##num= 2// level= 1// sumtest=29 // name= Fonetika //
1. Fonetik yazıya aid edilən fikirlərdən biri yanlışdır:
A) Fonetik yazıda dilin bütün səsləri və onların variantları öz əksini tapır.
B) Dildəki səslərin kəmiyyət və keyfiyyətini əks etdirir.
C) Dildəki bütün səslərin incəliklərini əks etdirmir.
D) Fonetik yazı bu və ya başqa dilin səs sisteminin tədqiqinə xidmət edir.
E) Fonetik yazı elmi məqsəd üçün işlədilir.
2. İnsanın yaratdığı danışıq səsləri digər səslərdən nə ilə fərqlənir (daha dəqiq cavabı göstərin) ?
A) ictimai mahiyyət daşıması ilə
B) ünsiyyətə xidmət etməsi ilə
C) şifahi və yazılı olması ilə
D) öyrətmə vasitəsi olması ilə
E) dünyəvi inteqrasiyaya xidmət etməsi ilə
3. Verilmiş sözlərdə hansı samitlər buraxılmışdır?
As…alt, töh…ə, a…tobus
A) f, f, v
B) f, v, v
C) v, f, v
D) f, f, f
E) v, v, v
4. «Sərin meh əsirdi» - cümləsində neçə kar və neçə cingiltili samit işlənmişdir?
A) 3 kar, 5 cingiltili
B) 4 kar, 4 cingiltili
C) 5 kar, 4 cingiltili
D) 3 kar, 6 cingiltili
E) 5 kar, 3 cingiltili
5. Hansı söz yalnız kar samitlərdən ibarətdir?
A) səksəkə
B) tüstü
C) səpki
D) taxta
E) töhfə
6. Bu fonetikanın tədqiqat obyekti yazılı abidələrdir. Burada bu və ya başqa fonetik hadisə təhlil olunarkən dilin müasir səs sistemindən istifadə olunur.
A) tarixi fonetika
B) müqayisəli fonetika
C) təsviri fonetika
D) akademik təsviri fonetika
E) müqayisəli təsviri fonetika
7. Ərəb qrafikalı əlifbadan hansı dövrlərdə istifadə olunmuşdur?
A) VII əsrin II yarısından 1929 - cu ilə qədər
B) V - XIX əsrlərdə
C) VI əsrin əvvəllərindən 1920 - ci ilə qədər
D) XII - XX əsrlərdə
E) VIII - XIII əsrlərdə
8. Hərfi yazının yaranmasında bu yazının böyük rolu olmuşdur:
A) heca və şəkli yazı
B) ideoqrafik yazı
C) piktoqrafik yazı
D) piktoqrafik və ideoqrafik yazı
E) heca (silloqrafik) yazısı
9. Hansı cingiltili və kar samit qarşılıqları düzgün verilmişdir?
1 - j - ş 2 - v - f 3 - d - t 4 - y - x 5 - q - k 6 - ğ - h
A) 1, 2 və 3
B) 1, 2 və 6
C) 2, 4 və 5
D) 2, 3 və 6
E) 3, 4 və 6
10. Hansı cingiltili və kar samit qarşılıqları düzgün verilmişdir?
1 - ğ - h 2 - z - s 3 - q - k 4 - c - j 5 - ğ - x 6 - b - p
A) 2, 5 və 6
B) 1, 4 və 6
C) 1, 2 və 6
D) 2, 3 və 5
E) 3, 5 və 6
11. Verilmiş üzvlərdən hansılar danışıq üzvü deyildir?
1 - beyin - əsəb sistemi
2 - nəfəs borusu
3 - bronxlar
4 - udlaq
5 - udlaq boşluğu
6 - damaq
7 - qulaqlar
8 - dilçək
9 - gözlər
A) 4, 7, 9
B) 1, 4, 5, 7, 9
C) 4, 5, 9
D) 1, 3, 4, 5, 6, 7, 8, 9
E) 2, 3, 4, 9
12. Sözlərdən hansının tərkibində qapalı sait iştirak edir?
1 - göbələk
2 - filoloq
3 - zəhmətkeş
4 - qəhrəman
5 - ədəbiyyat
A) 2, 5
B) 1, 3, 4
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 2, 4
13. Fonasiya orqanları hansılardır?
1 - Ağ ciyərlər 2 - Bronxlar
3 - Qırtlaq 4 - Nəfəs borusu
5 - Səs telləri 6 - Udlaq boşluğu
7 - Ağız boşluğu 8 - Burun boşluğu
9 - Dil 10 - Dilçək
11 - Dişlər 12 - Dodaqlar
13 - Damaq 14 - Yuvaqlar
15 - Çənələr
A) 3, 5
B) 1, 2, 4
C) 6, 7, 8
D) 9, 10, 11, 12, 13, 14, 15
E) 5, 9, 10, 12, 13, 15
14. Sözlərdən hansının tərkibində qapalı sait iştirak etmir?
1 - göbələk
2 - filoloq
3 - zəhmətkeş
4 - qəhrəman
5 - ədəbiyyat
A) 1, 3, 4
B) 2, 5
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 2, 4
15. Verilmiş səs məxrəci hansı səsə aiddir?
Dilçək aşağı enərək ağız boşluğunun yolunu bağlayır, səsə çevrilmiş hava axınının bütövlükdə oradan keçməsinə mane olur. Buna görə də həmin hava axını burun boşluğundan keçir. Dilin ikinci hissəsi azacıq yuxarı qabarır, dodaqlar isə kipləşir və hava axınının qüvvətli təzyiqi olmadan açılır.
