|
|
səhifə | 119/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| na daha yaxın olar, onunla tez-tez görüşə bilər. Bundan başqa, qoca çəkdiyi iztirablarının səbəblərindən birini açıb Ejenə söyləmişdi. O, gündə yüz dəfə madam de Nusingenə xoşbəxtlik arzu edərdi, halbuki Delfina indiyə qədər məhəbbət sevinclərini duya bilməmişdi. Əlbəttə, Ejen Qorio atanın gözlərinə sevimli gənc kimi göründüyündəndir ki, qızının məhrum olduğu bütün nəşələri Rastinyakın ona verə biləcəyini düşünürdü. Bu surətlə Qorio
ata öz qonşusu ilə dost oldu, bu dostluq getdikcə daha da möhkəmləndi; bu dostluğu nəzərə almasaydıq,
hekayətimizin nəticəsi də aydın olmazdı.
O birisi gün, səhər naharı zamanı Qorio atanın Rastinyakın yanında əyləşib gərgin diqqətlə ona baxması və Ejenə söylədiyi bir neçə kəlmə, həm də qocanın, adətən, gips maskasına oxşayan simasındakı dəyişiklik bütün kirayənişinlərin heyrətinə səbəb olmuşdu. Bu söhbətdən sonra Ejeni birinci dəfə görən Votren, sanki, onun ürəyindən nələr keçdiyini öyrənmək istəyirdi. Ejen bu gecə, yatağına uzanmazdan əvvəl, gözləri qarşısında açılan həyat üfüqlərinin enişliyini ölçdü, indi isə Votrenə rast gəldikdə onun təklifini yada salıb, özünü saxlaya bilmədi və varlı bir adaxlıya baxan xeyirxah gənc kimi, Viktorinaya nəzər saldı. Təsadüfən Ejenin və qızın gözləri rastlaşdı. Zavallı qız Rastinyakın təzə paltarda cazibədar olduğunu etiraf etməli idi. Qızla mənalı nəzərlərlə baxışdıqdan sonra Ejen bu nəticəyə gəldi ki, bütün gənc qızları həyəcana gətirən və ilk rast gəldikləri yaraşıqlı kişiyə onlarda meyil oyadan dumanlı eşq hissləri Viktorinaya da sirayət etmişdir. Daxili bir səs deyirdi: “Səkkiz yüz min frank”. Bununla belə, Ejen özünü yenə dünənki günün hadisələrinə qaytarıb, madam de Nusingenə bəslədiyi uydurma məhəbbətin onu pis fikirlərdən uzaqlaşdıra biləcəyinə qərar verdi:
Rastinyak dedi:
– Dünən italyan operasında Rossininin “Sevilya bərbəri”ni göstərirdilər. Mən ömrümdə belə gözəl musiqi
eşitməmişəm. Yarəbbi, italyan operasında loja sahibi olmaq nə böyük səadətdir!
Qorio ata ağasının hərəkətlərini duyan bir köpək kimi dərhal ənin mənasını başa düşdü.
Voke dedi:
– Siz kişilər yağ içində üzürsünüz, kefiniz istədiyinizi edirsiniz.
Votren soruşdu:
– Siz evə nə il
Dostları ilə paylaş: |
|
|