|
|
səhifə | 123/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| lbində fərəhli hisslərin doğmasına səbəb olur, ancaq kişilər bunu
etiraf etməzlər, halbuki bəzi qadınların bütün sehrkarlığı və cazibəsi də bundadır. Qələbənin çətin, yaxud
asan əldə edilməsindən asılı olmayaraq, ehtiraslı arzular od kimi alışıb-yanmağa başlayır. Bütün insan ehtirasları, əlbəttə, məhəbbətin səltənətini iki müxtəlif aləmə ayıran bu iki təməl üzərində yaranır. Bəlkə də, bu təqsimat temperamentlərin mürəkkəb olmasından irəli gəlir, hər halda, nə deyirlərsə desinlər, temperament məsələsi bəşər cəmiyyətində əsas rol oynayır. Əgər melanxoliklərin vəcd dərəcəsinə
çatması üçün müxtəlif işvəkarlıqlara ehtiyac vardısa, çılğın, həssas yaxud sanqviniklər* həddən artıq inadlı müqavimətə rast gəldikləri zaman dava meydanından qaça da bilərlər. Başqa sözlə, elegiya limfadan, difiramb isə öd kisəsindən asılıdır.
Ejen paltarını dəyişdikcə, gənclərin istehzadan qorxduqları üçün bu barədə bəhs etməyi sevmədiyinə baxmayaraq, onların mənliyini oxşayan xırda, lakin xoş hisslər keçirirdi. Ejen, gənc qadının onun tellərinə oğrun nəzərlə baxacağını düşünə-düşünə, saçlarına sığal verdi. O da, bal üçün bəzəkli paltarlarını geyinən gənc qız kimi, uşaqcasına hərəkətlə bir az əzilib-büzüldü və frakını düzəltdiyi zaman məftun nəzərlə incə belini süzdü. Öz-özünə: “Əlbəttə, vücudları daha yaraşıqsız olan gənclər də var!” – dedi. Sonra aşağı düşdü. Artıq hamı süfrənin ətrafında əyləşmişdi. İçəri girəndə zərif görünüşü haqqında söylənilən axmaq zarafatlar dolu kimi yağsa da, Ejen tab gətirdi. Ailə pansionlarında hökm sürən adətlərdən biri də budur ki, səliqə ilə geyinmiş şəxsə baxdıqda təəccüb edirlər. Orada təzə paltar geyəndə hər kəs bu barədə bir söz deməyi özünə borc bilir.
Byanşon at muşqurlayırmış kimi ağzını marçıldatdı.
Madam Voke:
– Lap anadangəlmə per və hersoqdur! – dedi.
Madmazel Mişono soruşdu:
– Siz qəlbləri fəth etməyəmi gedirsiniz? Rəssam çığırdı:
– Quqquluqu!
Muzey məmuru dedi:
– Zövcənizə salamlar yetirin!
Puare soruşdu:
– Məgər cənab Rastinyakın zövcəsi var?
Votren məzhəkəli bir yanıltmac kimi, bazar alverçisinin tonu ilə bağırdı:
– Zövcə nə zövcə, lap əntiqəsi, dənə-dənə satılır, suda batmaz, rəngi getməz, qiyməti iyirmi beşdən qırxa kimi, dama-dama, son , yuyular y
Dostları ilə paylaş: |
|
|