|
|
səhifə | 204/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| iki min frank lazımdır, gəl bu pulu axtarıb tapaq. Bir-birinizə əc
baxmayın.
Qorio Delfinanın qarşısında diz çökdü. Qulağına pıçıldadı:
– Mənim xatirim üçün ondan üzr istə. Axı o daha çox bədbəxtdir. Yalvarıram.
Delfina iztirabın şiddətindən atasının üzündə sezdiyi vəhşi və divanə ifadədən təlaşa düşərək:
– Mənim yazıq Nazi bacım, – dedi, – mən sənə qarşı haqsızlıq etdim, öp məni... Qorio ata çığırdı:
– Ah, siz mənim yarama məlhəm qoyursunuz. Ancaq bu on iki min frankı mən haradan tapım? Bəlkə, bir
başqasının əvəzinə əsgərliyə getsəm...
Bacılar atalarını qucaqlayıb, bir səslə çığırdılar:
– Ata, sən nə danışırsan, ata? Heç belə şey olar?
Delfina:
– Sizin mükafatınızı Allah versin, ata, elə bu niyyət üçün biz sizə ömür boyu dua etməliyik. Elə deyilmi, Nazi?
Qrafinya dedi:
– Bundan başqa, ata, bu, dəryada bir damla mislində olardı.
Qoca ümidsizliklə:
– Demək, mən öz qanımın bahasına də kömək etmək iqtidarında deyiləm? – dedi. – Səni xilas edən adama mən qul olardım, Nazi! Mən onun yolunda adam belə öldürərdim... Votren kimi katorqaya gedərdim. Mən... – O, birdən, ildırım vurmuş kimi duruxdu. Saçlarını yolaraq: – Daha heç bir şeyim qalmadı! – dedi. – Ah, haradan oğurlamaq mümkün olduğunu bilsəydim... Heyif ki, belə bir yer tapmaq mümkün deyil... Bankı yarmaq üçün adam lazım, vaxt lazım... Görünür, mənim ölüm məqamım yetişib: daha başqa çarəm qalmadı. Mən artıq heç bir şeyə yaramıram, mən artıq ata belə deyiləm. Yox! Qızım ehtiyac içində, o, məndən xahiş edir, amma mən... Mənim heç bir şeyim yoxdur. Ah, qoca əclaf, avara qoca, sənin iki qızın var, amma sən özün üçün ömürlük renta düzəltmisən! Demək, sən onları sevmirsən? Öl, it kimi gəbər! Mən itdən də betərəm, it daha yaxşı rəftar edərdi! Ah, başım çatlayır! Od içində yanır!
Qadınlar, qoca öz başını divara çırpmasın deyə, onun qollarından tutub qucaqladılar:
– Ata, bəsdir. Özünüzü ələ alın!
Qorio hıçqıra-hıçqıra ağlayırdı. Bütün bu hadisədən dəhşətə gələn Ejen, Votrenə verdiyi vekseli götürdü. Vekselin möhürü böyük məbləğ üçün də yarayırdı. Ejen rəqəmi dəyişdi, Qorionun adına on iki min franklıq bir veksel dü
Dostları ilə paylaş: |
|
|