A) x
B) m
C) n
D) z
E) h
16. Hansı cingiltili və kar samit qarşılıqları düzgün verilmişdir? Ardıcıllıqla göstərin.
1 - c - ç
2 - v - f
3 - z - s
4 - m - n
5 - x - h
6 - q - k
A) 1, 2 və 3
B) 1, 2 və 6
C) 2, 4 və 5
D) 2, 3 və 6
E) 3, 4 və 6
17. Hansı sözlərdə yalnız qalın saitlər işlənmişdir? Ardıcıllıqla göstərin.
1 - kasıb, bulaq
2 - sürü, güzgü
3 - hamam, sumaq
4 - musiqi, oyun
5 - daraq, qutab
A) 1, 3, 5
B) 2, 4
C) 1, 2, 4
D) 1, 3
E) 1, 2, 5
18. Hansı sözlərin yazılışı səhvdir? Ardıcıllıqla göstərin.
1 - orjinal
2 - işbaz
3 - mümbit
4 - ağappaq
5 - gombul
A) 1, 3, 5
B) 2, 4
C) 1, 2, 4
D) 1, 3
E) 1, 2, 5
19. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Ardıcıllıqla göstərin.
1 - saat
2 - poeziya
3 - müəllim
4 - materiya
5 - ədəbiyyat
A) 1, 3, 5
B) 2, 4
C) 1, 2, 4
D) 1, 3
E) 1, 2, 5
20. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Ardıcıllıqla göstərin.
1 - maaş
2 - mühit
3 - riyaziyyat
4 - teatr
5 - müavin
A) 1, 3, 5
B) 2, 4
C) 1, 2, 4
D) 1, 3
E) 1, 2, 5
21. Hansı sözün son samiti yazılışından fərqli tələffüz olunur? Ardıcıllıqla göstərin.
1 - yarpaq
2 - inkişaf
3 - yamac
4 - əhvalat
5 - qanad
A) 1, 3, 5
B) 2, 4
C) 1, 2, 4
D) 1, 3
E) 1, 2, 5
22. Hansı sözün yazılışı səhvdir? Ardıcıllıqla göstərin.
1 - dabbaq
2 - aqronom
3 - billur
4 - sessiya
5 - panbıq
A) 1, 3, 5
B) 2, 4
C) 1, 2, 4
D) 1, 3
E) 1, 2, 5
23. Uyğunluğu göstərin.
I – Səhv yazılan sözlər
II – Düzgün yazılan sözlər
A - məşqələ
B - müşkül
C - müdür
D - kaset
E - təmbəki
A) I – A, B, C; II – D, E
B) I – A, C, E; II – B, D
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
24. Uyğunluğu göstərin.
Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda k səsi y səsinə:
I - keçir?
II - keçmir?
A - ipək
B - türk
C - dirək
D - kürk
E - əmək
A) I – A, C, E; II – B, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
25. Uyğunluğu göstərin.
Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda k səsi y səsinə:
I - keçir?
II - keçmir?
A - külək
B - qalstuk
C - çiçək
D - çirk
E - kötük
A) I – A, C, E; II – B, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
26. Uyğunluğu göstərin.
Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda k səsi y səsinə:
I - keçir?
II - keçmir?
A - tənək
B - iştirak
C - çörək
D - malik
E - tənək
A) I – A, C, E; II – B, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
27. Uyğunluğu göstərin.
Hansı sözlərə saitlə başlanan şəkilçi artırdıqda q - ğ əvəzlənməsi:
I - baş vermir?
II - baş verir?
A - natiq, hüquq
B - uşaq, yaylaq
C - aşiq, şəfəq
D - ispanaq, otlaq
E - ittifaq, üfüq
A) I – A, C, E; II – B, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
28. Uyğunluğu göstərin.
Hansı sözlərdə o saiti yazılışından:
I - fərqli tələffüz olunur?
II - fərqli tələffüz olunmur?
A - kompot, motor
B - fosfor, norma
C - pomidor, fontan
D - kosmos, opera
E - laboratoriya, komandir
A) I – A, C, E; II – B, D
B) I – A, B, C; II – D, E
C) I – B, C, D; II – A, E
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
29. Uyğunluğu göstərin.
Hansı sözlər:
I - düzgün yazılmışdır?
II - düzgün yazılmamışdır?
A - həyəcan, riayət
B - xoşbaxt, cigər
C - pəhləvan, orijinal
D - bulut, mator
E - kirpik, maqnitofon
A) I – B, C, D; II – A, E
B) I – A, B, C; II – D, E
C) I – A, C, E; II – B, D
D) I – A, D; II – B, C, E
E) I – A, E; II – B, C, D
Dostları ilə paylaş: |