## İxtisas: Məktəbəqədər təhsil (qiyabi) ## Fənnin adı: Azərbaycan dili


##num= 3// level= 1// sumtest=29 // name= Orfoqrafiya və orfoepiya //



Yüklə 0,76 Mb.
səhifə3/10
tarix16.11.2018
ölçüsü0,76 Mb.
#82651
1   2   3   4   5   6   7   8   9   10

##num= 3// level= 1// sumtest=29 // name= Orfoqrafiya və orfoepiya //


1. Hansı sözdə saitlərin sayı çoxdur?

A) müəllim

B) səadət

C) sehrli

D) müəyyən

E) Rasim

2. Cəm şəkilçisi artırılmış sözlərdən hansının tələffüzü yazılışından fərqlənir?

A) şəhərlər

B) cahillər

C) gürzələr

D) səhralar

E) manqallar

3. Hansı sözdə samitlərin sayı daha çoxdur?

A) təlaşla

B) dostlar

C) mərdanə

D) rəhmli

E) yardım

4. Neçə sözdə hərflərin sayı səslərin sayından azdır?

Səlahiyyətli, müstəqil, Nailə, material, redaktor, nüfuz, dairə, hadisə, həmrəy, müdafiə

A) 3

B) 1

C) 2

D) 4

E) yoxdur

5. Hansı sözün yazılışı səhvdir?

A) dabbaq

B) aqronom

C) büllur

D) sessiya

E) pambıq

6. Hansı sözlərdə səslər hərflərdən çoxdur?

A) müdafiə, kainat

B) müəllim, inqilab

C) alim, xəzinə

D) iştaha, nümunə

E) məsul, məşəl

7. Verilmiş cümlədə neçə kar və neçə cingiltili samit işlənmişdir?

Dağı çətinliklə aşdıq.

A) 5 kar, 7 cingiltili

B) 4 kar, 7 cingiltili

C) 5 kar, 6 cingiltili

D) 4 kar, 6 cingiltili

E) 6 kar, 6 cingiltili

8. Hansı sözlərdə a saiti uzun tələffüz olunur?

A) qara, Sarı

B) kağız, yaşıl

C) arşın, ayran

D) aşiq, nanə

E) aşırım, maddə

9. Səhv yazılmış sözlər hansı bənddədir?

1 - iktidar

2 - münbit

3 - ziynət

4 - münsüf

5 - eytiram

6 - kəhriz

A) 1, 3, 4, 5

B) 1, 3, 4

C) 1, 2, 3

D) 1, 2, 5

E) 2, 4, 6

10. Fikirlərdən hansılar səhvdir?

1 - «Dahiyanə» sözündə iki uzun sait vardır.

2 - Qoşa sonor samitlər bir samit kimi tələffüz olunur.

3 - «Heca» sözündə uzanan sait yoxdur.

4 - [k‘] səsinin cingiltili qarşılığı yoxdur.

5 - [h] samitinin kar qarşılığı yoxdur.

6 - Kar və cingiltili samitlər dodaqların vəziyyətinə görə fərqlənir.

A) 2, 4, 6

B) 1, 2, 3, 5

C) 1, 3, 5

D) 3, 5, 6

E) 3, 4, 5

11. Hansı sözlərin tələffüz şəkli düzgün göstərilməmişdir?

I - [camahat]

II - [sərraf ]

III - [neftçi]

IV - [da:hiya:nə]

V - [məktup]

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

12. Hansı sözlərdə incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?

I - xəzinə

II - möcüzə

III - nizə

IV - musiqi

V - səmimi

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

13. Hansı sözün tələffüz şəkli düzgün göstərilməmişdir?

I - [nümayəndə] II - [məxvi] III - [həftə]

IV - [atlas] V - [yetdi]

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

14. Hansı sözlərdə hərflərlə səslərin sayı eynidir?

I - maaşla II - dovşan III - müəllimlə IV - sərrast V - kauçuk

A) I, IV

B) II, IV

C) II, III, V

D) I, III, V

E) I, II, V

15. Hansı söz birləşmələrinin asılı tərəflərinin son samiti kar tələffüz olunur?

I - söyüd budağı II - Kitab mağazası III - söyüd ağacı

IV - Kitab oxucusu V - Xalq hərəkatı VI - Xalq ədəbiyyatı

A) I, II, V

B) II, IV, VI

C) II, III, V

D) II, IV, VI

E) I, III, IV

16. Orfoepiyanın obyektlərini ardıcıllıqla göstərin.

1 - Hərfin hansı fonemi bildirdiyini və necə oxunduğunu müəyyənləşdirmək

2 - Ayrı - ayrı səslərin tələffüzü

3 - Ayrı - ayrı səs tərkiblərinin tələffüzü

4 - Söz və ifadələrin tələffüzü

5 - Qrammatik formaların tələffüzü

A) 2, 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 3, 4, 5

D) 2, 4, 5

E) 1, 3, 4, 5

17. Düzgün fikirlər hansı ardıcıllıqla verilmişdir?

1 - «Dahiyanə» sözündə iki uzun sait vardır.

