|
|
səhifə | 188/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| işiyim də məhv oldu, o da bizi tərk etdi, artıq mən...
Zavallı Voke sözünü tamamlaya bilmədi, qollarını çarpazlayıb, kreslonun üstünə yıxıldı: u dəhşətli xəbər
onu tamam sarsıtmışdı.
Günortaya yaxın, Panteon rayonundakı poçtalyonlar məktubları paylayanda Ejenə də zərif bir zərf içində, üstü de Bosean gerbi ilə möhürlənmiş bir məktub verdilər. Zərfin içindəki dəvətə görə, madam Nusingenlə cənab Nusingen vikontessanın evində təşkil edilən böyük bala . Balın təşkil ediləcəyi hələ bir ay bundan əvvəl hamıya məlum idi. Dəvətnaməyə Ejenin adına yazılmış bir məktub da əlavə edilmişdi:
“Belə güman edirəm ki, siz məmnuniyyətlə mənim sifarişimi qəbul edərək, madam de Nusingenə hüsn- təvəccöhümü söyləyə bilərsiniz. Xahiş etdiyiniz dəvətnaməni sizə göndərirəm, madam de Restonun bacısı ilə tanış olacağımdan məmnun qalacağam. Demək, siz gözəl xanımınızı bizə gətirirsiniz, ancaq elə edin ki, sizin qəlbinizə bütünlükdə yalnız o hakim olmasın, çünki mənim sizə bəslədiyim hisslərin qarşısında siz məhəbbətinizin bir hissəsini mənə həsr etməlisiniz.
Vikontessa de Bosean”.
Ejen məktubu oxuduqdan sonra öz-özünə düşündü: “Ancaq madam de Bosean baron Nusingenin
gəlməsindən məmnun qalmayacağına aydınca işarə edir”.
O, Delfinanı sevindirə biləcəyindən razı halda dərhal yola düşdü. Bu sevincin qarşısında layiqli bir
mükafat alacağı ümidində idi. Madam de Nusingen vanna qəbul edirdi. Ejen iki ildən bəri məşuqə həsrəti çəkən qızğın bir gənc üçün tamamilə təbii görünən səbirsizlik içində buduarda Delfinanı gözləyirdi. Gənclərin həyatında bu cür dəqiqələr ancaq bir dəfə olur. Kişinin məftun olduğu və həqiqətən sevilməyə layiq ilk qadın, yəni Parisin yüksək cəmiyyətinin tələblərinə riayət edərək daim kişinin nəzərində bütün parlaq gözəlliyi ilə görünən bir qadına rəqibə yoxdur. Paris məhəbbəti qətiyyən əyalət məhəbbətinə bənzəməz. Burada məhəbbət hisslərinin, guya, səmimi olduğunu sübut etmək üçün hər kəsin öz meyillərini bəzəməyə çalışdığı boş sözlərdən ibarət zahiri görkəmə heç kəs aldanmaz. Bu şəhərdə qadın nəinki hissin və ürəyin bütün tələblərini ödəməlidir, o, eyni zamanda yaxşı başa düşür ki, onun başlıca vəzifəsi həyatın toxumaları olan şöhrətpərəstlik təfərrüatına riayət etməkdən ibarətdir. Paris məhəbbətində özün
Dostları ilə paylaş: |
|
|