|
|
səhifə | 122/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ylədi. Lojamda əyləşməklə məni məmnun edəcəyinizdən çox şad olaram. Şənbə günü Fodor ilə Pelleqrini* oxuyacaqlar, – xahişimi rədd etməyəcəyinizə əminəm. Cənab Nusingen də mənim xahişimə şərikdir və sadəcə, nahara bizə
gəlməyinizi rica edir. Sizin buna razılıq verməyiniz onu çox məmnun edər, məni ötürmək kimi ağır bir ailə
vəzifəsini daşımaqdan azad edə bilər. Cavab verməyə də bilərsiniz, eləcə gəlin. Mənim minnətdarlığımı
qəbul edin.
D.de N.”
Ejen məktubu oxuyub qurtardıqdan sonra qoca dedi:
– Məktubu mənə göstərin. – Sonra məktubu iyləyə-iyləyə: – Siz, əlbəttə, gedəcəksiniz, deyilmi? – deyə soruşdu. – Məktubun nə gözəl ətri var! Ona qızımın barmaqları toxunmuşdur.
Rastinyak düşündü: “Qadın kişinin boynuna belə asanlıqla atılmaz. O, de Marseni qaytarmaq üçün
məndən istifadə etmək niyyətindədir. Qadın yalnız hirsindən belə addım ata bilər”. Qorio ata soruşdu:
– Nə fikirləşirsiniz, fikirləşməyə nə var ki?
Ejen o dövrdə bir çox qadının şöhrətpərəstlik həvəsinə düşdüyündən xəbərsizdi. O, madam de Nusingenin Sen-Jermen civarına yol açmaq üçün hər fədakarlığa hazır olduğunu bilmirdi. Bu dövrdə Sen- Jermen civarı məclislərində, yəni Kiçik sarayın stats-damaları* arasında qəbul edilmək hər bir qadın üçün böyük şərəf sayılırdı. Bu sarayda madam de Bosean, onun dostları hersoginya Morfinyez və de Lanje birinci yerdə əyləşmişlər. Yalnız Rast nyak Şosse d’Anten xanımlarının kəhkəşan kimi parlayan bu bir neçə qadının yüksək dairəsinə düşmək üçün can atdıqlarını, çılğın ehtirasla çırpındıqlarını bilmirdi. Lakin Ejenin inamsızlığı ona xeyir verdi. Bu inamsızlıq sayəsində o, hər şeyə soyuqqanlı baxırdı. Madam de Nusingen ona başqalarının şərtini qəbul etmək deyil, özü şərt qoymaq kimi soyuqqanlılıq qabiliyyəti qazandırmışdı.
Rastinyak Qorio ataya cavab verdi:
– Bəli, gedəcəyəm.
Bu surətlə sadə bir maraq Ejeni madam de Nusingenə doğru sövq edirdi, lakin o, Ejenə etinasızlıq göstər
, bəlkə də, Ejen ona ehtirasla meyil edərdi. Hər halda, Ejen sabahkı günü və özünün dəvət saatını səbirsizliklə gözləyirdi. İlk intriqa bir gənc üçün ilk məhəbbətdən az cazibədar deyildir. Müvəffəqiyyət qazanacağına əmin olması onun qə
Dostları ilə paylaş: |
|
|