil ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yaranırlar.

C) İctimai hadisə olan dil təfəkkürün ifadə vasitəsidir.

D) Məfhum və hökmlər təfəkkür üçün istifadə mənbəyidir.

E) Dil və təfəkkür vəhdətdə olsa da, eyniyyət təşkil etmir.

4. «…mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum… azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir».

Azərbaycan dili haqqında deyilən bu sözlərin müəllifi kimdir?

A) M. Y. Lermontov

B) A. S. Puşkin

C) A. Düma

D) A. Bestujev - Marlinski

E) S. Yesenin

5. Verilmiş fikirlərdən hansı səhvdir?

A) İndiyə qədər dilçilik elmində 6 dil ailəsi müəyyənləşdirilmişdir ki, bunlardan biri - 36 dildən ibarət olan Altay dillər ailəsidir.

B) Altay dillər ailəsinin tərkibini təşkil edən dillərdən ən böyüyü Türk dilləri qrupudur.

C) Altay dillər ailəsində Türk dilləri qrupuna daxil edilən dillər leksik, morfoloji və sintaktik cəhətdən bir - birinə çox yaxındır.

D) Mövcud olduğu bütün tarix boyu öz orijinallağını mühafizə edib saxlayan Azərbaycan dili get - gedə inkişaf edərək XIX əsrdə milli dilə çevrilmişdir.

E) Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir sıra dillərlə qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz almış və bəzi dillərə söz vermişdir.

6. Azərbaycan dili bu dillərdən birinə başqa dillərdən söz keçməsində vasitəçi olmuşdur:

A) fars dili

B) gürcü dili

C) rus dili

D) ərəb dili

E) ləzgi dili

7. «Həqiqətən, bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər».

Azərbaycan dili haqqında deyilən bu fikirlər kimə məxsusdur?

A) Sultanməcid Qənizadə

B) Mahmudbəy Mahmudbəyov

C) Əbdüləzəl Dəmirçizadə

D) Mirzə Fətəli Axundzadə

E) Mixail Yuryeviç Lermontov

8. Azərbaycan dilindən bu dilə qrammatik şəkilçilər də keçmişdir:

A) ləzgi dili

B) ərəb dili

C) gürcü dili

D) fars dili

E) rus dili

9. M. Füzulinin verilmiş əsərlərindən ikisi Azərbaycan dilində yazılmışdır:

1 - «Söhbətül - əsmar» 2 - «Həft cam» 3 - «Şikayətnamə» 4 - «Mətləül - etiqad» 5 - «Rindü Zahid»

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 1, 4

10. Hansı söz birləşmələrinin asılı tərəfinin son samiti kar tələffüz olunur?

I - barıt anbarı II - kitab şkafı III - palıd ağacı IV - çəkic səsi V - məktəb direktoru

A) I, II, IV, V

B) I, II, IV

C) II, III, V

D) II, IV, V

E) I, III, IV

11. Dilimizdə hansı saitlər qoşa yazıla bilir?

1 – a 2 – ı 3 – o

4 – u 5 – e 6 - ə

7 – i 8 – ö 9 – ü

A) 1, 3, 5, 7, 9

B) hamısı

C) 1, 3, 4, 6, 7

D) 2, 4, 6, 8

E) 1, 3, 6, 7

12. Dilimizdə hansı saitlər uzun tələffüz oluna bilir?

1 – a 2 – ı 3 – o 4 – u 5 – e 6 – ə 7 – i 8 – ö 9 – ü

A) 1, 3, 4, 5, 6, 7, 8

B) hamısı

C) 1, 3, 5, 7, 9

D) 1, 2, 3, 4, 6, 8

E) 1, 3, 5, 6, 7, 9

13. Dilimizdə hansı saitlər uzun tələffüz oluna bilmir?

1 – a 2 – ı 3 – o 4 – u 5 – e

6 - ə 7 – i 8 – ö 9 – ü

A) 2, 9

B) 1, 2, 4, 9

C) 1, 3, 5

D) 2, 3

E) 1, 3, 7, 9

14. Sözlərdən hansının tərkibində qapalı sait iştirak etmir?

1 - pencək

2 - filoloq

3 – mərhəmət

4 - qəhrəman

5 - ədəbiyyat

A) 1, 3, 4

B) 2, 5

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 2, 4

15. Tərkibində qapalı sait iştirak etməyən sözləri ardıcıllıqla göstərin.

1 - göbələk

2 - filoloq

3 - zəhmətkeş

4 - qəhrəman

5 - ədəbiyyat

A) 2, 5

B) 1, 3, 4

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 2, 4

16. Verilmiş fikirlərdən hansılar səhv olub düzgün ardıcıllığı pozur?

1 - Dil, dodaqlar, dişlər, sərt damaq və dilçək fəal danışıq üzvləridir.

2 - Nitqdəki bu və ya digər səsin yaranmasında danışıq üzvlərinin aldığı vəziyyətə məxrəc deyilir.

3 - Səs dilin əsas və bölünməz vahididir.

4 - Sözü fərqləndirə bilməyən səslər fonem vavriantları adlanır.

