· teleqraf və telefon şəbəkələri


PAKETLƏR KOMMUTASİYALI ŞƏBƏKƏLƏR. X.25 STANDARTI



Yüklə 1,1 Mb.
səhifə13/71
tarix31.12.2021
ölçüsü1,1 Mb.
#113200
1   ...   9   10   11   12   13   14   15   16   ...   71
C fakepathkom.vas.müh

4.2. PAKETLƏR KOMMUTASİYALI ŞƏBƏKƏLƏR. X.25 STANDARTI.

Paket kommutasiyası (packet switching) – verilənlərin elə ötürülmə üsuludur ki, göndərən və alan arasında kiçik informasiya vahidləri (paketləri) optimal marşrutla kompüter şəbəkəsinin stansiyasından keçməklə retranslyasiya olunur. Paket kommutasiyası şəbəkəsində informasiya kiçik porsiyalarla emal olunur; uzun məlumatlar marşrutlanmadan öncə bir neçə paketə ayrılır. Hər bir paket fərqli yollarla ötürülə bildiyindən və bir məlumatın ibarət olduğu paketlər son məntəqəyə müxtəlif vaxtlarda, yaxud fərqli ardıcıllıqla çata bildiyindən, qəbuledici kompüter ilkin məlumatı yenidən qurur. Məlumatların paketlənməsi – paketlərin qurulması və sökülməsi adlanır (PACKET ASSEMBLY AND DISSEMBLY, PAD). Paket kommutasiyalı şəbəkələr ən sürətli və səmərəli hesab olunur. Trafikin marşrutlanmasının və paketlərin qurulub-sökülməsinin idarə edilməsi üçün belə şəbəkələr ötürmə prosesini idarə edən kompüterlərin və proqram təminatlarının müəyyən “intellektə” malik olmasını tələb edir. Şəbəkədə paket kommutasiyası CCITT komitəsinin X.25 tövsiyyəsində sənədləşdirilib.

X.25 şəbəkələri — bu gün korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir.

Bunun əsas səbəbi odur ki, uzun müddət X.25 şəbəkələri kommersiya tipli paket kommutasiyalı yeganə şəbəkə olub və şəbəkənin hazırlığı səviyyəsinə zəmanət verirdi. Bundan əlavə X.25 şəbəkələri etibarlı olmayan xətlərdə kanal və şəbəkə səviyyəsində səhvlərin aşkar edilməsi və korreksiyasını quran protokol hesabına yaxşı işləyir.



X.25 – Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) paket kommutasiyalı şəbəkələrə girişin kommunikasiya protokolları üçün standartları müəyyənləşdirən tövsiyələridir. Bu kommunikasiya protokolu verilənlərin paketlər şəklində elə təşkilini nəzərdə tutur ki, hər bir paketdə verilənləri göndərən və alanın idendifikatoru olur. Başqa sözlə, hər bir paketdə göndərən-kompüter və alan-kompüter haqqında informasiya olur.

Şəkil 1. X.25 şəbəkəsinin struktur sxemi



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin