|
|
səhifə | 107/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| adın bir an içində dostluq peymanlarını pozmağa və səni köhnə ayaqqabı kimi tullamağa qabilsə, başqa qadınlardan nə gözləyə bilərsən? Demək, hər kəs özü üçün çalışır. Doğrudur, mənim ona ehtiyacım olduğu üçün o, müqəssir deyil, bir də onun evi hər kəsin girməyə haqqı olan bir dükan da deyil. Votren demişkən, top mərmisi olmaq lazımdır”.
Bununla belə, madam Boseanın evində nahar etmək səadəti Rastinyakın acı düşüncələrini dağıtdı. Bu surətlə, bir qəzavü-qədərin əmri ilə, sanki sözləşmiş kimi, həyatının ən kiçik hadisələri onu bir yola sürükləyirdi. Voke pansionunda yaşayan qorxunc sfinksin müşahidələrinə görə, bu, elə bir yol idi ki, burada döyüş meydanında olduğu kimi, ölmək istəmirsənsə, öldürməyə, aldanmaq istəmirsənsə, aldatmağa məcbursan. Burada vicdanı qapı ağzında qoymağa, qəlbinə maska taxmağa, insanlarla amansız bir oyun oynamağa və nəhayət, Lakedemonda* olduğu kimi, zəfər çələngini qazanmaq üçün, başqalarının gözünə görünmədən, müvəffəqiyyət axtarmağa məcbursan.
Ejen ikinci dəvə vikontessanın yanına gəldiyi zaman artıq o, həmişəki kimi mehriban və mərhəmətli görünürdü. Hər ikisi yemək otağına getdi. Vikont de Bosean burada arvadını gözləyirdi. Bütün servizlərdən cah-calal yağırdı. Məlum olduğu , Restavrasiya dövründə* zinət ifrat dərəcəyə çatmışdı. Vikont kimi bir çox gözüdoymuş adamlar üçün yaxşı xörəkdən başqa nəşə mövcud deyildi. Xörəkpərəstlik məsələsində vikont kral XVIII Lüdovik və hersoq Eksar* məktəbinə mənsub idi. Onun süfrəsində iki calal vardı: biri təm üçün, o biri isə gözlər üçün. Rastinyakın heyran gözləri qarşısında belə mənzərə birinci
dəfə açılırdı: o, ictimai vəziyyətin cah-calalı irsən keçən bir evdə ilk dəfə nahar edirdi. İmperiya dövründə
bal qurtardıqdan sonra şam təşkil etmək adət olmuşdu, çünki istər xaricdə, istərsə doğma yurdda aparılan müharibələr üçün hərbi adamlar qüvvət toplamalı idilər. artıq baldan sonrakı şam yeməklərini ləğv etmişdi. Bu nahara qədər Ejen yalnız ballarda olmuşdu. Sonralar Ejen hər zaman özünəarxayın bir
gənc şöhrəti qazanmışdı, halbuki bu arxayınlığı o artıq indidən özündə yaratmağa başlayırdı. Buna görə də Ejen özünü itirmədi. Lakin coşqun xəyallı gənc, calalla düzülmüş süfrədə qəşəng gümüş qablar, zərif şeylər g
Dostları ilə paylaş: |
|
|