5 - Dilimizdəki bütün səslər məxrəcinə görə saf səslərdir.

6 - Sözlərdəki hecalar böyük, səslər isə kiçik fonetik vahidlərdir.

7 - Dilçilikdə fonemlərin əmələgəlmə xüsusiyyətləri və digər məsələləri ilə fonologiya məşğul olur.

A) 1, 3 və 5

B) 1, 2, 3, 5 və 7

C) 2, 4 və 5

D) 2, 3, 6 və 7

E) 3, 4, 5 və 6

17. Felin hansı zamanının inkarında eliziya hadisəsi baş verir? Ardıcıllıqla göstərin.

1 – şühudi keçmiş zamanda

2 – nəqli keçmiş zamanda

3 – indiki zamanda

4 – qəti gələcək zamanda

5 – qeyri - qəti gələcək zamanda

A) 3, 5

B) 1, 3

C) 2, 3, 5

D) 1, 4

E) 2, 4

18. Samit səslərin hansı prinsiplərə görə təsnif olunduğunu düzgün ardıcıllıqla göstərin.

1 – əmələgəlmə yerinə

2 – səslənmə fərqinə görə

3 – əmələgəlmə üsuluna

4 – ağız və burun boşluğunda yaranmasına görə

5 – səs tellərinin vəziyyətinə

6 – tərkibinə görə

A) 1, 3, 5, 6

B) 2, 4, 6

C) 1, 2, 3, 5, 6

D) 1, 3, 4, 6

E) 1, 3, 5

19. Hansılar Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrinə daxil deyildir?

1 - Şamaxı dialekti 2 - Gəncə dialekti

3 - Təbriz dialekti 4 - Ayrım şivəsi

5 - Quba dialekti

A) 2, 5

B) 1, 3, 5

C) 1, 3, 4

D) 2, 4, 5

E) 1, 2, 4

20. Hansılar Azərbaycan dilinin cənub qrupu dialekt və şivələrinə daxildir?

1 - Ordubad dialekti

2 - Gəncə dialekti

3 - Naxçıvan dialekti

4 - Lənkəran şivəsi

5 - Təbriz dialekti

A) 1, 3, 5

B) 2, 5

C) 1, 3, 4

D) 2, 4, 5

E) 1, 2, 4

21. Hansılar Azərbaycan dilinin şimal qrupu dialekt və şivələrinə daxil deyildir?

1 - Quba dialekti

2 - Zaqatala - Qax şivəsi

3 - Təbriz dialekti

4 - Şəki dialekti

5 - Şamaxı dialekti

A) 1, 3, 5

B) 2, 5

C) 1, 3, 4

D) 2, 4, 5

E) 1, 2, 4

22. Hansılar Azərbaycan dilinin cənub qrupu dialekt və şivələrinə daxil deyildir?

1 - Lənkəran şivəsi

2 - Naxçıvan dialekti

3 - Quba dialekti

4 - Ordubad dialekti

5 - Qarabağ dialekti

A) 1, 3, 5

B) 2, 5

C) 1, 3, 4

D) 2, 4, 5

E) 1, 2, 4

23. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur

II - yazıldığı kimi tələffüz olunmur

A - kənd axşamı B - gənc qız

C - qənd zavodu D - dörd rəqəmi

E - dörd alma

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

24. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur

II - yazıldığı kimi tələffüz olunmur

A - kənd adamı B - bürünc medal

C - qurd dərəsi D - uşaq çantası

E - dörd uşaq

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

25. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur

II - yazıldığı kimi tələffüz olunmur

A - mərd insan B - gülünc söhbət

C - qurd dərisi D - balıq yağı

E - dərd adamı

A) I – A, B, C; II– D, E

B) I – A, E; II – B, C, D

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

26. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur

II - yazıldığı kimi tələffüz olunmur

A - qənd ovuntusu B - qorxunc yuxu

C - bulud topası D - qoruq sahəsi

E - dörd uşaq

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

27. Uyğunluğu tapın.

I – Səhv fikirlər

II – Düzgün fikirlər

A - Cəmiyyətin yüksək pilləsində dialektlər daha çox inkişaf edir.

B - Hər bir dildə bir neçə dialekt ola bilir.

C - Azərbaycan dilinin dialekt və şivələri arasında böyük uçurum yoxdur.

D - Dialektlər öz mahiyyətinə görə yerli və «sinfi» olmaqla iki cür olur.

E - «Sinfi» dialektlər - jarqonlar inkişaf edib yerli dialektə keçə bilir.

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

28. Uyğunluğu tapın.

I – Səhv fikirlər

II – Düzgün fikirlər

A - «Sinfi» dialektlər - jarqonlar inkişaf edib yerli dialektə keçə bilir.

B - Jarqonlar daha çox yalançı modalar kimi əmələ gəlir.

C - Jarqonların əməli əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir.

D - Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur.

E - Azərbaycan dilinin dialekt və şivələri arasında böyük uçurum vardır.

A) I – A, C, E; II – B, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, E; II – B, C, D

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin