## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 11// level= 1// sumtest=20 // name= Mürəkkəb cümlə və onun növləri //



Yüklə 1.59 Mb.
səhifə11/14
tarix24.02.2020
ölçüsü1.59 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 11// level= 1// sumtest=20 // name= Mürəkkəb cümlə və onun növləri //


1. «Ələm bu işə qol qoyub, Vələd tərs öküz kimi yola gəlmir» tabesiz mürəkkəb cümləsində hansı məna əlaqəsi işlənmişdir?

A) ardıcıllıq

B) səbəb - nəticə

C) zaman

D) qarşılaşdırma

E) aydınlaşdırma

2. Verilmiş cümlələrdən hansı tabesiz mürəkkəb cümlədir?

A) Al rəngli şəfəqlər ətrafı bürüyür, quşların səsi eşidilirdi.

B) İçəri girib qapının ağzında dayandı, dəvət gözləyən adamlar kimi boynunu burub xeyli gözlədi.

C) Hava çox isti olsa da, onlar heç tərləməmişdilər.

D) Yolda xeyli ləngidik, kəndə vaxtında çata bilmədik.

E) Hərçənd iclasda çıxış edə bilmədi, amma çox şey öyrəndi.

3. Hansı məna əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr növbə ilə bir - birini əvəz edir, yaxud da iki və daha artıq işdən yalnız birinin mümkünlüyü ifadə olunur?

A) zaman

B) səbəb - nəticə

C) bölüşdürmə

D) ardıcıllıq

E) qarşılaşdırma

4. «Elə ay olmazdı ki, ona mükafat verilməsin, adı iclaslarda çəkilməsin» mürəkkəb cümləsində budaq cümlənin növünü göstərin.

A) zaman budaq cümləsi

B) tərzi - hərəkət budaq cümləsi

C) tamamlıq budaq cüməsi

D) təyin budaq cümləsi

E) mübtəda budaq cümləsi

5. «Yəni» bağlayıcısından hansı tabesiz mürəkkəb cümlələrdə istifadə olunur?

A) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə

B) Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə

C) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə

D) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə

E) Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə

6. Baş və budaq cümlənin əlaqələnməsinə xidmət edən vasitələr hansılardır?

1 - bağlayıcılar 2 - bağlayıcı sözlər 3 - ədatlar 4 - qoşmalar 5 - modal sözlər 6 - nidalar

A) 1, 2, 3, 5

B) 1, 2, 4, 5

C) 1, 2, 5

D) 2, 3, 4, 5

E) 2, 3, 5

7. Tabesiz mürəkkəb cümləyə aid olmayan əlamət lər hansılardır?

1 - Bağlayıcı sözlər, ədat və şəkilçilərlə bağlanma

2 - Tabesizlik prinsipi ilə bağlanma

3 - Vahid qrammatik əsasa malik olmaq

4 - Tabesizlik bağlayıcılarının iştirakı

5 - Sadalama intonasiyasına və məna əlaqələrinə malik olmaq

A) 3, 4

B) 1, 3

C) 1, 4

D) 2, 5

E) 1, 5

8. Baş və budaq cümlənin əlaqələnməsinə xidmət etməyən vasitələr hansılardır?

1 - bağlayıcılar 2 - bağlayıcı sözlər 3 - ədatlar 4 - qoşmalar 5 - modal sözlər 6 - nidalar

A) 4, 6

B) 4, 5

C) 1, 5

D) 3, 4

E) 2, 3

9. Mürəkkəb cümlələri seçin.

1 - Gəminin qaranlığı yaran işıqları parıldayırdı.

2 - İndi də darğa aralanmaq istəyir, molla buraxmırdı.

3 - İsa bəy nə isə qonağa demək istədi, Hacı macal vermədi.

4 - Elm nadanlıq ölümündən qəlblərə nur verən, qaranlıqlarda gözə nur saçandır.

5 - Mən artıq nə parlaq ulduzlar görür, nə də suyun ahəngdar səsini eşidirdim.

A) 2, 5

B) 3, 4

C) 1, 4

D) 2, 3

E) 1, 5

10. Aşağıdakılardan hansı mürəkkəb cümlədir?

1 - Gəlsələr, başlayardıq.

2 - Sənə nə tapşırılıb, onu da et.

3 - Niyyətin hara, mənzilin ora.

4 - El bilir, uşaqlıqdan o, naxələf olmayıb.

A) 1, 2, 3, 4

B) 2 , 3

C) 1, 2, 4

D) 1, 2, 3

E) 3, 4

11. Hansı bənddəki cümlə quruluşca mürəkkəbdir?

1 - Darvazanın qabağında gurultu eşidildi, zəhmli bir it yoğun səslə hürdü.

2 - Torağaylar pırıltı ilə havaya qalxır, beş - on addım uçub yolun ortasına qonurdular.

3 - Bu sonsuz atəş mənbəyi insanları cana gətirir, ehtiyac içində qovrulan kəndlilərə əzab verirdi.

4 - Maşın içəri girəndə ev sahibi darvazanı arxadan bağladı.

5 - Günəşin istisindən çöllərin otu quruyur, zəmilərin sünbülləri ovulub yerə tökülürdü.

6 - O gülürdüsə də, qəmli baxışları hələ də çox şey deyirdi.

7 - Sədr gah Cəfəri mehribanlıqla dindirmək istəyir, gah da ciddiləşib tutulurdu.

A) 1, 5, 7

B) 2, 3, 4

C) 1, 2, 5

D) 3, 6, 7

E) 1, 5, 6

12. Hansı cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlədir?

1 - Fəqət nə Cəlal var, nə Humay, Nə ömrə acıyır, nə yaşa dünya.

2 - El bilir, uşaqlıqdan o, naxələf olmayıb.

3 - Ürəyimə damıb ki, oğlum tələf olmayıb.

4 - Bizim dağların başı qışda da, yayda da həmişə qar olur.

5 - Ələm bu işə qol qoyub, lakin Vələd tərs öküz kimi yola gəlmir.

6 - Sən saydığını say, fələk bildiyini edəcək.

7 - Amma bir də gördüm, guppultu ilə bir şey ayaqlarımın altına düşdü.

A) 1, 5

B) 2, 5, 6

C) 2, 4, 7

D) 1, 3, 7

E) 3, 4, 5

13. Tabesiz mürəkkəb cümlələr hansılardır?

1 - Axşam güclü yağış yağdığı üçün yolları su örtmüş, gediş - gəliş çətinləşmişdi.

2 - Söyüdlərin kölgəsində igidlər dinləyirlər babalardan öyüdlər.

3 - Dost üzə baxar, düşmən ayağa.

4 - Var madam ki, doğru yazmağa imkan, Neçin gəlsin gərək ortaya yalan? !

5 - Ağıllı gözündən bilinər, axmaq sözündən.

6 - Qız anadan görməyincə öyüd almaz.

7 - Ağılın qüdrəti söz mətahının müdrikliyindədir.

A) 2, 4, 5, 7

B) 1, 3, 5

C) 2, 3, 4, 6

D) 1, 3, 4, 7

E) 1, 4, 5, 7

14. “Dağətəyi düzənlərdə traktorlar işləyir, kolxozçuların bir hissəsi üzüm yığır, bəziləri dağda mal - qaraya, davara qulluq edirdi”. Cümlə üzvlərini ardıcıl düzün.

1 - mübtəda 2 - xəbər 3 - təyin 4 - tamamlıq 5 - zərflik

A) 3 - 5 - 1 - 2 - 4 - 1 - 2 - 1 - 5 - 4 - 2

B) 5 - 1 - 2 - 1 - 4 - 2 - 1 - 4 - 2

C) 3 - 4 - 1 - 2 - 1 - 3 - 2 - 1 - 5 - 4 - 2

D) 3 - 5 - 1 - 2 - 1 - 4 - 2 - 1 - 5 - 4 - 4 - 2

E) 3 - 1 - 2 - 1 - 4 - 2 - 1 - 5 - 4 - 2

15. “Uçurumun üstündə dayananda həyatın, yaşamağın nə qədər gözəl olduğunu çılpaqlığı ilə dərk etdim”. Cümlə üzvlərini ardıcıllıqla düzün.

1 - xəbər 2 - təyin 3 - mübtəda 4 - tamamlıq 5 - zərflik

A) 5 - 4 - 5 - 1

B) 5 - 4 - 2 - 5 - 1

C) 5 - 4 - 3 - 3

D) 4 - 5 - 2 - 3 - 1

E) 1 - 3 - 4 - 5 - 2

16. Əvvəl sadə, sonra tabesiz, daha sonra tabeli mürəkkəb cümlələri ardıcıllıqla düzün.

1 - Geridən gələn şələli yolçular da buraya qaytarılır və heç bir kəs bir addım da irəliyə buraxılmırdı. 2 - Həqq bilir, sözümə hiylə qatmazam mən.

3 - Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

4 - O, dərhal atın cilovunu çəkdi və yoldan çıxartdı.

5 - Yaz olanda hər gül bir ətir verər, hər quş bir hava oxuyarmış.

