|
|
səhifə | 175/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| zasını çəksin.
Bu polislər Ko lenin otağını alt-üst edib, şeylərin siyahısını sonra, aşağı endilər, rəisə pıçıltı ilə
hesabat verməyə başladılar. İstintaq qurtarmışdı.
Ko len kirayənişinlərə müraciətlə:
– Cənablar, – dedi, – bu saat məni aparacaqlar. Mən burada yaşadığım müddətdə hamınız mənimlə nəzakətli olmusunuz, sizə minnətdarlığımı bildirirəm. İcazə versəniz, Provansdan sizin üçün üzüm göndərərəm.
O, bir neçə addım atdı, sonra boylanıb Rastinyaka baxdı. Nitqinin kobud tövrünə qətiyyən oxşamayan
mehriban və həzin səslə dedi:
– Əlvida, Ejen. İşdir, əgər çətinə düşsən, sənin üçün vəfalı bir dost qoyub gedirəm.
Ko len, qollarının zəncirlə bağlı olmağına baxmayaraq, döyüş vəziyyətini aldı, qılıncoynatma müəllimi
kimi ayağını yerə vurdu və “ ir, iki!” əmri ilə hücuma hazırlaşdı.
– Çətinliyə düşsən, ora gedərsən. Onun özü də, pulları da sənin ixtiyarındadır.
Bu fövqəladə insan öz son sözlərini təlxək kimi məsxərə ilə söyləsə də, Rastinyak bunun mənasını aydın başa düşdü. Jandarmlar, və polislər evdən çıxdıqdan sonra Silviya, xanımının gicgahlarına sirkə sürtə-sürtə, özlərini itirən pansionerlərə baxdı.
– Nə deyirsiniz deyin, ancaq o, yaxşı adam idi.
Silviyanın bu sözləri bu hadisənin təəssüratı altında əfsunlaşmış kimi görünən pansionerləri ayıltdı. Hamı bir-birinə baxdı və dərhal hamının nəzərini madmazel Mişononun mumiya kimi qurumuş, arıq və soyuq heykəli cəlb etdi. Mişono sobaya söykənmiş və başını aşağı salmışdı. Sanki, o, şlyapa günlüyünün kölgəsi şəffaf olduğundan, gözlərindəki ifadəni gizlədə bilməyəcəyindən qorxurdu.
Əvvəllər də heç kəsin xoşuna gəlməyən bu adam artıq ifşa edilmişdi. Otaq boğuq etiraz səsləri ilə doldu,
hamının ondan ikrah etdiyi görünürdü.
Madmazel Mişono hər şeyi eşitsə də, yerindən tərpənmədi. Byanşon birinci olaraq qonşusuna tərəf
əyilib, yavaşca dedi:
– Bu mitil yenə bizimlə nahar etsə, mən başqa yerə köçəcəyəm.
Puaredən başqa hamı dərhal tələbənin qərarına şərik olduğunu bildirdi. Byanşon da, hamının hüsn- rəğbətinə əsasən, qoca kirayənişinə doğru yeridi.
Byanşon qoca Puareyə dedi ki:
– Sizin madmazel Mişono ilə xüsusi yaxınlığınız var. Onunla danışın, başa salın ki, bu saat yığışıb getsə,
yaxşı olar.
Puare təəccüblə:
– Bu saat? – deyə təkrar etdi.
Puare qoca Mişonoya yaxınlaşdı və onun qulağına bir neçə
Dostları ilə paylaş: |
|
|