|
|
səhifə | 195/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ərə, and olsun torpağa, biz onun iç üzünü açacağıq, dəftərləri, kassanı, müəssisələri, hər şeyi yoxlayacağıq! Sərvətinin yerli-yerində olduğunu sübut etməyincə gözümə yuxu getməyəcək, boğazımdan çörək keçməyəcək! Şük r olsun Allaha ki, sənin mülkünün idarəsi onunkundan ayrıdır! Xoşbəxtlikdən, sənin vəkilin namuslu adamdır. Dervilin özüdür. Allaha and olsun! Milyonc ğazın özünə qalacaq, sən ömrünün son günlərinə qədər ildə əlli min gəlirini alacaqsan, yoxsa mən Parisdə elə bir tufan qopardaram ki, bütün dünya mat qalar! Əgər bizim haqqımızı məhkəmələrdə tapdalasalar, hər iki alataya müraciət edəcəyəm. Mən sənin pul cəhətdən təmin olunmağına əmin olmalıyam. Buna əmin olsam, dərdim azalar, üzüm gülər. Pul həyat deməkdir. Pul hər şey deməkdir. Gör sənin bu Elzas kötüyün bizi nə yerə qoyur! Delfina, qollarına zəncir taxan və səni bədbəxt edən bu piyli donuza bir liar belə güzəştə getmə! Əgər onun sənə ehtiyacı varsa, boynunu elə möhkəm burarıq ki, bir də ona dərs olsun! Allah, Allah! Başım od tutub yanır, elə bil, kəlləmin içinə od vurublar! Mənim Delfinam dilənçi günündə qalsın? Sən? Ah, Fifinacığım! Lənət şeytana! Hanı mənim əlcəklərim! Gedək, gedək bu saat, mən hər şeyi yoxlamaq istəyirəm: dəftərləri, n d pulunu, məktubları, işləri, hər şeyi yoxlayacağam. Sərvətinin təhlükə altında olmadığını sübut edincəyə qədər mən sakitləşməyəcəyəm. Mən bunu öz gözlərimlə görməliyəm.
– Mehriban ata, ehtiyatlı olun! Əgər siz bu məsələyə zərrə qədər belə intiqam hissi qarışdırsanız, həddən
artıq ədavətə başlasanız, mən məhv oldum. O, sizi yaxşı tanıyır və sizin təsiriniz altında cehizimin taleyi
ilə maraqlandığımı tamamilə təbii bir şey hesab edir, lakin and içirəm ki, mənim sərvətim onun əlindədir, ancaq o, bu sərvəti əldən verməməyi qət etmişdir. Bu alçaq bütün kapitalı götürüb qaça bilər, əlimiz
boşa çıxar! O çox yaxşı bilir ki, adım rüsvay olmasın deyə onu təqib etməyəcəyəm. O həm acizdir, həm də qüvvətli. Mən hər şeyi ətraflı düşünmüşəm. Biz onu elə dərəcəyə çatdıra bilərik ki, o məni tamam müflis etdirər.
– Demək, o, fırıldaqçıdır?
Delfina ağlaya-ağlaya özünü kresloya atdı və:
– Bəli, ata, bəli, elədir ki var, – dedi. – Məni belə bir adama ərə verdiyiniz üçün məyus olmağınızı istəmədiyimə
Dostları ilə paylaş: |
|
|