|
|
səhifə | 176/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| söz dedi. Mişono pansionerlərə koramal kimi baxaraq:
– Axı mən bir ayın pulunu qabaqcadan vermişəm, – dedi. – Mən burada hamı kimi öz pulumla yaşayıram.
Rastinyak etiraz etdi:
– Bunun heç bir mənası yoxdur. Biz yığıb sizin pulunuzu qaytararıq. Mişono zəhərli və casus nəzərləri ilə Rastinyaka baxaraq:
– Cənab Rastinyak, əlbəttə, Ko lenin tərəfdarıdır, – dedi, – səbəbi hamıya məlumdur.
Rastinyak qoca Mişononu boğmaq niyyəti ilə qabağa atıldı. O, məşum işıqla qəlbini odlandıran bu baxışın
nə qədər xəyanətkar olduğunu anlamışdı.
Pansionerlər çığırdılar:
– Ona baş qoşmayın!
Rastinyak qollarını döşündə çarpazladı və cavab vermədi. Rəssam madam Vokeyə müraciətlə:
– Gəlin bu madmazel Yəhudanın məsələsini qurtaraq. Əgər siz Mişononu qovmasanız, biz sizin baqqal
dükanınızı tərk edəcəyik, hər yerdə də danışacağıq ki, burada ancaq katorqalılar və casuslar yaşayırlar. Ancaq siz bizim təklifimizlə razılaşsanız, heç bir söz deməyəcəyik, çünki katorqalıların alnına damğa basmayınca, Paris vətəndaşları kimi geyinməyi onlara qadağan etməyincə və camaatı ələ salmağa qoymayınca, belə hadisələr ən yaxşı cəmiyyətlərdə də ola bilər.
Bu tələbi eşidən madam Voke birdən-birə sağaldı: o, qəddini düzəltdi, qollarını çarpazladı, göz yaşı əlaməti belə görünməyən şüşə gözlərini açdı.
– Yoxsa, mənim əzizim, siz mənim evimi viran etmək fikrindəsiniz? Görürsünüzmü, Votren bizim başımıza nə oyun açdı... Aman Allah, mən yenə də onu adam adı ilə çağırıram. Budur otaqların biri boşaldı, amma siz tələb edirsiniz ki, ikisi boşalsın... Bəs ilin bu vaxtında, hamı özünə otaq tapandan sonra mən bunları kimə kirayə verəcəyəm?
Byanşon təklif etdi:
– Ağalar, şlyapalarınızı götürün, Sorbonna meydanındakı Flikotonun* restoranına nahar etməyə gedək. Madam Voke dərhal hansının daha mənfəətli olduğunu anlayıb, madmazel Mişononun üstünə cumdu.
– Mənim gözəlim, siz ki mənim müflis olmağıma razı olmazsınız! Ağaların nə tələb etdiyini
görmürsünüzmü? Heç olmasa, bir axşamlığa öz otağınıza çəkilin. Pansionerlər çığırdılar:
– Bizim istədiyimiz bu deyil, qətiyyən bu deyil. Biz tələb edirik ki, o, bu saat çıxıb getsin. Puare yalvardı:
– Axı yazıq madmazel
Dostları ilə paylaş: |
|
|