|
|
səhifə | 104/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ətini tez anlaya bilməz. Zərb məsəl kimi hamının dilində dolaşan caynaqlı atomlar ifadəsi danışıq dilində işlənən və qədim sözləri kül kimi göyə sovurmaq istəyən adamların fəlsəfi sayıqlamalarını rədd edən dil hadisələrindən biridir. Məhəbbət insandan insana keçə bilər. Hisslər hər bir şeyə öz damğasını basar, məsafələrin uzaqlığına baxmaz, hər yerdə yayılar. Məktubların da qəlbi var: məktublar – yazan adamın əks-sədasıdır; incəqəlbli insanların nəzərində məktub ən zəngin məhəbbət xəzinələrindən biridir. Qorio bir it həssaslığı ilə, tələbənin qəlbində doğan qəribə mərhəmət hissini, gənclik simpatiyasını ona bəslədiyi hüsn-rəğbəti duymuşdu. Bununla belə, yaranan yaxınlıq hələ ürəkləri açmamışdı. Ejen madam de Nusingenlə göruşməyi arzuladığını qocaya söyləsə də, o, gözəl parisli xanımın evinə qocanın vasitəsilə daxil olmaq niyyətində deyildi; o, yalnız Qorionun ağzından söz qaçıra biləcəyinə və bununla ona xidmət göstərə biləcəyinə ümid edirdi.
O birisi gün Qorio Ejenə dedi ki:
– Əzizim, siz nə üçün belə güman etmisiniz ki, mənim adımı çəkdiyiniz üçün madam de Restonun sizə qəzəbi tutmuşdur? Qızlarımın ikisi də məni çox sevir. Mən bir ata kimi xoşbəxtəm. Ancaq mənim kürəkənlərim mənimlə yaxşı rəftar etmədilər. Mən isə sevimli qızlarımın öz ərləri ilə mənim üstümdə yola getmədiklərini gördüyüm zaman qızlarımı xəlvətcə ziyarət etməyə qərar verdim. Bu xəlvət görüşlər mənə böyük həzz verir, mənim bu sevinclərimi hər gün qızlarım ilə görüşən atalar heç vaxt başa düşə bilməzlər. Mən öz qızlarımla açıqdan-açığa görüşə bilmirəm, anlayırsınızmı? Odur ki qızlarımın gəzməyə çıxıb-çıxmayacaqlarını qulluqçulardan öyrənib, xoş havalı günlərdə Yelisey düzlərinə çıxıram. Qızlarımın
keçəcəyi yolda dayanıb, karet gözləyirəm. Karatl r isə mənim yanımdan keçdiyi zaman ürəyim
şiddətlə döyünür, qızlarımın bərbəzəyini seyr edirəm, onlar məni təbəssümlə salamlayır, o zaman mənim üçün bütün dünya dəyişir, təbiət parlaq günəşin şüalarından qızıl nura boyanır. Mən yerimdən tərpənməyib onların qayıtmasını gözləyirəm. Onları bir daha görürəm. Hava onlar üçün xeyirlidir, yanaqları gül kimi açılır! Ətrafda gedən söhbətləri eşidirəm: “Nə qəşəngdir, nə gözəldir!” Bu sözləri eşitdikcə mənim də ürəyim şad olur. Məgər onlar
Dostları ilə paylaş: |
|
|