" TƏSDİq ediLİB"


MÜŞTƏRİ MÜRACİƏTLƏRİNİN BAXILMA MÜDDƏTLƏRİ



Yüklə 0,73 Mb.
səhifə15/37
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#111664
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

8. MÜŞTƏRİ MÜRACİƏTLƏRİNİN BAXILMA MÜDDƏTLƏRİ


    1. Cavabın Müştəriyə təqdim edilməsinin müddətləri Banka Müraciətin daxil olunduğu tarixindən hesablanır.

    1. İstisna olaraq, Şikayətlər Qutusu vasitəsi ilə daxil olmuş Müştəri Müraciətləri üzrə cavabın verilməsi müddətləri Şikayətlər Qutusunun açılması tarixindən hesablanır (lakin, 20 iş günündən çox olmamaq şətilə), həmçinin istisnalar kart əməliyyatlarının etirazıyla bağlı Müraciətlərə də aiddir hansıların ki, müddətləri BÖS ilə tənzimlənir.

    1. Zəruri hallarda xarici təşkilatlara sorğuların istiqamətləri Müraciətin (Rəftarın) müzakirəsinin müddəti, cavabın xarici təşkilatdan alınması üçün lazım olan vaxtı nəzərə alaraq, uzadılmış ola bilər (sorğunu göndərmiş Bankın struktur bölməsi onun xarici təşkilatı tərəfindən

9 Ofis-menecer vasitəsilə – cavabın filialdan keçirilməsi təqdirdə

alınmasına nəzarət edir). On iş günündən artıq müddət ərzində Sorğuya cavabın alınmaması təqdirdə təkrar sorğu göndərilir. Təkrar sorğu ən çoxu iki dəfə göndərilə bilər. İkinci təkrar sorğuya cavabın alınmaması səbəbindən Müraciətin müzakirəsi Bankda mövcud olan informasiyaya əsasən həyata keçirilir.



    1. Cavabın Müştəriyə verilməsinin fərdi müddətləri Kuratorun (ən çoxu 20 iş günü) dərkənarı ilə təyin edilmiş ola bilər.

    2. O hallarda ki, əgər fərdi icra tarixi Kuratorun qətnaməsiylə təyin edilməmişdirsə, Müştərinin Müraciətinə cavabın hazırlanması aşağıdakı növbəti tipik müddətlərilə müəyyən edilir:

      1. Əlavə araşdırılma tələb etməyən Müştəri Müraciətlərinə:

        1. hüquqi şəxslər və banklar üçün – ən çoxu 10 (on) iş günü;

        2. fiziki şəxslər üçün – ən çoxu 5 (beş) iş günü;

      2. Əlavə araşdırma tələb edən Müştəri Müraciətlərinə:

        1. hüquqi şəxslər və banklar üçün – 20 (iyirmi) iş günə qədər;

        2. fiziki şəxslər üçün – 10 (on) iş günə qədər.

    3. Əgər Müştəriyə cavabın hazırlanması üçün hazırki Qaydaların 8.5 bəndi ilə uyğun olaraq təyin edilmiş vaxtdan daha çox uzun müddət tələb olunursa, SƏ müddətin başa çatmasına qədər 2 (iki) gündən gec olmadan elektron poçtu vasitəsi ilə müddətin uzadılması haqqında əsaslandırılmış xahişlə öz rəhbərinə müraciət etməlidir, sonra, SƏ-nın rəhbəri Kuratorla müddətin uzadılmasını razılaşdırır.

    4. Müddətin uzadılması haqqında Kurator tərəfindən qərarın qəbul olunduğu halda, Müştərinin Müraciətinə cavabı üçün müddətin dəyişdirilməsi faktı yeni müddətin bəyan edilməsi, dəyişikliyin tarixi və Kuratorun imzası vasitəsi ilə sənədlərdə əsaslandırılır. BKS vasitəsi ilə SƏ Müraciətin müzakirəsi müddətinin uzadılması haqqında Müştərinin icbari xəbərdarlandırılmasını təmin edir.

    5. Müştərilərin Müraciətləriylə bağlı AR MB/MBNP tərəfindən sorğular 5 (beş) iş günü ərzində baxılır. AR MB/MBNP daha qısa müddətdə müraciətlərin baxılmasını tələb edə bilər. Əgər AR MB/MBNP tərəfindən cavabın Müştəriyə təqdim etməsi tələbi varsa, Müraciətlərə cavabların baxılması (müzakirəsi) və təqdim edilməsi hazırki Qaydaların 8.5 bəndlərində göstərilmiş müddətlərə həyata keçirilmiş olmalıdır.

    6. Dövlət orqanları tərəfindən sorğular AR qanunvericiliyilə təyin edilmiş müddətlərə baxılır.




  1. Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin