|
|
səhifə | 14/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| şləri, insanlar, hadisələr, qanunlar, mehmanxanalar, həbsxanalar – hər şey ona tanış görünürdü. Birisi öz taleyindən şikayət edən kimi o, dərhal öz köməyini təklif edərdi. Dəfələrlə madam Vokeyə və bir neçə kirayənişinə borc pul belə vermişdi. Lakin o, xeyirxah adama oxşasa da, qətiyyətlə dolu qəribə, dərin baxışları ilə hamıda elə bir dəhşət oyadırdı ki, ondan borc pul alanlar borcu qaytarmamaqdansa ölməyi üstün tuturdular. Onun ancaq tüpürcəyini tullamaq adəti belə sarsılmaz bir soyuqqanlığa malik olduğunu göstərirdi. Onun nəzərləri, elə bil, ciddi bir hakim kimi
hər bir məsələnin, hər bir hissin, hər bir vicdanın dərinliyinə qədər enmək iqtidarında idi. O, adətən,
gününü belə keçirərdi: səhər yeməyindən sonra evdən çıxar, nahar vaxtı geri dönər, sonra yenə gedərək bütün axşamı görünməz, ancaq gecəyarısı qayıdardı. Madam Vokenin etibarı sayəsində ehtiyat açarı həmişə yanında idi. Bu iltifat ancaq Votrenə göstərilərdi. Onun dul arvadla yaxşı münasibəti vardı: həmişə Vokeyə “cici” deyər, belindən tutub qucaqlardı. Voke bu yaltaqlanmağın mənasını başa düşməzdi. Madam Voke açıq ürəklə elə zənn edirdi ki, onu qucaqlamaq sadə şeydir, halbuki onun kimi ağır bir kötüyü qucaqlamaq üçün Votrenin əlləri kifayət qədər uzun görünürdü. Onun daha bir xüsusiyyəti vardı: o, səxavət göstərərək, ayda on beş frank “qlori a”1 üçün verər və şirniyyatla içərdi. Paris həyatının qasırğasına düşən bu gənclər kimi o qədər də diqqətsiz olmayan adamlara və eləcə də
özlərinə aid olmayan hər şeyə qarşı tamamən laqeyd görünən bu qocalara Votrenin göstərdiyi bu ikimənalı təsir, çox ehtimal ki, onları kifayətləndirməzdi. Votren, ətrafındakı bütün adamların işlərini bilir, yaxud duyurdu; halbuki heç kəs onun nə ilə məşğul olduğunu və nə fikirləşdiyini dərk edə bilməzdi. Zahiri xeyirxahlığı, daimi iltifatı və şən təbiəti özü ilə başqaları arasında sədd çəkdiyi halda, Votren bəzən xasiyyətinin qorxunc cəhətini büruzə verərdi. Yuvenal* kimi hazırcavablılıqla coşar, qanunlara məmnuniyyətlə istehza edər, kübar cəmiyyəti qırmacla , onun daxili ziddiyyətlərini ifşa edərdi. Bu isə onun qəlbində ictimai intizama qarşı kinli bir küskünlüyün çırpındığını və həyatının dərinliklərində böyük bir
Dostları ilə paylaş: |
|
|