|
|
səhifə | 197/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| dən pərdə asmaq üçündür. Mən onun bu fırlıdağını başa düşdüm. Başa düşdüyüm başqa bir şey də var: Nusingen çox pul xərcləməyə məcbur olduğunu isbat etmək məqsədi ilə Amsterdama, Neapola, Londona, Vyanaya böyük məbləğdə pul köçürmüşdür. Biz bu pullar bilərikmi?
Ejen Qorio atanın otaqda yıxıldığını və dizlərinin boğuq bir səslə döşəmə taxtasına dəydiyini duydu.
Qoca çığırırdı:
– Pərvərdigara, mən sənə neyləmişəm? Mənim qızım qəddar bir əclafın əlindədir, o, nə tələb edirsə,
qızım əməl etməyə məcburdur! Qızım, əziz balam, bağışla məni! Delfina dedi:
– Bəli, əgər mən uçuruma yuvarlanmışamsa, bunda, bəlkə, siz də müqəssirsiniz. Biz ərə getdiyimiz zaman hələ ağılsız oluruq. Məgər biz dünya, kişilər, işlər, adətlər nə olduğunu başa düşürükmü? Bizim əvəzimizdə atalar düşünməyə məcburdurlar. Mehriban ata, bu sözləri söylədiyimə görə məni bağışlayın, mən sizi heç şeydə məzəmmət etmirəm. Bu məsələdə bütün günah mənim özümdədir. Ata, ağlama, ata!
Delfina Qorionun alnından öpdü.
– Sən də ağlama, mənim sevimli Delfinam! Yaxın gəl, qoy sənin göz yaşlarını dodaqlarımla qurudum. Mənə bax, qızım! Bu saat ağlımı başıma yığaram, ərinin kələfini açaram.
– Yox, ata, qoy mən öz bildiyimi edim, mən ərimi yola gətirərəm. O, məni sevir, çox gözəl! Mən onun üzərindəki hökmümdən istifadə edərəm, az bir zamanda işləri elə düzəldərəm ki, kapitalın bir hissəsini mənim adıma torpaq mülkiyyətinə qoyar. Bəlkə, mən Nusingen ailəsinin sabiq mülkünü adıma köçürtməyə də müvəffəq ola bildim. Bu mülk onun üçün əzizdir. Sabah isə siz işləri və dəftərləri yoxlamaq üçün gələrsiniz. Yox, sabah gəlməyin. Qanımı qaraltmaq istəmirəm. O birisi gün madam de Boseanın evində bal olacaq, mən orada gözəl və gümrah görünmək arzusundayam, mehriban Ejenimin iftixarı olmaq istəyirəm! Gedək, onun otağına baxaq!
Bu Nev-Sent-Jenevyev küçəsində bir karet dayandı. Pilləkəndə qrafinya de Restonun səsi eşidildi. Qrafinya Silviyadan soruşdu:
– Atam evdədirmi?
Bu hadisə Ejeni vəziyyətdən xilas etdi, yoxsa o, çarpayıya uzanıb, özünü yuxuluğa vurmaq istəyirdi.
Delfina bacısının səsini tanıyaraq:
– Ah, ata. Anastazinin başına gələn əhvalat sizə çatıbmı? – dedi. – Yanılmıramsa, onun da ailə həyatında
vəziyyət yaxşı deyil.
– Necə? – deyə Qorio ata çığırdı.
Dostları ilə paylaş: |
|
|