|
|
səhifə | 211/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| pardı. Lap cavan oğlan kimi bəzənmişdi. Allah məni bağışlasın, ancaq mənə elə gəlir ki, o, üzünü boyamışdı da, lap cavan görünürdü.
Ejen dəhşətindən diksindi və fəlakət baş verəcəyini duyaraq:
– Hər şeyin məsuliyyəti mənim öhdəmə! – dedi.
Ejen Qorio atanın otağına qalxdı. Qoca yataqda taqətsiz uzanmışdı. Byanşon onun yanında idi.
Qoca mehribanca gülümsədi və şüşə kimi donuq gözlərini Ejenə doğru çevirərək:
– Onun kefi necədir? – deyə soruşdu.
– Yaxşıdır! Siz necəsiniz?
– Elə-belə.
Byanşon Ejeni bir tərəfə çəkərək:
– Onu yorma, – dedi.
Ejen soruşdu:
– Halı necədir?
– Onun sağalması möcüzə olar. Beyninə qan sızıb. Bədəninə xardal yaxması qoymuşuq. Xoşbəxtlikdən, hiss edir, xardal təsirini göstərir.
– Onu başqa yerə köçürmək olarmı?
– Qətiyyən, burada saxlamağa məcburuq. Heç bir hərəkət, heç bir həyəcan yaramaz. Ejen dedi:
– Sevimli Byanşon, biz ikimiz ona qulluq edəcəyik.
– Mən xəstəxanamızın baş həkimini çağırmışam.
– Nə deyir?
– O, sabah axşam öz rəyini söyləyəcək. Gündüz xəstələrin qəbulundan sonra gələcəyini vəd etmişdir.
Təəssüf ki, qoca bu gün səhər nə isə bir mənasız oyun çıxarmışdır, ancaq neylədiyini danışmaq istəmir, lap keçi kimi tərsdir. Mən onu danışdırmaq istəyəndə cavab verməmək üçün özünü yalandan yuxuya verir, eşitməzliyə vurur, gözləri açıq qalanda isə ufuldamağa başlayır. Bu səhər evdən çıxıb, pay-piyada
Parisin küçələrini dolaşmışdır. Son qiymətli şeylərini götürüb hara isə aparmış, sarsaq bir alış-veriş etmişdir, son qüvvəsini də buna sərf etmişdir. Qızlarından biri yanına gəlmişdi.
Ejen soruşdu:
– Qrafinyamı? Ucaboylu, yaraşıqlı, qaraşın xanımdır, canlı, gözəl gözləri, çox qəşəng ayaqları var?
– Bəli, odur ki var. Rastinyak dedi:
– Bizi bir dəqiqəliyə yalqız burax, mən onu danışdıraram, məndən heç bir şey gizlətməz.
– Mən də gedim nahar edim. Ancaq çalış onu həyəcanlandırmayasan. Hələ bir az ümid var.
– Əmin ola bilərsən.
Qorio ata Ejenlə yalqız qaldıqdan sonra:
– Sabah onlar əylənəcəklər, – dedi, – böyük bir bala gedirlər.
– Ata, siz özünüzü nə üçün belə vəziyyətə gətirdiniz ki, axşam yatağa düşməyə məcbur oldunuz, bu səhər siz nə ilə məşğuldunuz?
– Heç bir şeylə.
– Anastazi gəlmişdimi? – deyə Rastinyak soruşdu.
Qorio cavab verdi:
– Bəli.
– Elə isə məndən heç bir şey gizlətməyin. O, sizdən yenə nə istəyirdi? Q
Dostları ilə paylaş: |
|
|