|
|
səhifə | 169/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ə şərik olduğunu düşündükcə, bədənini üşütmə tuturdu. Votrenin soyuqqanlılığı onu yenə də dəhşətə gətirirdi
Rastinyak öz-özünə “Bəlkə, birdən Votren heç bir söz demədən öldü?” – dedi.
O, sanki onu hürə-hürə bir sürü tazı qovurmuş kimi, Lüksemburq parkının xiyabanlarını yüyürə-yüyürə dolaşırdı.
Birdən Byanşonun çığırtısını eşitdi:
– “Sükançı” qəzetini oxudunmu?
“Sükançı” Tissonun nəşr etdiyi radikal qəzet idi. O, səhər qəzetləri çıxdıqdan sonra, əyalətə başqa
qəzetlərdən bir gün qabaq , təzə xəbərləri verərdi.
Koşen xəstəxanasının praktikantı:
– Qəzetdə qəribə bir hadisə xəbər var, – dedi. – Tayferin oğlu köhnə qvardiya zabiti qraf Frankes ini ilə dueldə vuruşmuşdur. Qraf öz şpaqasını iki düym onun alnına soxmuşdur. İndi Viktorina Parisin ən zəngin qızlarından biri sayılır. Eh, adam qabaqcadan bilsəydi! Ölüm də qumar kimi bir şeydir! Viktorinanın sənə məhəbbətlə baxdığı düzdürmü?
– Sus, Byanşon, sus, mən heç vaxt onunla evlənməyəcəyəm. Mən gözəl bir qadını sevirəm, o qadın da
məni sevir, mən...
– Sən bu sözləri elə deyirsən ki, guya, var qüvvətlə ona xəyanət etməməyə çalışırsan. Mənə bir qadın
göstər ki, onun xatirinə Tayfer cənablarının sərvətindən əl çəkmək mümkün olsun.
Rastinyak bağırdı:
– Yoxsa bütün iblislər məni təqib edir-nədir?!
Byanşon dedi:
– İblis hanı? Dəli olmusan-nədir? Əlini ver görüm, nəbzin necədir? Sənin qızdırman var.
Rastinyak cavab verdi:
– Voke cicinin yanına get. Quldur Votren ölü kimi yerə sərilmişdir. Byanşon:
– Aha! Sən mənim şübhələrimi təsdiq edirsən. Bu saat gedib yoxlaram, – dedi.
Hüquqşünas tələbənin uzunsürən gəzintisinin vacib nəticələri oldu. O, öz vicdanına hər tərəfdən nəzər saldı. Onun vicdanı bu amansız və dəhşətli imtahandan hər yoxlamaya tab gətirə biləcək dəmir dirək kimi möhkəm çıxmışdı. Ejen Qorio atanın dünənki etirafını xatırladı. Delfinanın onun üçün xüsusi tap və d’Artua küçəsində yerləşən mənzilini xatirində canlandırdı, məktubu çıxarıb bir daha oxudu, öpdü.
Ejen düşünürdü:
“Bu məhəbbət mənim qurtuluşum üçün bir lövbərdir. Zavallı qoca çox əzablar çəkmişdir. O, öz dərdlərini deməsə də, bunları duymamaq mümkündürmü? Yaxşı! Mən öz atam kimi onun qayğısını çəkəcəyəm, onun sevincini mümkün qədər artırmağa çalışacağam. Delfina məni sevirsə, tez-tez mənim yanıma gələcək, gününü atası ilə keçirə
Dostları ilə paylaş: |
|
|