|
|
səhifə | 121/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| yi şeylər üçün ona çoxlu pul lazımdır, onda nə edərdin?
– Heç dəxli var? Sən əvvəlcə mənim ağlımı əlimdən alırsan, sonra da təklif edirsən ki fikirləşim.
– Ah, Byanşon, mən dəli oluram, mənə əlac tap. Mənim iki bacım var, hər biri gözəllik və bəkarət məlakəsidir. Mən istəyirəm ki, onlar xoşbəxt olsunlar. Onlara cehiz vermək üçün beş il ərzində mən iki yüz min frankı haradan tapa bilərəm? İnsan həyatında elə hadisələr olur ki, xırda-xırda udmaqdansa, iri qumar oynamaq lazım gəlir.
– Sən həyata yenicə qədəm basan hər kəsin qarşısında duran sualı mənə təklif edirsən; sən Qordi düyününü* bir qılınc zərbəsi ilə istəyirsən. Əzizim, bunun üçün olmaq lazımdır, yoxsa katorqaya sürülərsən. Mən şəxsən atamdan miras aldığım mövqeyi tutaraq, əyalətdə özüm üçün yaratmaq istədiyim sadə həyatla da xoşbəxt ola bilərəm. İnsan meyilləri böyük ərazidə olduğu kimi, kiçik bir sahədə də tamamilə təmin edilə bilər. Napoleon gündə bir dəfə nahar edərdi, hətta kapusinlər1 xəstəxanası yanında yaşayan təbib tələbənin saxladığından çox məşuqə saxlamazdı. Əzizim, bizim xoşbəxtliyimiz hər vaxt ayaqlarımızın altı ilə təpəmiz arasındakı hüdudda olacaqdır və bu xoşbəxtliyin qiyməti ildə bir milyon, yaxud yüz luidor olsa belə, ondan eyni daxili bir hiss duyacağıq. Mən sənin çinlinin həyatına səs verirəm.
– Sağ ol, Byanşon, sən mənim ürəyimi sakitləşdirdin! Biz səninlə həmişəlik dost olaraq qalacağıq.
Tələbə isə sözünə davam edərək:
– Sözümə qulaq as, – dedi. – Mən bu saat Küvyenin* mühazirəsindən gəlirəm. Oradan çıxıb Botanika bağına getdiyim zaman Puare ilə Mişononu gördüm; skamyada əyləşib, keçənilki qarışıqlıqlar vaxtında eputatlar palatasının yanında gördüyüm bir şəxslə söhbət edirdilər. Mənə elə gəldi ki, bu adam adi,
özünü nəcib rantye kimi göstərən polis nəfəridir. Gəl bu bir cüt şəxsin işlərinə bələd olaq; bunun səbəbini
mən sənə sonra başa salaram. Hələlik, salamat qal, saat dörddə yoxlamada olmalıyam.
Ejen evə qayıtdığı zaman Qorio ata onu qapının ağzında gözləyirdi. Qoca:
– Buyura bilərsiniz, bu məktub ondandır, – dedi. – Amma nə gözəl xətti var! Ejen məktubu açıb oxudu:
“Hörmətli cənab, atam mənə sizin italyan musiqisini sevdiyinizi sö
Dostları ilə paylaş: |
|
|