Qərar layihəsinin alınması və Bankın qanunsuz hərəkətlərinin faktlarının müəyyən edilməsi zamanı, 3 №-li Cədvəldə göstərilmiş səlahiyyətlərin Matrisinə əsasən uyğun səlahiyyətlərə malik olan əməkdaş:
Qərar layihəsi üzərində müvafiq dərkənarın bəyan edilməsiylə, qərar layihəsinin qəbulundan sonraki iş günündən gec olmayan müddət ərzində cari vəziyyətə görə bütün mövcud olan sənədlərin əsasında Müştərinin iddiası üzrə (çıxarışların, yazılı izahatların, müqavilələrin şərtlərinə və tariflərə istinadların) növbəti qərarı qəbul edir;
Qərarın qəbul olunması günü dərkənarla olan qərar layihəsini Əİ PİMMTŞ və KŞ-ə yenidən göndərir.
İddia üzrə qərar alındığı anından 3 (üç) iş günü ərzində, əgər Müştəriylə bağlanmış müqavilədə digə şərtlər nəzərdə tutulmayıbsa, icra olunmalıdır.
Standart İddialar (əsassız müraciətlər istisna olmaqla) üzrə pul vasitələrinin kompensasiyası haqqında qərar hazırki Qaydaların 3 №-li Cədvəlinə uyğun olaraq qəbul edilir. Qərar hazırki Qaydaların 5№-li Əlavəsinə uyğun olaraq rəsmiləşir.
Müştərilərin İddiaları üzrə qərarların qəbul olunmasına görə verilmiş səlahiyyətlər. 3 N-li Cədvəl