3. Ticarət Reyestrin Əsas Funksiyaları Dünya praktikasında ticarət reyestrinin iki funksiyası olduğu qəbul olunur. Bunlar reyestrin “əqdə təsir funksiyası” və reyestrin “üçüncü şəxsin vicdanlığına təsir funksiyası” olaraq ayrılır. Qeyd olunan funksiyalar Azərbaycan hüququnda da qəbul olunub. Belə ki, ticarət reyestrinin (hüquqi şəxslərin dövlət reyestrinin) bəzən əqdi quran (meydana gətirən), bəzən isə sübut edən, ayrıca üçüncü şəxsin vicdanlığına təsir edən mahiyyətdə olduğunu AMM-si və AHDQQ-nu qəbul edib. Təbii ki, bu funksiyaların nəyi ifadə etdiyinin təsbit olunması da faydalıdır.