|
|
səhifə | 191/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ədir, – dedi və məktubu Ejenə qaytardı. – Madam de Bosean kimi qadınlar böyük nəzakətsiz olmağı bacarırlar. Bununla belə, mən yenə də bala gedəcəyəm. Yəqin, bacım da orada olacaqdır: bacımın gözəl bir paltar tikdirdiyindən xəbərim var. – Sonra yavaş səslə: – Ejen, – dedi, – bacım dəhşətli şübhələri yayındırmaq məqsədi ilə bu bala gedir. Onun barəsində nə söhbətlər gəzdiyini bilirsinizmi? Bu səhər Nusingen yanıma gəlmişdi, klubda onun barəsində açıqdan-açığa gedən söhbətləri bir-bir mənə danışdı. Aman, yarəb! Bir qadının və bir ailənin namus və şərəfi nədən asılı imiş! Yazıq bacımın mən özümü rəncidə və təhqir edilmiş duydum. Bəzilərinin dediyinə görə, cənab de Tray yüz min frank miqdarında veksellər imzalamışdır, veksellərin hamısının vaxtı keçmiş, məhkəməyə verilməsi
təhlükəsi var. Onun bu çıxılmaz vəziyyətini görən bacım öz gözəl brilyantlarını sələmçiyə satmışdır. Siz bu
brilyantları onun boynunda görmüş olarsınız: qraf de Restonun anasından qalmışdır. Xülasə, iki gündür söhbət ancaq bu barədədir. Anastazinin özünə nə üçün parıltılı paltar sifariş etdiyini mən indi başa düşürəm: o, madam de Boseanın balına həmin brilyantları taxmaq, parıltılı bir paltarla gəlib hamının nəzər-diqqətini özünə cəlb etmək niyyətindədir. Lakin mən ondan geri qalmaq istəmirəm. O, hər vaxt mənə qələbə çalmağa çalışır, ehtiyac içində olanda mən həmişə ona pul verməyimə və çox yaxşılıqlar etməyimə baxmayaraq, o heç zaman mənimlə yaxşı rəftar etməmişdir. Ancaq bu barədə söhbət etdiyimiz kifayətdir, mən bu gün bütün varlığımla xoşbəxt olmaq istəyirəm.
Gecə saat bir idi, ancaq Rastinyak hələ madam de Nusingendən ayrılmamışdı. Delfina Ejenlə vidalaşarkən onu gələcəkdə təzə vədlər verən öpüşlərinə qərq edərək, həzin səslə dedi:
– Mən çox qorxağam, mövhumata inanıram, nə deyirsiniz-deyin, ancaq ürəyim qorxu içində çırpınır:
xoşbəxtliyimin dəhşətli fəlakət bahasına başa gələcəyindən qorxuram. Ejen:
– Uşaqsınız! – dedi.
Delfina gulərək:
– Demək, belə! Bu gün uşaq mənəm?
Ejen sabah tezdən köçmək qərarı ilə madam Vokenin pansionuna qayıtdı. O, yolda hələ öz dodaqlarında
səadət ləzzətini duyan gəncl
Dostları ilə paylaş: |
|
|