|
|
səhifə | 131/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| mamilə Bosean üslubundadır.
Rastinyak getdikcə ona məftun olaraq: “Nə sehrkar qadındır!” – deyə düşünürdü.
Ejen otağa nəzər saldı: burada hər şey zəngin bir məşuqənin ehtiraslı təmtərağından xəbər verirdi. Delfina:
– Bəyənirsinizmi? – deyə soruşdu və zəngi çaldı.
– Tereza, bünu özünüz cənab de Marseyə apararsınız və şəxsən ona verərsiniz. Onu evdə tapmasanız,
məktubu geri qaytararsınız.
Tereza otaqdan çıxarkən hiyləgər nəzərlə Ejenə baxdı. Naharın hazır olduğunu xəbər verdilər. Rastinyak qolunu madam de Nusingenə uzatdı və onunla birlikdə gözəl yemək otağına daxil oldu. Buradakı zinət kuzinasının otağında məftun olduğu zinətin eyni idi.
Madam de Nusingen dedi:
– İtalyan operasına getdiyimiz günlərdə siz nahar etmək üçün mənim yanıma gələcəksiniz və məni teatra
aparacaqsınız.
– Lakin belə davam edərsə, mən xoş yaşayışa öyrəşə bilərəm, halbuki mən yoxsul bir tələbəyəm, hələ
özümə sərvət qazanmaq məcburiyyətindəyəm. Delfina gülərək:
– Sərvət öz ayağı ilə gələcəkdir, – dedi. – Hər işin uğurlu olduğunu görürsünüzmü? Mən özümü bu qədər
xoşbəxt hiss edəcəyimi gözləməzdim.
Qeyri-mümkün şeyləri imkan daxilində sübut etmək və xoş niyyətli işləri ürəyə daman hisslərlə məhv etmək qadınlara məxsus bir niyyətdir. Madam de Nusingenlə Rastinyak lojaya daxil olduqları zaman baronessanın üzündə sevinc nuru parlayırdı: de Nusingen o qədər gözəl görünürdü ki, hər kəs onun barəsində qeybət qırmağı özünə borc bildi: qadınlar bu xırda iftiradan özlərini qorumaqdan acizdirlər, bu qeybətlər isə çox zaman insanları öz uydurmalarına inandırır. Parisi tanıyanlar orada yayılan şayiələrə qətiyyən inanmazlar, orada həqiqətən baş verən hadisələri bilənlər isə sükut edərlər. Ejen baronessanın əlini sıxdı. Onlar musiqidən aldıqları təəssüratı sözlə deyil, bir-birinin əlini gah zəif, gah da bərk sıxmaqla
bir-birinə xəbər verirdilər. Bu gecə hər ikisini məst etmişdi. Teatrdan bir çıxdılar, madam de Nusingen Ejeni Yeni körpüyə qədər ötürmək arzusunu bildirdi, lakin bütün yol uzunu, Pale-Royalda verdiyi hərarətli busələrdən birini belə Ejenə bəxş etməkdən çəkindi. Ejen onun öz işlərində ardıcıl olmadığını söylədi.
Baronessa cavab verdi:
– O, gözlənilməyən bir sədaqət qarşısında minnətdarlıq hissimin ifadəsi idi. İndi isə bu, bir vəd ola
Dostları ilə paylaş: |
|
|