|
|
səhifə | 207/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| olunurdu, zavallı atam isə onun hər saxtakarlığına aldanır.
Ejen qocadan soruşdu:
– Sevimli cənab Qorio, özünüzü necə hiss edirsiniz? Qorio cavab verdi:
– Mən yatmaq istəyirəm.
Rastinyak Qorioya kömək edərək, yatağına uzandırdı. Qoca, qızının əlindən tutmuş halda yuxuya
getdikdən sonra Delfina əlini azad etdi və Ejenə dedi:
– Axşam italyan operasında görüşərik. Sən onun vəziyyətini mənə söylərsən. Sabah isə cənab, yeni mənzilə köçürsünüzmü? Otağınıza bir baxaq... – Delfina içəri girər-girməz: – Nə dəhşətli otaqdır! – dedi.
– Sizin otağınız atamın otağından da pisdir. Ejen, sən özünü çox yaxşı apardın. Əgər mümkün olsaydı,
mən səni daha çox sevərdim. Lakin əziz uşaqcığaz, sən sərvət qazanmaq niyyətindəsənsə, on iki min
frankı belə asanlıqla bayıra atmaq yaramaz. Qraf de Tray qumarbazdır. Bacım bunu nəzərə almaq istəmir. De Tray bu on iki min frankı yığın-yığın qızıl uduzduğu və udduğu qumarxanada tapa bilərdi.
Qorio inildəyirdi. Ejen Delfina ilə geri qayıtdı O, yatmış görünsə də, bu iki aşiq içəri daxil olanda bu sözləri
eşitdilər:
– Onlar bədbəxtdirlər!
Kim bilir, yatmışdı, ya oyaqdı, lakin bu sözlər Delfinanı dərindən mütəəssir etdi, atasının uzandığı miskin çarpayıya yaxınlaşıb, alnından öpdü. Qorio ata gözlərini açdı:
– Delfina, sənsənmi?
Qızı soruşdu:
– Özünüzü necə hiss edirsiniz?
– Yaxşıyam, narahat olma, bir az sonra çıxacağam. Siz də gedin, balalarım, xoşbəxt olun.
Ejen Delfinanı evinə qədər ötürdü, lakin Qorio atanın vəziyyəti üçün narahat olduğuna görə nahar etməyə qalmayıb, yenə “Voke evinə” qayıtdı. Artıq Qorio yatağından durmuşdu, süfrə başında əyləşmək niyyətində idi. Byanşon münasib bir yerdə oturub vermişel fabrikantının hərəkətlərinə baxmaq istəyirdi. Qorio bir parça çörək götürüb, nə unundan bişirildiyini yoxlamaq məqsədi ilə iylədiyi zaman, tibb institutu tələbəsi qocanın bu hərəkətində nə etdiyini qətiyyən başa düşməyən bir insanın hərəkətini sezərək qaşlarını çatdı.
Ejen Byanşona dedi:
– Bir az mənə yaxın əyləş, Koşen pansioneri!
Byanşon məmnuniyyətlə yerini dəyişdi, qocanın yaxınlığında oturdu. Rastinyak soruşdu:
– Ona nə olmuşdur?
– Yanılmıramsa, onun işi bitib! Onda qəribə hallar görürəm, iflicə oxşayır. Üzünün aşağı hissəsi çox sakit görünür, üst hissəsi isə özündən asılı olmayaraq y
Dostları ilə paylaş: |
|
|