|
|
səhifə | 136/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| də onların gəncliyi və nəşədə
göstərdikləri şiddətdir. Nə qədər yoxsul, ya varlı olsalar da, heç zaman bu gənclərin gündəlik həyat ehtiyacları üçün pulları tapılmaz, halbuki əyləncə üçün pulları həmişə çox olar. Bir şeyin pulunu dərhal vermək lazım gəldikdə xəsislik göstərərlər, lakin borc almaq mümkün olsa, bədxərclik ərlər. Sanki, bu s rətlə əlləri çatma şeyin əvəzini çıxarar, əlləri çat nı isə yelə sovurardılar. Bu qanunu izah etmək üçün bir
misal gətirə bilərik: tələbə həmişə paltarından artıq şlyapasını qoruyar. Dərzi, qazancı nə qədər çox olsa da, paltarı borc tikməyə məcburdur, halbuki şlyapa ucuz olduğu üçün, tələbələrin işi düşdüyü adamlar arasında papaqçı güzəştə getmə adam sayılır. Teatrda əyləşmiş bir gəncin əntiqə jileti gənc xanımların lornetlərini özünə cəlb edirsə, bu gəncin ayağında corab olduğuna şübhə etmək olar: corabçı da dibini yırtan taxıl biti cinsinə mənsubdur. Rastinyakın həyatı da belə idi. Onun madam Voke üçün hər zaman boş, şöhrətpərəstlik əyləncələri üçün hər zaman dolu kisəsi ən adi və zəruri xərclərdən asılı olmayaraq gah dolar, gah da boşalardı. O, yüksək cəmiyyət mövqeləri üçün bir həqarət olan bu üfunətli və mənfur pansiondan həqiqətən ayrılmaq istəyirdisə, madam Vokenin bir aylığını verdikdən sonra azad, şıq gəncə məxsus mənzil tutub, ev avadanlığı ala bilməzdimi? Məsələ də burasındadır ki, belə şeylər üçün onun cibində pul tapılmazdı. Rastinyak qumar üçün hər zaman pulu olsun deyə, udduğu zamanlar zərgərdən qiymətli qızıl zəncirlər və cib saatı alar, ehtiyacı olanda isə bu şeyləri gəncliyin ən kədərli və
gizli dostlarından olan lombarda aparardı. Lakin mənzil pulunu, yemək pulunu vermək, yaxud yüksək cəmiyyət mədənlərini qazmaq üçün lazımi alətlər almaq məsələsinə gələndə, o, tərəddüd ed r və heç nə icad edə bilməzdi. Gündəlik ehtiyaclar, adi tələbləri təmin etmək üçün borc almaq zərurəti ona ilham verməzdi. Təsadüflə dolu həyatın dadını görmüş insanların əksəriyyəti kimi, o da, meşşanların nəzərində müqəddəs sayılan adətə rəğmən, öz borclarını ödəməyi son dəqiqəyə qədər təxirə salardı. Mirabo* da aldığı çörəyin pulunu, yalnız bu çörək məhkəməyə verilən bir veksel surətində bütün dəhşəti ilə zühur etdiyi zaman verərdi. Nəhayət, Rastinyak var-yoxunu qumara uduzdu, borca düşməyə məcbur oldu. O
Dostları ilə paylaş: |
|
|