6 - Onlar səhərdən - axşama kimi günün altında yer əkir, toxum səpir, biçin biçir, heyvan saxlayırdılar.

A) 4 - 6 - 1 - 2 - 3 - 5

B) 4 - 5 - 1 - 3 - 2 - 6

C) 2 - 3 - 4 - 6 - 1 - 5

D) 4 - 6 - 1 - 5 - 2 - 3

E) 3 - 4 - 1 - 6 - 2 - 5

17. Mübtəda budaq cümləsi ilə bağlı uyğunluğu müəyyən edin.

I Qismətində nə varsa, o da sənə çatacaq.

II Ağlına gəldi ki, Şirzada dediyim sözləri Rüstəm kişi başqa ağızlardan da eşidə bilər.

1 - Məlum olsun ki, mən bu evdən getməyəcəyəm.

2 - Düz bir həftə idi ki, Qiyas yorğan - döşəyə düşmüşdü.

3 - Nə tökərsən aşına, o da çıxar qaşığına.

4 - Kim buna inanmırsa, sıradan çıxsın.

5 - Gözəl, sənə məlum olsun ki, alışıban yanıram mən.

A) I 2, 3; II 1, 4, 5

B) I 3, 4; II 1, 2, 5

C) I 1, 3, 4; II 2, 5

D) I 4, 5; II 1, 2, 3

E) I 1, 4, 5; II 2, 3

18. Budaq cümlələri baş cümləyə bağlayan vasitələrə görə uyğunluğu müəyyən edin.

I İntonasiya

II - sa( - sə)

III Bağlayıcı sözlər

1 - İstəyirsənsə, götür.

2 - İndi kim oxumayıb, ona bütöv adam demək çətindir.

3 - Bəs eşitməmisən, “bəy ilə bostan əkənin tağı çiynində bitər?

4 - Kim buna inanmır, sıradan çıxsın.

5 - Həqqi bilən bilir, mən zənnü gümanə sığmazam.

6 - İşlər yoluna düşsə, qayıdıb gələ bilərsən.

A) I 3, 5; II 1, 6; III 2, 4

B) I 3, 6; II 1, 4; III 2, 5

C) I 1, 5; II 2, 6; III 3, 4

D) I 4, 5; II 1, 3; III 2, 6

E) I 5, 6; II 2, 4; III 1, 3

19. Uyğunluğu müəyyən edin.

I Xəbər budaq cümləsi

II Mübtəda budaq cümləsi

III Tamamlıq budaq cümləsi

1 - Şərtimiz də bu olsun ki, zirvəyə birinci çatan bayraq qaldırsın.

2 - Elələri də olur ki, pisin pisliyini, yaxşının yaxşılığını tez unudur.

3 - Birlik harada, dirilik orada.

4 - İndi kim oxumayıb, ona bütöv adam demək çətindir.

5 - Kim buna inanmırsa, sıradan çıxsın.

6 - Bir deyən yoxdur ki, ay axmaq, cavan ömrünü niyə bunun yolunda çürüdürsən?

A) I 1, 4; II 2, 6; III 3, 5

B) I 1, 3; II 2, 5; III 4, 6

C) I 2, 3; II 4, 5; III 1, 6

D) I 3, 5; II 1, 6; III 2, 4

E) I 3, 4; II 1, 5; III 2, 6

20. Uyğunluğu müəyyən edin.

I Mübtəda budaq cümləsi (baş cümlə əvvəl gəlir)

II Xəbər budaq cümləsi (budaq cümlə əvvəl gəlir)

III Mübtəda budaq cümləsi (budaq cümlə əvvəl gəlir)

1 - İndiyədək hər kim ki ora gedib, sağ - salamat qayıtmayıb.

2 - Qəribə idi ki, sədrin üzündə heç bir qorxu - ürkü əlaməti yox idi.

3 - İndi hər kəs başını salamat saxlasa, ən ağıllı adam odur.

4 - Kim ki öyrənməyi bilməyirsə ar, Sudan dürr, daşdan da gövhər çıxarar.

5 - Kim Koroğlunun atını gətirsə, Toqatın sultanlıq taxt - tacı onundur.

6 - Çoxları da var ki, hələ də sərhədlərdə dayanıb dişlərini qıcayır.

A) I 1, 6; II 2, 5; III 3, 4

B) I 2, 5; II 3, 4; III 1, 6

C) I 4, 6; II 2, 3; III 1, 5

D) I 3, 5; II 1, 2; III 4, 6

E) I 2, 6; II 3, 5; III 1, 4



Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə