Kommunikasiya sistemi – hazırlıq, informasiya toplamaq, bölüşdürmək, habelə bilavasitə bazar subyektləri arasında kontaktların yaradılması ilə bağlı əməliyyatların məcmusundan ibarət olan bazar dövriyyəsi iştirakçılarının kompleks fəaliyyəti.
Kommunikasiya dedikdə iki və ya daha çox subyekt arasında informasiya mübadiləsi prosesi başa düşülür. Kommunikasiyanın rolu ondan ibarətdir ki, o, daxili mühit sisteminin normal fəaliyyətini təmin etməklə yanaşı, həm də xarici mühitlə qarşılıqlı əlaqə yaradılmasını təmin edir.
Kommunikasiya vasitələri
Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz daşıma vasitələri, yaxud transmissiya vasitələri [transmission media] lazım olur.
Fiziki vasitələr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var:
• Sarınmış - dolanmış cütlük kabeli [twisted-pair cable]. Telefon sistemlərinin əksəriyyə tində istifadə olunan bu kabel çox ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ayrıca izolyasiya olunmuş naqildən ibarətdir (şəkil 1). Naqillərdən biri siqnalı daşıyır, o biri naqil isə yerlə əlaqələndirilir. Yerlə əlaqələndirilmiş (torpaqlanmış) naqil radio-maneələri “udur” və bununla da o biri naqillə ötürülən siqnalı qoruyur.
şəkil 1. Sarınmış - dolanmış cütlük kabeli
• Koaksial kabel [coaxial cable]. Əsasən televiziya sənayesində istifadə olunan bu növ kabellər kompyuter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki naqildən: silindrik formalı ekrandan və onun içərisində izolə edilmiş mərkəzi teldən ibarət olur . Koaksial kabeldən keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr isə koaksial kabeldən keçən siqnallara təsir etmir. Göstərilən üstünlüklərinə baxmayaraq, bu kabellər sarınmış cütlük kabellərinə nisbətən bahadır.
Şəkil 2. Koaksial kabel.
• Fiber-optik kabel [fiber-optic cable]. Fiber-optik kabel (optik lif kabeli) nazik, elastik şüşə borucuqlardan hazırlanır (şəkil 3). Bu kabellərin ənənəvi metal rabitə xətlərindən bir sıra üstünlükləri var. Buraxılış zolağının eni çox böyük olduğundan, o, daha çox verilənləri daşıya bilir; o, metal naqillərə nisbətən daha yüngüldür və maneələrə daha az həssasdır. Fiber-optik kabellərin əsas çatışmazlığı onların kövrək və baha olmasıdır.
Şəkil 3. Fiber-optik kabel
Şəkil 4. Fiber-optik kabel
Dostları ilə paylaş: |