|
|
səhifə | 132/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| bilərdi.
– Vəfasız, siz mənə heç şey vəd etmək istəmirsiniz!
Ejen hirslənmişdi. Delfina, adətən, məftun edən bir səbirsizliklə, öpmək üçün əlini ona uzatdı, lakin
Ejen baronessanın əlini həvəssiz qəbul etdi, baronessa buna heyran qaldı.
– Bazar ertəsinə qədər, – dedi. – Balda görüşərik.
Ejen aydınlıqda evə qayıdarkən ciddi fikirlərə dalmışdı. O, bir tərəfdən xoşbəxt, o biri tərəfdən isə narazı idi. Onu xoşbəxt edən eşq sərgüzəşti idi: bu sərgüzəşt nəticədə ən qəşəng, ən zərif Paris xanımlarından birini, onun arzuladığı bir qadını ona təslim etməli oldu. Onu narazı salan şey isə özünə sərvət yaratmaq planlarının puça çıxması idi. Odur ki o, indi dünənki dumanlı fikirlərinin bir həqiqət olduğunu hiss edirdi. Müvəffəqiyyətsizlik hər zaman arzularımızın güclü olduğunu göstərir. Rastinyak Paris həyatından nəşələndikcə kölgədə və yoxsulluqda qalmaq arzusu da azalırdı. O, cibindəki kağız pulunu əzişdirir, bunun öz pulu olduğunu sübut etmək üçün xaincəsinə dəlillər, bəhanələr gətirirdi. Nəhayət, Ejen Nev- Sent-Jenevyev küçəsinə çatdı. Pilləkənin üst meydançasına çıxdığı zaman işıq yandığını gördü. Qorio ata qapısını açıq qoymuş və şamı söndürməmişdi ki, tələbə, Qorionun dediyi kimi, qızı barəsində söhbət etməyi yadından çıxarmasın. Ejen Qoriodan heç şey gizlətmədi.
Qorio ata dərin məyusluq və qısqanclıqla:
– Necə? – dedi. – Onlar mənim iflas olduğumu zənn edirlər? Axı mənim üç yüz min franklıq rentam var! Aman yarəb! Yazıq balam, o nə üçün mənim yanıma gəlmədi? Mən öz faizli kağızlarımı satardım, bütün borcları əsas mayadan ödəyərdik, qalan pulu isə ömürlük rentaya qoyardım. Əziz qonşum, nə üçün siz gəlib onun çətin vəziyyətdə olduğunu mənə danışmadınız? Onun son yüz frankını ris lə qumara qoyub, necə oynamağa cəsarət etdiniz? Ürəyim az qalır parça-parça olsun. Budur mənim kürəkənlərim! Ah, onlar mənim əlimə düşsəydilər, boğub öldürərdim! Aman yarəb! Mənim qızım ağlayırdı? Doğrudanmı, o ağlayırdı?
Rastinyak dedi:
– Başını jiletimə söykəyib ağlayırdı.
Qorio ata yalvararaq:
– Jiletinizi mənə bağışlayın! – dedi. – Onun üzərində mənim əziz Delfinamın göz yaşları var. O, uşaqlıqda heç vaxt ağlamamışdır. Bir daha onu geyməyin, mənə bağışlayın, mən sizə başqasını alaram. Əri ilə bağlanan müqaviləyə görə, onun
Dostları ilə paylaş: |
|
|