Pretenziya və ya şikayətin rəsmiləşdirilməsi məqsədi ilə Müştəri Banka müraciət etdikdə, MQƏ və mvafiq bölmənin rəhbəri (MXİR / FD) onların səlahiyyətində bütün mümkün olan hərəkətlərin, iddialı vəziyyətin nizama salması məqsədi ilə, icra olunmasına məcbur edilir.
Yalnız iddia/şikayətin rəsmiləşdirilməsi olmadan problemin həll edilməsi mümkünsüzlüyü halda MQƏ:
Müştəriyə (Əlavə 2-yə müvafiq olaraq) doldurulması üçün müvafiq blank formasını verir;
Müştəridən rəsmiləşdirilmiş Pretenziya Müraciəti/Şikayətini qəbul edir;
Hazırki Qaydaların 3.3.1. bəndinə uyğun olaraq Pretenziya Müraciəti/Şikayəti verən şəxsi eyniləşdirir;
Pretenziya Müraciətində/Şikayətində göstərilən məlumatların tamlığını (həmçinin mütləq doldurulmalı olan sahələri), pretenziya vəziyyətini təsdiq edən əlavə edilmiş sənədlərin mövcudluğunu yoxlayır;
3.2.7.5. Qəbul haqqında ştampı, tarixi, vəzifəni, SAA və imzanı uyğun olan qrafalarda İddia Müraciətində/Şikayətində qeyd edir. Pretenziya Müraciətinin qəbulu haqqında qeydlə olan qoparılan hissəni (punktirlə qeyd edilmiş) sənədin əslindən ayırır və Müştəriyə verir;
Onun baxılmasının mümkün müddətləri və nəticələrin alınması üsulları barəsində məlumatlandırır;
Müştəri Müraciətini MXİR/FD-yə uyğun olan vizanın alınması üçün ötürdükdən sonra Müştərinin Müraciətini KKQ-yə verir.
Müştəri Müraciətinə cavabın hazırlanması üzrə sonrakı addımlar hazırki Qaydaların 6-cı fəslində təsvir edilir.
Pretenziya ilə müraciət anına Müştəridə pretenziya vəziyyətini, əməliyyatın keçirilməsi faktını təsdiq edən sənədlər olmadıqda (qəbzlər, çeklər, kənar bankların hesabları üzrə çıxarışlar və s.), PİMMTŞƏ iddianı qəbul edir və qərarın qəbul olunması üçün sənədləri (varsa) təqdim etmək ehtiyacı barəsində KEP vasitəsi ilə informasiyanı MQƏ-nin diqqətinə çatdırır.