## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 7// level= 1// sumtest=18 // name= Feil. Zərf //



Yüklə 1,59 Mb.
səhifə7/14
tarix24.02.2020
ölçüsü1,59 Mb.
#102167
1   2   3   4   5   6   7   8   9   10   ...   14

##num= 7// level= 1// sumtest=18 // name= Feil. Zərf //


1. Verilmiş şeir parçasında neçə feil işlənmişdir?

Zümrüd gözlərini görsünlər deyə,

Şamlar boy atmışdır, uzanmış göyə.

Keçmişdir onlara qəzəbin niyə?

Düşmüşlərdir səndən aralı, Göy göl.

A) yeddi

B) üç

C) altı

D) beş

E) dörd

2. “Onlar danışa - danışa bizə tərəf gəlirdilər” cümləsində “danışa - danışa” sözü nədir?

A) sifət

B) isim

C) feli sifət

D) feli bağlama

E) zərf

3. “Dahilik təfəkkürün dərinliyi ilə ölçülür” cümləsindəki feil hansı şəkildədir?

A) xəbər

B) əmr

C) arzu

D) lazım

E) vacib

4. “Qaçırmaq” sözündəki - ır şəkilçisinin növünü göstərin.

A) məchul növ şəkilçisi

B) təsirlilik şəkilçisi

C) qayıdış növ şəkilçisi

D) adlardan feil düzəldən leksik şəkilçi

E) indiki zaman şəkilçisi

5. “Rəngləmək” feili hansı leksik məna növündədir?

A) feili

B) nitq feili

C) hərəkət feili

D) təfəkkür feili

E) hal - vəziyyət feili

6. Sadə feillər hansılardır?

1 - bağlamaq 2 - sınamaq

3 - itiləmək 4 - ağlamaq

5 - söyləmək

A) 2, 4, 5

B) 1, 3

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

7. Düzəltmə feiillər hansılardır?

1 - bağlamaq 2 - sınamaq 3 - itiləmək

4 - ağlamaq 5 - söyləmək

A) 2, 3, 5

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 1, 3

8. Sadə feillər hansılardır?

1 - dağlamaq

2 - saralmaq

3 - geriləmək

4 - saxlamaq

5 - dinləmək

A) 1, 3, 5

B) 1, 3

C) 2, 4

D) 2, 4, 5

E) 2, 3, 5

9. Hansı cümlələrdə feil qeyri - qəti gələcək zamanda işlənmişdir?

1 - Özü yıxılan ağlamaz. 2 - Telefon xətti işləmir.

3 - Qalmaz belə, qalmaz dünya 4 - İndi Sabir də gələcək.

5 - Xoş gəlmişsiniz.

A) 2, 3, 5

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 1, 3

10. Hansı xüsusiyyətlər feli sifətə aid deyildir?

1 - Zamana və şəxsə görə dəyişir.

2 - Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır.

3 - Cümlənin feli xəbəri olur.

4 - Cümlədə, əsasən, təyin vəzifəsində işlənir.

5 - Tərkib əmələ gətirərək bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

A) 1, 3, 5

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3

E) 2, 3, 5

11. Hansı xüsusiyyətlər feli sifətə aiddir?

1 - Zamana və şəxsə görə dəyişir.

2 - Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır.

3 - Cümlənin feli xəbəri olur.

4 - Cümlədə, əsasən, təyin vəzifəsində işlənir.

5 - Tərkib əmələ gətirərək bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

6 - Substantivləşə bilmir.

A) 2, 3, 5

B) 1, 3, 6

C) 2, 4, 6

D) 1, 3, 5

E) 2, 4, 5

12. Hansı feillər icbar növdədir?

1 - ölçdürmək

2 - utandırmaq

3 - aldırmaq

4 - yandırmaq

5 - dindirmək

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

13. Təsirli feilləri ardıcıllıqla göstərin.

1 - mənimsəmək

2 - vidalaşmaq

3 - tərifləmək

4 - yerimək

5 - xırdalamaq

A) 1, 3

B) 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 2, 3, 5

14. Təsirsiz feilləri ardıcıllıqla göstərin.

1 - mənimsəmək 2 - vidalaşmaq 3 - tərifləmək

4 - yerimək 5 - xırdalamaq

A) 2, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

15. Sadə feilləri ardıcıllıqla göstərin.

1 - danlamaq

2 - yorulmaq

3 - saralmaq

4 - dağlamaq

5 - saxlamaq

A) 2, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

16. Uyğunluğu tapın.

1 – “gecə” sözü zərfdir

2 – “gecə” sözü zərf deyildir

A - Tapşırılan yerə gecə çatdıq.

B - Bu iş üçün gecəni gözləməliyik.

C - Gecə çox pis yuxu görmüşdüm.

D - Qışda gecə gündüzdən uzun olur.

E - Gecə bizi başqa kazarmaya apardılar.

A) 1 – A, C, E; 2 – B, D

B) 1 – B, D; 2 – A, C, E

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C, D; 2 – A, E

E) 1 – B, E; 2 – A, C. D

17. Uyğunluğu tapın. Verilmiş cümlələrdə:

1 – sadə zərf işlənmişdir

2 – düzəltmə zərf işlənmişdir

3 – mürəkkəb zərf işlənmişdir

A - Şəhərimiz gündən - günə gözəlləşir.

B - İndi hər yerdə onu yaxşı qarşılayırdılar.

C - Direktor hərdən sinfə keçərək imtahanların gedişini izləyirdi.

D - Sözü sətirdən - sətrə həmişə hecalarla keçirtmək olar.

E - Sabirov təəccüblə bizə tərəf baxırdı.

A) 1 – C, E; 2 – B, D; 3 – A

B )1 – B, D; 2 – C, E; 3 – A

C) 1 – A, B; 2 – C, E; 3 – D

D) 1 – D; 2 – C, E; 3 – A, B

E) 1 – B, E; 2 – C. D; 3 – A

18. Uyğunluğu tapın.

1 – sadə zərflər

2 – düzəltmə zərflər

3 – mürəkkəb zərflər

A – hərdənbir

B – dərhal

C – təsadüfən

D – həmişə

E – qəsdən

A) 1 – B, D; 2 – C, E; 3 – A

B) 1 – C, E; 2 – B, D; 3 – A

C) 1 – A, B; 2 – C, E; 3 – D

D) 1 – D; 2 – C, E; 3 – A, B

E) 1 – B, E; 2 – C. D; 3 – A

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin