|
|
səhifə | 109/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| nmiş vikontessanı deyil, eyni zamanda onu da hədəfə aldı. Opera Rastinyaka əfsanəvi tamaşa kimi göründü. O, heyrət və məftunluq içində idi.
Madam de Bosean Ejenə xatırladaraq:
– Siz mənimlə danışmaq istəyirdiniz, – dedi. – Baxın, madam de Nusingen odur, bizdən üç loja aralı əyləşmişdir. Bizim o biri tərəfimizdə əyləşən isə onun bacısı ilə cənab de Traydır.
Vikontessa bu sözlərlə madmazel Roşfidin əyləşdiyi lojaya baxdı, üzü birdən-birə nurlandı: d’A uda orada
deyildi.
Ejen madam de Nusingenə baxaraq:
– O, cazibədar qadındır, – dedi.
– Kirpikləri ağappaqdır.
– nə qədər qəşəng və incə vücudu var!
– Əlləri çox iridir.
– Gözləri gözəldir.
– Üzü həddən artıq uzunsov görünür.
– Uzunsov sifət cins l mətidir.
– Bu, onun üçün xoşbəxtlikdir, – deyə vikontessa cavab verməklə Ejenin böyük heyrətinə səbəb oldu. – Bir ona diqqət edin, lorneti necə qaldırdığına və endirdiyinə baxın! Onun hər bir hərəkətində Qorionu duymaq mümkündür.
Həqiqətən, madam de Bosean, guya, madam de Nusingenə əhəmiyyət vermədən teatr salonunu lornetlə nəzərdən keçirdiyi halda, onun heç bir hərəkətini nəzərdən qaçırmırdı. Teatrın tamaşaçıları lap seçmə idi. Delfina Nusingen madam de Boseanın yanında əyləşən zərif geyimli kuzenin yalnız ona baxdığını duyduqca fərəhlənirdi.
– Əgər siz gözlərinizi ona dikib baxmaqda davam edərsinizsə, bu, açıqdan-açığa ədəbsizlik olar. Bu qədər
israrla siz heç bir şey əldə edə bilməzsiniz. Ejen vikontessaya:
– Əziz kuzinam, – dedi, – siz mənə artıq xeyirxah bir havadarlıq göstərmişsiniz, öz xeyir işinizi axıra qədər aparmaq niyyətiniz varsa, mən sizdən yalnız bir şey xahiş etmək istərdim: bu, sizin üçün o qədər də çətin olmaz, halbuki mənim üçün səadət məsələsidir. Mən aşiq oldum.
– Belə tezmi?
– Bəli.
– Bu qadınamı?
Ejen mənalı nəzərlə kuzinasına baxaraq, azacıq sükutdan sonra sözünə davam etdi və:
– ənim iddialarım başqalarının ürəyində əks-səda tapa bilərmi? – dedi. – Hersoginya de Karilyano hersoginya Berri ilə yaxındır. Ehtimal ki, siz onunla görüşürsünüz. Lütfən, məni ona təqdim edin, həm də məni bazar ertə i özünüzlə birlikdə bala aparın. Mən orada madam de Nusingenlə görüşərəm, birinci hücuma başlaram.
Vikontessa cavab verdi:
– Məmnuniyyətlə. Əgər siz artıq ona meyil edirsinizsə, hər halda, könü
Dostları ilə paylaş: |
|
|