Keçirici (hava) rabitə xətləri. Keçirici (hava) rabitə xətləri dirəklər arasında açıq havada asılmış, heç bir izolyasiya və müdafiə təbəqəsi olmayan keçirici naqillərdən ibarətdir. Bu naqillər əsasən orta hissəsi polad olan alüminium və mis materiallardan hazırlanır. Bu tip rabitə xəttlərindən əsasən telefon və teleqraf siqnallarının ötürülməsində istifadə olunur. Lakin digər imkanların məhdudluğunda bu tip rabitə xətləri vasitəsi ilə kompüter verilənlərinin ötürülməsi də həyata keçirilir. Bu xəttlərin sürət keyfiyyəti və maneə dayanıglığı arzu olunan səviyyədə olmadığından zaman keçdikcə bu xəttlər müxtəlif növ kabel xəttləri ilə əvəz olunmağa başlayıb.