Müştərilərlə əks əlaqə sisteminin fəaliyyəti üçün şəraitin təmin edilməsi, Müştəriyə, ona uyğun zamanda və rahat formada Müraciətlərin Banka istiqamətləndirmək imkanının yaradılması məqsədilə, Müştərilərin Müraciətlərinin Banka qəbulunun aşağıda qeyd olunan kanalları təşkil edilir və müşayiət olunur (Əlavə 1):
Bank bölməsinə şəxsən müraciət - Müştəri Bankın MXİ/filialında yazılı Müraciət formasını doldurur (Əlavə 2, 3, 4).
“Müştərinin Müraciəti” blankı (Əlavə 2) ödəniş kartı üzrə və ya kartdan istifadə etməsən bankomatda və ya TXM-da aparılmış əməliyyata görə Müştərinin mübahisələndirdiyi hallar istisna olmaqla istənilən pretenziyalı hadisə zamanı doldurulur;
“Müştərinin Müraciəti” blankı (Əlavə 3) Bankın bankomatları vasitəsilə aparılmış əməliyyatlar (həmçinin nağd pulun qəbulu funksiyasıyla) üzrə pretenziyalar yarandıqda doldurulur;
“Mübahisəli tranzaksiya haqqında ərizə” blankı (Əlavə 4) yalnız o zaman doldurulur ki, Müştəri Bank tərəfindən buraxılmış ödəniş kartı üzrə bankomatda və kənar bankın nağd pullarının verilməsi məntəqələrində aparılmış əməliyyatı mübahisələndirsin, həmçinin TXM-da aparlmış əməliyyatı mübahisələndirildikdə;
Şikayət və təkliflər qutusu – Bankın Müştərinin Müraciətini atmaq üçün MXİ/filiallarında xüsusi olaraq təchiz edilmiş şikayətlər qutusudur (Əlavə 2, 3, 4);
Poçt / kuryer rabitə xidməti, faksimil rabitəsi;
İctimai elektron poçt ünvanı, Bankın internet saytı, internet forumlar və Bankın sosial şəbəkələrdə rəsmi səhifələri;
Telefon rabitəsi kanalları (CSŞ);
Məsafədən daxilolma elektron kanalları (bundan sonra – “Bank-Müştəri” sistemi, İnternet-Bank);