Kabel xəttləri. Kabel xəttləri öz-özlüyündə murəkkəb konstruksiyaya malik rabitə xəttləridir. Bu tip kabellər bir neçə izolyasiya qatlarina malikdir: elektriki, elektromaqnit, mexaniki və bəzən də klimatik. Bütün bunlardan başqa bu kabellərdə öz aralarında və cihazlara operativ birləşməni həyata keçirmək üçün xüsusi pərçimlərdən istifadə olunur.
Kompüter şəbəkələrində və digər açıq kommunikasiyalarda əsasən 3 tip kabellərdən istifadə olunur: yumşaq mis nagillər dəstəsi, mis damardan ibarət koaksial kabel (Koaksial və ya qısaca "koaks" kabel, (ing. Coaxial cable) əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunan kabel növü), optik –lifli kabel. Yumşaq mis naqillər dəstəsi əsasən iki variantda – metal ekranlı və ekranlanmamış şəkildə təşkil olunur. Kabellərin bu cür ekranlanması kənar maneələrin yaratdığı küylərin qarşısını almaqla yanaşı kabeli mexaniki təsirlərdən də qoruyur. Koaksial kabellərin isə daxilində mis materialdan ibarət mərkəzi damar, və kənar hissəsi torlu toxunma təskil edən ekran təbəqəsindən ibarətdir. Bu tip kabellər bir-birindən impedansları vasitəsi ilə fərqlənirlər. (İmpedans – dəyişən cərəyan axınına müqavimət. İmpedans iki hissədən ibarətdir: aktiv və reaktiv müqavimət. Aktiv müqavimət elektrik enerjisini istilik enerjisinə çevirməklə həm sabit, həm də dəyişən cərəyana qarşı durur və o, həmişə sıfırdan böyükdür. Reaktiv müqavimət yalnız dəyişən cərəyana müqavimət göstərir və həm mənfi, həm də müsbət qiymət ala bilər)
Optik lifli kabel (fiber-optic cable) işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə əksetdirici qatla (cladding) əhatə olunmuşdur. Əksetdirici qat öz növbəsində, plastikdən olan bufer qatı ilə örtülmüşdür. Sonra öz aralarında hörülmüş liflərdən ibarət olan Kevlar fimasının qoruyucu qatı gəlir. Nəhayət bütün bunlar teflon və ya polivinilxloriddən hazırlanmış xarici örtüklə örtülmüşdür.
Optik – lifli kabellər isə qalınlığı 5-60 mikron olan optik liflərdən ibarət olur. İnformasiya işıq siqnalı şəklində bu liflərin daxilində ötürülür. Bu tip kabellər sadalanan növlərin içərisində ən keyfiyyətlisi sayılır. Optik lifli kabellərdə ötürülən informasiya daha az təsire məruz qalır. Yerüstü və peyk radiokanal əlaqəsi radiodalğaları şüalandiran və qəbuledən qurğular vasitəsi ilə həyata keçirilir. Bu tip rabitə xəttlərində informasiyanın ötürülməsi ötürülmə tezliyinə görə bir neçə növə bölünürlər. Verilənlərin ötürülmə sürətinin aşağı olmasina rəğmən daha uzaq məsafəyə ötürülməsində AM tipli siqnallardan istifadə olunur. Verilənlərin daha sürətli ötürülməsi üçün TM (ÇM) tipli radiodalğalardan istifadə olunur. Müasir texnologiyanın tətbiqi nəticəsində birbaşa görünüş xəttində olmaq şərti ilə İYT (4 Qhs) diapazonundan istifadə olunur. Bu tezlikdə radiodalqalar ionosferdən əks olunmadığı üçün informasiyanin uzaq məsafəyə ötürülməsi üçün peyk rabitəsindən istifadə olunur. Kompüter şəbəkələrində və digər kommunikasiya vasitələrində sadlanan rabitə üsullarının hamısından istifadə olunur. Bütün bunların içərisində isə optik lifli (kiber- 7 optik) rabitə xəttləri daha perspektivli sayıla bilər.Verilənlərin 100m –məsafəyə qədər ötürülməsində dəstəli kabellərdən daha geniş istifadə olunur.Bu tip rabitə xətti yaxın məsafələr üçün qiymət –keyfiyyət balansində önəmlidir.
Analoq sistemlərinə aşağıdakı veriliş sistemləri aiddir:
1. Kanalların tezliyə görə bölünməsi (KTB), burada xətt traktının tezlik diapazonu çərçivəsində hər veriliş kanalı üçün müəyyən fərdi tezlik zolağı ayrılır.
2. Kanalların zamana görə bölünməsi (KZB), burada xətt traktında hər bir veriliş kanalı siqnalların ötürülməsi üçün müəyyən zaman intervalları ayrılır. Rəqəm verilişi sisteminə məlumatın bütün növlərinin rəqəm siqnallarının köməyi ilə verilməsini təmin edən veriliş sistemləri daxildir. Məlumat mənbələri, onların yaratdığı məlumatlar və bu məlumatlara uyğun gələn siqnallar kəsilməz və diskret olur. Zamanın kəsilməz funksiyası olan (telefoniya, radioyayım) və müəyyən zaman intervalında istənilən qiyməti qəbul edən siqnala kəsilməz siqnal deyilir. Sonlu sayına müxtəlif qiymətlərə (teleqraf məlumatları, komanda, ...) malik olan ayrı-ayrı (diskret) elementlərdən ibarət olan siqnallara diskret siqnallar deyilir. Məsələnin quruluşuna və zamana görə təyinatından asılı olaraq dörd siqnal növü mövcuddur:
1. Diskret zamana görə diskret siqnal (rəqəm siqnalı).
2. Kəsilməz zamana görə diskret siqnal.
3. Diskret zamana görə kəsilməz siqnal (diskret siqnal).
4. Kəsilməz zamana görə kəsilməz siqnal (analoq siqnalı).
Qeyd etmək lazımdır ki, kanalların tezliyə görə bölünməsi (KTB) prinsipindən istifadə edilən sistemlər analoq siqnallarını ötürür, ona görə də bu sistemlər analoq veriliş sistemləri adlandırılır. Kanalların zamana görə bölünməsində (KZB) xətt traktında hər kanal üzrə siqnalı ötürmək üçün müəyyən zaman intervalları ayrılır. Əgər hər kanal üzrə bu zaman intervallarında rəqəm siqnalları ötürülürsə, onda belə veriliş sisteminə Rəqəm Veriliş Sistemi (RVS) deyilir. Şəkil 1.1-də RVS-in struktur sxemi göstərilir.
İQ
İM
D
KQ
ARÇ
RAÇ
BQ
Şəkil 1.1. RVS-in struktur sxemi
Burada IM - informasiya mənbəyi; D - diskretləşdirmə; KQ - kvantlaşdırıcı qurğu; ARÇ - analoq/rəqəm çeviricisi; RAÇ - rəqəm/analoq çeviricisi; BQ - bərpa qurğusu; IQ - informasiya qəbuledici.
Dostları ilə paylaş: |