2 - Qoşa sonor samitlər bir samit kimi tələffüz olunur.

3 - «Heca» sözündə uzanan sait yoxdur.

4 - [k‘] səsinin cingiltili qarşılığı yoxdur.

5 - [h] samitinin cingiltili qarşılığı yoxdur.

6 - Kar və cingiltili samitlər dodaqların vəziyyətinə görə fərqlənir.

A) 1, 3, 5

B) 1, 2, 3, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 3, 4, 5

18. Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözləri ardıcıllıqla göstərin.

1 - xallı, qüvvə 2 - doqquz, səkkiz 3 - saqqal, hətta 4 - qüllə, zərrə 5 - təqsir, rəqqasə

A) 1, 4

B) 2, 4

C) 1, 3

D) 2, 5

E) 3, 5

19. Hansı sözlərdə səslərin sayı hərflərin sayından azdır? Ardıcıllıqla göstərin.

1 – müqavilə 2 – faiz 3 – müvəffəqiyyət 4 – bölgə 5 – rəssam 6 – yeddi 7 – müəllim 8 – müdafiə 9 – səadət

A) 1, 7, 9

B) 1, 3, 5, 7

C) 3, 7, 9

D) 2, 4, 6, 8

E) 5, 7, 9

20. Hansı sözlər yalnız kar samitlərdən ibarətdir?

1 - səhhət 2 - seçki 3 - səksəkə 4 - səkkiz 5 - səhifə

A) 1, 3, 5

B) 2, 4

C) 1, 2, 4

D) 1, 3

E) 1, 2, 5

21. Sözlərdən birində k hərfi y samitinin kar qarşılığını bildirir:

1 - çiyələk

2 - maket

3 - səksən

4 - çəkic

5 - məktəb

A) 1, 3, 5

B) 2, 4

C) 1, 2, 4

D) 1, 3

E) 1, 2, 5

22. Hansı cərgədəki sözlərdə yalnız dodaqlanan saitlər işlənmişdir?

1 - üzük, buzov, qoruq

2 - mömin, çürük, kürü

3 - qovun, quzu, düzgün

4 - uşaq, oyun, quru

5 - öyüd, kömür, güzgü

A) 1, 3, 5

B) 2, 4

C) 1, 2, 4

D) 1, 3

E) 1, 2, 5

23. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur II - yazıldığı kimi tələffüz olunmur

A - kənd axşamı

B - gənc qız

C - qənd zavodu

D - dörd rəqəmi

E - dörd alma

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

24. Uyğunluğu tapın.

Hansı sözlərin sonundakı samit [y] cingiltili samitinin kar qarşılığı kimi:

I - Tələffüz olunur

II - Tələffüz olunmur

A - çirk, türk

B - ürək, inək

C - mələk, kötək

D - kötük, qəpik

E - əmlak, idrak

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

25. Uyğunluğu tapın.

1 - Düz yazılmış sözlər

2 - Səhv yazılmış sözlər

A - hüsnxətt

B - kinematoqrafiya

C - şaiyə

D - kəlağayı

E - xəttkeş

A) 1 – B, D; 2 – A, C, E

B) 1 – B; 2 – A, C, D, E

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C, E; 2 – A, D

E) 1 – D, E; 2 – A, B, C

26. Uyğunluğu tapın.

1 - Düz yazılmış sözlər

2 - Səhv yazılmış sözlər

A - şaiyə

B - koordinasiya

C - əsəbiləşmək

D - kəlağayı

E - hüsnxətt

A) 1 – B, C, D; 2 – A, E

B) 1 – B, E; 2 – A, C, D

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C; 2 – A, D, E

E) 1 – D, E; 2 – A, B, C

27. Uyğunluğu tapın. Hansı sözdə uzun sait:

I - işlənmişdir? II - işlənməmişdir?

A - qayıq

B - cahil

C - vəzifə

D - nizə

E - murad

A) 1 – B, E; 2 – A, C, D, E

B) 1 – B, C, D; 2 – A

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C; 2 – A, D, E

E) 1 – D, E; 2 – A, B, C

28. Uyğunluğu tapın. Hansı sözlərdə uzun sait:

I - birinci hecadadır?

II - ikinci hecadadır?

A - mükafat

B - xatirə

C - yadigar

D - sahil

E - nilufər

A) 1 – B, C, D; 2 – A, E

B) 1 – B, E; 2 – A, C, D

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C; 2 – A, D, E

E) 1 – D, E; 2 – A, B, C

29. Uyğunluğu tapın. Hansı sözlərdə uzun sait:

I - birinci hecadadır?

II - ikinci hecadadır?

A - fərasət

B - katibə

C - mahir

D - sadiq

E - ərazi

A) 1 – B, C, D; 2 – A, E

B) 1 – B, E; 2 – A, C, D

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C; 2 – A, D, E

E) 1 – D, E; 2 – A, B, C

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin