|
|
səhifə | 126/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| lə sıxdı: onun dərin həyəcan içində olduğu görünürdü.
Ejen:
– Sözlərimə qulaq asın, – dedi. – Əgər sizin bir dərdiniz varsa, mütləq mənə söyləməlisiniz. Mən siz
, yalnız sizi üçün sevirəm. Söhbətimizə davam edək, dərdinizi mənə açmalısınız, bir düjün adam
öldürmək belə lazım gələrsə, mən sizin dərdinizi dağıtmalıyam. Əks təqdirdə mən buradan çıxıb gedər,
bir daha qayıtmaram.
Delfina naümid və birdən-birə onu bürümüş bir fikrin təsiri altında əlini alnına vuraraq:
– Yaxşı! – dedi. – Mən bu saat sizi imtahandan keçirərəm.
O, öz-özünə: “Bəli, başqa çarə yoxdur!” – deyə düşündü. Zəngi çaldı. İəri girən lakeydən:
– Baronun karet hazırdırmı? – deyə soruşdu.
– Bəli, xanım.
– Mən karetə gedəcəyəm. Baronun ınca mənim ekipajımı göndərərsiniz. Saat yeddidə nahar edəcəyik. Sonra Ejenə əmr etdi:
– Gedək.
De Nusingenin karet və bu qadınla yanaşı oturması tələbəyə yuxu kimi göründü. Baronessa əmr etdi:
– Pale-Royala, fransız teatrına tərəf sürün.
Yolda, ehtimal ki, həyəcan keçirdiyindən, baronessa Rastinyakın suallarına cavab verməkdən çəkinirdi.
Rastinyak bu dilsiz inadlı, dalğın müqavimətin mənasını başa düşməkdə acizdi. Öz-özünə düşünürdü: “Mən bir an içində onu əlimdən çıxartdım”.
Karet dayandı, baronessa onun həvəslənib söylədiyi çılğın sözlərini bir baxışla kəsərək:
– Siz məni sevirsinizmi? – soruşdu.
Ejen getdikcə artan təlaşını göstərmədən:
– Bəli, – dedi.
– Mən sizdən nə tələb edərsəm, mənim barəmdə pis fikrə düşməzsiniz ki?
– Qətiyyən.
– Siz mənə itaət etməyə hazırsınızmı?
– Gözlərim üstə.
Sonra Delfina titrək səslə soruşdu:
– Siz heç qumarxanada olmusunuzmu?
– Qətiyyən.
– Ah, mən azad nəfəs ala bilərəm. Siz mütləq udacaqsınız. Mənim kisəmi götürün, – dedi. – Götürün! Orada yüz frank var – xoşbəxt qadının ixtiyarında olan ancaq budur. Qumarxanalardan birinə girərsiniz. Harada olduğunu bilmirəm, ancaq Pale-Royalda qumarxana olduğundan xəbərim var. Bu frankı ruletkaya qoyarsınız: ya hamısını uduzarsınız, ya da mənə altı min frank gətirərsiniz. Qayıdandan sonra mən
dərdimi sizə açıb söylərəm.
Ejen fərəhlə:
– Əgər nə edəcəyimi başa düşürəmsə, lənətə gəlim! Ancaq yenə də sizə itaət etməyə hazıram, – dedi. Eyni zamanda düşündü ki: “O
Dostları ilə paylaş: |
|
|