|
|
səhifə | 161/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| iya”* müəllifi hörmətli Bernarden de Sen-Pyeri gözəl səhifələr
yaratmaq üçün ilhama gətirə bilərdi. Gənclik nə gözəldir, madam Kutür! – Ejeni seyr edərək: – Yat, mənim sevimli balam, – dedi, – səadət bəzən insan yuxuda olduğu zaman gəlir. – Sonra yenə madam Kutürə tərəf dönərək: – Madam, – dedi, – bu gəncdə məni cəzb edən şey onun mənəvi gözəlliyi ilə cismani gözəlliyinin ahəngdarlığıdır. Yaxşı baxın: məgər bu, mələk çiynində yuxuya gedən bir məlaikəyə bənzəmirmi? O, məhəbbətə layiq gəncdir! Əgər mən qadın olsaydım, onun yolunda məmnuniyyətlə
ölərdim (yox, yox, mən o qədər də axmaq deyiləm), onun üçün yaşardım. – Sonra madam Kutürün qulağına pıçıldadı: – Onları məftun nəzərlərimlə seyr edərkən, Allahın onları bir-biri üçün yaratdığını düşünürəm. – Votren bir az sonra ucadan davam etdi:
– Allahın sirrindən heç kəs agah deyil, o, insanların ürəklərini, fikirlərini imtahandan keçirir. Pak və günahsız qəlbinizlə, insani meyillərinizlə birləşmiş olduğunuzu gördükcə mən özümə deyirəm ki: bunlar gələcəkdə də bir-birindən ayrılmayacaqlar. Allah-taala adildir. Bəli! – Sonra qıza dedi: – Yadımdadır, mən sizin əlinizdə xoşbəxt bir həyatın əlamətlərini görmüşdüm. Madmazel Viktorina, əlinizi mənə verin. Xiromantiyadan başım çıxır, mən dəfələrlə fala baxmışam. Qorxmayın, yaxın gəlin! Aman, yarəb, mən nələr görürəm! Namusuma and olsun ki, siz tez bir zamanda Paris al Dostları ilə paylaş: |
|
|