Hazırki Qaydalar Bankın MŞ tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.
Hazırki Qaydalara dəyişikliklərin və artırmaların edilməsi - əlavələrin rəsmiləşdirilməsi, yaxud hazırki Qaydalarının yeni redaksiyasında təsviri yolu ilə aparılır və Bankın MŞ-si tərəfindən təsdiq edilir. Qaydaların yeni redaksiyasının qəbulu əvvəlki sənədin qüvvədə qalmasının avtomatik dayandırılmasına gətirib çıxarır.
Hazırki Qaydalarının hər-hansı maddəsinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə Azərbaycan Respublikasının MBNP-nin normativ xarakterli aktlarına uyğun gəlmədiyi halda, habelə Azərbaycan Respublikasının yeni normativ-hüquqi aktların və ya Azərbaycan Respublikasının MBNP-nin normativ xarakterli aktlarının qəbulu, o cümlədən qanunvericiliyə dəyişiklərin edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının indiki qanunvericiliyinə və AR MBNP normativ xarakterli aktlarına yalnız zidd olmayan hissəsi qüvvədə qalacaqdır.