|
|
səhifə | 118/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| onu ilk dəfə alovlu ata məhəbbətinin şəfəqləri içində görürdü. Qüdrətli hisslərin insandan insana keçmək qabiliyyəti var. Ən nadan bir vücud belə həqiqi, qüvvətli məhəbbətlə alışdığı zaman dərhal şölə saçmağa başlayır, siması dəyişir, hərəkətləri canlanır, səsi ahəngdar olur. Ehtirasın təsiri altında küt adamlar belə dil açar, nitqlə olmasa da, fikir etibarilə parlar, sanki, nur içində hərəkət edərlər. İndi də belə idi: qocanın hərəkətlərində böyük aktyorlara məxsus təsirli bir qüvvə hiss olunurdu. Bəli, məgər bizim ən yaxşı hisslərimiz iradəmizin şairanə ifadələri deyilmi?
Ejen Qorio atadan soruşdu:
– Demək, onun mütləq de Marsedən ayrılacağını sizə söyləsəm, məyus olmazsınız? Bu lovğa onu atmış və knyaginya Qalatyonun yanında yuva salmışdır. Mənə gəlincə, mən bu axşam madam Delfinaya dəlicəsinə aşiq olmuşam.
Qorio ata bağırdı:
– Belə deyin?!
– Bəli. Deyəsən, mən də onun xoşuna gəlmişəm. Biz bir saat məhəbbətdən danışdıq, birisi gün, yəni
şənbə günü isə mən onun yanına getmək fikrindəyəm.
– Ah, o, sizi bəyənmiş olsaydı, əzizim, mənim sizi nə qədər sevəcəyimi bilsəydiniz! Siz mərhəmətli adamsınız, siz ona əzab verməzdiniz. Əgər siz ona xəyanət etsəniz, sizin boğazınızı mən özüm üzəcəyəm. Başa düşürsünüzmü, qadın ancaq bir dəfə sevər. Aman, yarəb! Cənab Ejen, mən nə alçaq sözlər danışıram! Siz burada üşüyürsünüz. Aman, yarəb! Demək, siz onunla söhbət etdiniz. O, mənə bir şey söyləməyi xahiş etmədi?
Ejen “heç bir şey” düşündüsə də:
– O, – dedi, – sizə hərarətli qızlıq busəsini yetirməyi xahiş etdi.
– Sağ olun, qonşu, gecəniz xeyrə qalsın, sizə şirin yuxular arzu edirəm, mənim isə bu saat söylədiklərinizin sayəsində şirin yuxu görəcəyimə şübhə yoxdur. Allah sizə hər işdə kömək olsun! Bu axşam siz mənim üçün mələk yerində idiniz, sizdə qızımın rayihəsini duydum.
Ejen isə yatağına uzanaraq düşünürdü:
– Yazıq! Bu, daşürəkli adamlara da təsir edərdi. Qızı öz atasının dərdini Türkiyə sultanının dərdini çəkdiyi qədər çəkirdi.
Bu söhbətdən sonra Qorio ata öz qonşusuna sirdaş, dost nəzəri ilə baxmağa başladı. Onların arasında qocanı başqa bir şəxsə bağlaya biləcək yeganə bir tel yaranmışdı. Ehtiras heç vaxt aldadıcı olmaz. Qorio ata belə təsəvvür edirdi ki, Ejen Delfinanın xoşuna gələrsə, o, öz qızı
Dostları ilə paylaş: |
|
|